Xəbərlər
2.06.2026, 23:44
Ərdoğan Paşinyanla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, Nikol Paşinyan telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğanı ötən Qurban Bayramı münasibətilə təbrik edib. Söhbət zamanı, həmçinin Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinin birbaşa ticarətin başladılmasına yönəlmiş addımlarla davam etdiyini diqqətə çatdırıb. O, rəsmi Ankara olaraq regionda sülh və sabitliyin bərqərar olunması üçün ciddi səylər göstərdiklərini və bu istiqamətdə atılacaq bütün müsbət addımları hər zaman dəstəkləyəcəklərini vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay