Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir.

“Qafqazinfo” xəbər verir ki, “Super Yer” kateqoriyasına aid edilən LHS 1140b-nin kütləsi Yerdən təxminən 5 dəfə çoxdur.

Planet öz ulduzunun yaşayış zonasında yerləşir. Bu isə temperaturun maye suyun mövcud olmasına imkan verə biləcəyi bölgə deməkdir.

“Science” jurnalında dərc olunan araşdırmanın müəllifi, planetşünas Kollin Kerubim bildirib ki, planetin kütləsi və ölçüləri onun qayalı quruluşa malik olduğunu göstərir. Alimlərin ehtimalına görə, LHS 1140b-də dəmir nüvə, silikat mantiya, həmçinin su və atmosferdən ibarət aşağı sıxlıqlı qat ola bilər.

Astronomlar indiyədək 6200-dən çox ekzoplanet kəşf ediblər. Lakin başqa bir ulduz sistemində yerləşən qayalı planetdə atmosferin təsdiqlənməsi olduqca çətin məsələ hesab olunur.

Alimlərin fikrincə, əgər müşahidələr təsdiqlənərsə, LHS 1140b başqa ulduzun yaşayış zonasında yerləşən qayalı planetdə atmosferi aşkar edilən ilk nümunələrdən biri olacaq.

Tədqiqatçılar bu planetin qayalı səthə, uyğun temperatur şəraitinə və atmosferə sahib ola bilməsinin onu Günəş sistemindən kənarda həyat axtarışı üçün mühüm hədəfə çevirdiyini bildirirlər.


Alimlər planetin atmosferini araşdırmaq üçün Çilidə yerləşən Las Kampanas Rəsədxanasının “Magellan Clay” teleskopundan istifadə ediblər. 2024-cü ilin sentyabrında aparılan müşahidələr zamanı LHS 1140b-dən helium qazının sızması qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, planet keçmişdə hidrogen itirib, lakin heliumunu qoruyub saxlaya bilib. Bununla yanaşı, atmosferdə oksigen kimi digər qazların da mövcud ola biləcəyi ehtimal edilir.

LHS 1140b kainatda ən çox rast gəlinən ulduz növlərindən biri olan qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Bu tip ulduzların ətrafındakı planetləri müşahidə etmək daha asan olsa da, güclü rentgen və ultrabənövşəyi şüalanma onların atmosferlərini məhv edə bilər.

Alimlər üçün əsas suallardan biri də məhz budur: qırmızı cırtdanların ətrafında yerləşən qayalı planetlər uzun müddət atmosferlərini qoruya bilirlərmi? LHS 1140b ilə bağlı nəticələr bu suala müsbət cavab ehtimalını artırır.

Tədqiqatçılar 2025-ci ildə aparılan əlavə müşahidələr zamanı helium izini yenidən aşkar etməyiblər. Bunun atmosferdəki qaz axınının dəyişkənliyi ilə bağlı ola biləcəyi düşünülür.

Alimlər yaxın aylarda “James Webb” kosmik teleskopu və “Hubble” kosmik teleskopu daxil olmaqla, bir neçə rəsədxananın köməyi ilə LHS 1140b-ni daha ətraflı araşdırmağı planlaşdırırlar.

Florida Universitetindən astrofizik Ceyson Dittmann qayalı planetdə atmosfer aşkarlanmasının uzun illər gözlənilən mühüm elmi nailiyyət olacağını bildirib.

Son xəbərlər

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31