
Xəbərlər
4.08.2026, 08:28
Vaqif Vüqar : KƏND ADAMI - FOTO
Eh,qocaman kənd adamı, nə dəyişdi
Görünməyən keçmişindir səndən anrı.
Səndən bəri gələcəyin yola çıxıb,
Hansı adla sürüb gəlir qatarını.
Köks ötürüb fikrə daldın ulu sakin,
Hamar deyil nə yerimiz,nə göyümüz.
Rəngi solğun bir bahardan gül dəririk
Bir gecənin yuxusudur gördüyümüz.
Qəzəb dolu fələklər də köç yeridir,
Dağ başında duman gəzər,bulud yatar.
Zaman elə cəngəllikdir düşən çıxmaz,
Beş,on günlük xatirəmiz itib,batar.
Eh,qocaman kənd adamı, ağlabatan
Bir oyun qur,sən təzədən görüşə çıx.
Qıfıl kimi asılıbdır dodağından
Hələ demək istədiyin söz yarımçıq...
Görünməyən keçmişindir səndən anrı.
Səndən bəri gələcəyin yola çıxıb,
Hansı adla sürüb gəlir qatarını.
Köks ötürüb fikrə daldın ulu sakin,
Hamar deyil nə yerimiz,nə göyümüz.
Rəngi solğun bir bahardan gül dəririk
Bir gecənin yuxusudur gördüyümüz.
Qəzəb dolu fələklər də köç yeridir,
Dağ başında duman gəzər,bulud yatar.
Zaman elə cəngəllikdir düşən çıxmaz,
Beş,on günlük xatirəmiz itib,batar.
Eh,qocaman kənd adamı, ağlabatan
Bir oyun qur,sən təzədən görüşə çıx.
Qıfıl kimi asılıbdır dodağından
Hələ demək istədiyin söz yarımçıq...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














