Xəbərlər
30.05.2026, 00:09
Gülnarə Məhəmmədqızı : Evin Qanunu - FOTO
Hər evin adəti, ənənəsi var,
Aldanma, göz oxşar mənzərəsi var.
Bir gizli yaşanan hekayəsi var,
Açıb qapısını girən anlayar.
Bütün həqiqətlər kökdən başlanır,
Ömür dövran edir, insan yaşlanır.
Baxma, hər pəncərə işığı yanır,
Əsl həqiqəti görən anlayar.
Bir damın altında neçə talelər,
Dərdini gizlədər kövrək ailələr.
Ucalar göylərə səssiz nalələr,
Ağrılarla ömür sürən anlayar.
Ora okeanın bir adasıdır,
Bəzən səssizliyin sirr dünyasıdır.
Ailə bir evin xoş sədasıdır,
Ömrünü sevgiylə bölən anlayar.
Çəkilsə üstündən bulud kölgəsi,
Göyə işıq saçar hər bir guşəsi.
Ora qanunların kiçik ölkəsi,
Bir dövlət qurmağı bilən anlayar.
Aldanma, göz oxşar mənzərəsi var.
Bir gizli yaşanan hekayəsi var,
Açıb qapısını girən anlayar.
Bütün həqiqətlər kökdən başlanır,
Ömür dövran edir, insan yaşlanır.
Baxma, hər pəncərə işığı yanır,
Əsl həqiqəti görən anlayar.
Bir damın altında neçə talelər,
Dərdini gizlədər kövrək ailələr.
Ucalar göylərə səssiz nalələr,
Ağrılarla ömür sürən anlayar.
Ora okeanın bir adasıdır,
Bəzən səssizliyin sirr dünyasıdır.
Ailə bir evin xoş sədasıdır,
Ömrünü sevgiylə bölən anlayar.
Çəkilsə üstündən bulud kölgəsi,
Göyə işıq saçar hər bir guşəsi.
Ora qanunların kiçik ölkəsi,
Bir dövlət qurmağı bilən anlayar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














