Xəbərlər
11.05.2026, 00:34
Hicran Əhmədli : Qalibiyyətin Sonu (hekayə)
Əziz oxucular, dəyərli dostlar, "9 may" qələbə günü artıq ölkəmizdə əvvəlki illərdə olduğu kimi qeyd olunmasa da amma bu qələbədə ata-babalarımızın danılmaz tarixi qəhrəmanlığı vardır.Bu gün isə o böyük qələbədən 85 il ötür. 1941-1945-ci illərdə böyük Vətən müharibəsində həyatlarını itirən, ailələrinə "qara kağız" gələn hər bir Azərbaycan kişisinin ruhu şad olsun.
1942-ci ilin sərt qışı Aran rayonlarında höküm sürürdü.Bütün Sovetlər birliyini müharibənin gətirdiyi aclıq, çətin şərait öz caynağına almışdı.
Buna baxmayaraq Qubad kişinin ailəsində mehribançılıq, ailəyə xas olan müsbət rəftar qaydaları öz əksini tapırdı.
Küçədə hər tərəfi qar öz ağuşuna almışdı. Axşamdan yağan qar özü ilə birgə sərt sazaq gətirmişdi.Şaxtadan adam burnunu çölə çıxarda bilmirdi.Rayon ağ dona bürünməklə yanaşı, sakitliyə qərq olmuşdu.Şaxtanın qorxusundan heç kim evdən eşiyə addım atmırdı.
Qubad kişi övladlarını çox istəyirdi.Onlarım hər birinə qayğı ilə yanaşırdı.Övladlarını dolandırmaq üçün ağır işlərdə işləməkdən belə çəkinmirdi.O, işdən qədər yorğun gəlsə də evə qədəm qoyan kimi, rahatlıq tapırdı.Hələ övladlarının qənşərində kitab-dəftər görəndə sevincindən ürəyi dağa dönürdü.O, kolxozda işləməklə külfətini dolandırırdı.
Onun həyat yoldaşı Əminə isə tibb üzrə təhsil almışdı.Əminə təhsili üzrə çalışmasa da qonşu-bacaya tibbi yardım edirdi.Buna görə də qonşular ondan çox razı qalırdılar.Hətta onu tibb bacısı kimi deyil, həkim kimi görürdülər.Çünki o dövürdə Cənub zonasında təhsil alan adama az rast gəlmək olurdu.Nəyinki qadınlar, kişilər də təhsilə meyilli deyildilər.
Əminə əvvəllər, Yəni ailə qurmamışdan öncə Lənkəran şəhərində xəstəxanalardan birində işləyirdi. Amma ailə qurub, Cəlilabad rayonuna köçdükdən sonra başı ailə-uşağa qarışdı.
Yoldaşı Qubad kişi də ailəsini pis dolandırmırdı.Beş adamdan pis dolandılar da, üç adamdan yaxşı dolanırdılar.Buna görə də Eminenin işləməsinə bir o qədər də ehtiyac qalmırdı.
1941-ci ilin müharibə sorağı bütün Sovet ölkələrini öz amansız cənginə almışdı.Almanların Sovetlər birliyinə hücumu getdikcə genişlənirdi.Soveylər birliyinə dəyən zərbə Azərbaycandan da yan ötmədi.Çünki Odlar Yurdu da bu birliyə aid olan ölkələr sırasında yer tuturdu.
Müharibə genişləndikcə Azərbaycanda da digər ölkələr kimi kişilərə çağırış vəsiqəsi gəlməyə başladı.Gələn çağrışlar isə heç bir evdən yan ötmürdü.Əli silah tuta bilən bütün kişilərdən müharibədə döyüşmək tələb olunurdu.
Qubad kişinin evində isə bu hal daha ağır vəziyyət almışdı.Çünki onun həyat yoldaşı Əminə xanımın tibb təhsili olduğuna görə ona da Qubad kişiyə də müharibəyə çağırış vəsiqəsi gəlmişdi.
Qubad kişi nə edəcəyini bilmirdi. Hər ikisi müharibəyə getsə, bəs uşaqlara kim baxacaqdı?Kiçik qızı azyaşlı idi.Onun ana qayğısına ehtiyacı vardı.Südənqr körpəni axı kimə tapşırmaq olardı.Dövlətin əlehinə gedə bilməzdi.Qoyulam sərt qanunlar buna icazə vermirdi.O, günlərlə nə edəcəyini düşündü.Sonda bir qərara gəlmişdi.Amma bunu yoldaşına necə deyəcəyini bilmirdi.Əminəyə nə desin axı, necə desin ki, əllacımız ancaq diplomu yandırmağa qalır!Nəhayət Qubad kişi özündə güc toplayıb,bunu həyat yoldaşına dedi:
- Əminə, ağlıma bir fikir gəlib. Gəl otur, sənə deyəcəklərim var.
Əminə həyəcandan onsuz da başını itirmişdi.Müharibəyə çağırış vəsiqəsinin gəlməsi onu çox karıxdırmışdı.Dili dolaşa-dolaşa dedi:
- Nə olub, ay kişi?! Sən Allah, sən ölənlərinin görü məni qorxutma!
Qubad kişi onu sakitləşdirib, dedi:
- Qorxma, sən gəl, gör nə deyirəm.Mənə qulaq as! Bir fikirim var! Bilirəm, bunu qəbul etmək sənə çətin olacaq!Amma başqa çarəmiz yoxdur.Qubad nədənsə susdu.Dili sanki tutuldu.O, bir az ara verəndən sonra dilləndi:
- Əminə, çarəmiz sənin diplomunu yandırmağa qalıb.Bilirəm, bu sənin üçün ağır olacaq.Amma mən razı ola bilmərəm ki, həyat yoldaşım döyüşə getsin.Müharibənin sonunun necə olacağını biz bilmirik.
Əminə susqun halda gözlərini həyat yoldaşına dikmişdi.Nə deyəcəyini bilmirdi.Yoldaşı da onun üzünə baxıb, ondan cavab gözləyirdi.Onu qəhər boğdu.Bu zaman Əminə başındakı şalın ucu ilə gözünün yaşını silib, güclə eşidiləcək səslə dedi:
- Razıyam Qubad! Yaxşı, sən deyən olsun!
Sovet hakimiyyətinin qanunlarına əsasən rayon milis idarəsindən gəlib,evə baxış keçirtdilər.Diplom ortaya çıxmayanda, Əminəni rahat buraxdılar.Quad kişini isə yararlı olan bütün kişilər kimi müharibəyə apardılar.
Müharibə davam etdikcə vəziyyət günü-gündən pisləşirdi.On beş respublika hamsı birlikdə müharibə üçün çalışırdı.Arxa cəbhədə insanlar özlərini deyil, ancaq qələbəni düşünürdülər.
Artıq dörd il davam edən müharibə Sovetlər birliyinə yetərincə iqtisadi zərbə vurmuşdu.Bu müharibədə Bakı neftinin və mazutunun önəmli rolu vardı.Əgər Bakının nefti olmasaydı, məğlubiyyət qaçılmaz olacaqdı.
Nəhayət ki, böyük itkilərlə Sovet ordusu Almanlara 9 may, 1945-ci ildə qalib gəldi!Bütün radiolarda Sovet ordusunun qalibiyyətindən danışırdılar.İnsanlar radionu dinlədikcə çox xoşbəxt olur, bir-birlərini təbrik edirdilər.
Müharibədən arxaya çox ağır günlər qalmışdı.Çörək qıtlığı texnika çatışmamazlığı , ən əsası da evinə, el-obasına qayıtmayan ailə başçıları.Bundan dəhşətlisi isə ailələrə gələn "qara kağız"adlanan, nəşi tapılmayan insanların ölüm xəbərini bildirən sənədlər.
Bir çoxları müharibədən sağ-salamat qayıtsa da Eminenin gözləri hələ də yollarda qalmışdı.Çünki Qubad kişidən heç bir xəbər-ötər yox idi.Əminə də övladları da onun salamat dönəcəyinə inanırdılar.Amna bu inamı bir gün poçtalıyon tərəfindən qapının döyülməsi alt-üst etdi.
Poçtalıyon Qubad kişi in ölmünü təsdiq edən "qara kağız"ı gətirib Əminəyə verdi.Əmibə və övladları ağlayıb, sızlayıb özlərini ölməkdən betər etdilər.Amna daha faydası yox idi.Ekə ə
"qara kağız"aldıqları günün sabahı qohum-əqrəba, bacı-qardaş yığışıb, Qubad kişiyə yas mərasimi keçirtdilər.
Mərasim bir neçə gün davam etdi.Məclus bitəndən sonra isə cümə axşamları Əminəyə təsəlli məqsədilə, həm də adət-ənənəyə uyğun olaraq, yenə yas mərasimi qururdular İnsanlar cümə axşamının ruh ilə verilən ehsan və oxunan dualar arasında bir bağlılığın olduğunu düşünürdülər.
Qırxa bir cümə axşamı qalmışdı.Sonuncu cümə axşamı yenə qohumlar yığışıb, adət üzrə ehsan verir, Quran oxuyurdular.
Əminə isə dünyası dağılmışdı.Balalarının atasını itirməsi ona böyük, hər tərəfli zərbə vurmuşdu.Heç özündə deyildi.Ruhunun bədəni ilə vidalaşıb, qanad açıb, qapqaranlıq göylərə üz tutmasını, həyat yoldaşının ruhuna gedib çatmasını, ona qovuşmasını tez-tez ağlından keçirdirdi.Əminənin özündən aslı olmadan, daxilən sarsıntı keçirtməsi, onun özünə qapanmasına səbəb olmuşdu.
Amma bütün bunlara baxmayaraq, o, ayaqda durmalı olduğunu yaxşı dərk edirdi.Susqunluq içində qaranlığa bürünmüş kədərli ürəyində öz-özünə deyirdi:"Əminə, axı sənin balaların var. Onlara xatir ağrıya tab gətirməli, dözməlisən".
Cümə axşamında oxşama deyən, ağlaşan qadınların səsi küçənin o başına kimi gedirdi. Qonşu Məhəmmədəli evindən çıxıb, dükana tərəf üz tutdu.Ağlaşma səsini eşidən qonşu Məhəmmədəli başını qaldırıb, Qubad kişigilin həyətinə boylandı.O, əziz qonşusu Qubadın cəbhədən qayıtmamasına çox pis olurdu.Evdə belə özünə yer tapa bilmir:"Görəsən bundan sonra Əminə bacının halı beş uşaqla necə olacaq.O, necə dolanacaq".Bu düşüncələrlə başını aşağı salıb, yolu fikirli gedirdi.Bu an onu, ona tanış olan bir səs fikirlərindən ayırıb, qopartdı.Məhəmmədəli səsə başını qaldırdı.Baxdı ki, gözlərinin önündə saç-saqqal basmış bir adam, dayanıb.Adamın salamını aldı.Mat-mat onun üzünə baxıb,kiməsə bənzətdi. Amma kimə?Yadına sala bilmədi.Bu zaman adam dilləndi:
- Orada nə olub? Nə səs-küydür. - deyib, yaş yerini göstərdi.Məhəmmədəli gözlərini qıyıb, ona xeyli baxsa da yenə tanıya bilməyib, cavab verdi!
- Qubad kişinin"qara kağız"ı gəlib.Ona yaş verirlər.Rəhmətlik yaxşı qonşu almaqla həm də mərd adam idi.Müharibənin üzü qara olsun, aparrdı o boyda kişini!
Saç-saqqallı kişi ondan ayrılıb, yaş yerinə tərəf getdi.Yaxınlaşıb həyatına girdi.Qarşısına ilk böyük qızı çıxdı.O, da atasını səsindən tanıdı.Əli, ayaqı əsdi, özünü tuta bilmədi, bir anda yerə sərildi. Qubad kişi qızını əucağına alıb, evinə keçdi. Bu mənzərəni görən, ağu deyib, ağlaşan qadınlardan səslər ucaldı:
- Bismilllahir-rəhmanir-rəhim!
Qubad kişi üzünü camaata tutub dedi:
- Ay camaat, ay bacılarım, ay qardaşlarım, həyat yoldaşım, övladlarım, məni dinləyin! Ölməmişəm! Mən sağam! Sonra isə oturub, müharibədən sonra başına gələnləri danışdı.Məcburiyyət qarşısında qaldığını, Almanlar onu əsirlikdən buraxdıqdan sonra Türkiyə getdiyini danışdı.
Həyətdə düyüdən öz buğunda dəmlənmiş ehsan qazanının qoxusu ətrafı götürmüşdü.Qubad kişiyə süfrə sərgilər.Ehsandan bir boşqab çəkib, gətirdilər.Əubad kişi uzun yol gəldiyindən, çox ac olduğundan, adına bişən ehsan dolu boşqabı qabağına çəkib, iştahla yedi.Bunun öz ehsanı olduğunun fərqində olsa da biruzə vermədi.
Amma Eminenin yenicə gülən gözlərinin və qohumların sevinci çox çəkmədi.Vəziyyəyi bilən Sovet hakimiyyətinin adiyyatı orqanları, şəhəri gün Qubad kişinin həyətini kəsirdilər.Qubad kişinin qoluna qandal vurub, "Vətən xaini" adı altında iş kəsib, həbsxanaya saldılar.
Əminə və qohumlar "yağışdan çıxıb, yağmura düşmüşdülər".
...1953-cü ildən sonra, Sovetlər birliyinin rəhbəri İosif Stalinin ömündən sonra Qubad kişini həbsdən azadlığa buraxdılar.
Zülmətdən İşığa Doğru hekayələr kitabımdan.
Qalibiyyətin Sonu(hekayə)

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay