Yeni bir araşdırmaya görə, süni intellekt insanların söhbət tarixçəsinə baxaraq onların uyumluluq və emosional sabitlik kimi şəxsiyyət xüsusiyyətlərini 60%-ə çatan dəqiqliklə təxmin edə bilib.

Sürix Texniki Universitetinin (ETH Zurich) tədqiqatçıları ABŞ və Böyük Britaniyadan olan 668 "ChatGPT" istifadəçisindən söhbət tarixçələrinin surətini paylaşmağı xahiş ediblər. Bu yazışmalar əsasında şəxsiyyət xüsusiyyətlərini müəyyən edə bilən xüsusi süni intellekt modeli hazırlanıb. Tədqiqat çərçivəsində mövzularına görə kateqoriyalara ayrılmış 62 mindən çox söhbət toplandığı bildirilir.

"Böyük beşlik" şəxsiyyət testi
Süni intellekt modeli psixologiyada "Böyük beşlik" kimi tanınan beş əsas xüsusiyyəti təxmin etməyə çalışıb:

Uyumluluq (xoşxasiyyətlilik)

Məsuliyyətlilik

Emosional sabitlik

Ekstravertlik (xarici aləmə açıqlıq)

Təcrübələrə açıqlıq

Eyni zamanda, iştirakçılar şəxsiyyətlərini dəqiq müəyyən etmək üçün standart psixoloji testdən keçiblər. Nəticələr göstərib ki, tənzimlənmiş süni intellekt modeli şəxsiyyət xüsusiyyətlərini 61%-ə qədər dəqiqliklə müəyyən edə bilir. Sistemin xüsusilə uyumluluq və emosional sabitliyi proqnozlaşdırmaqda uğurlu olduğu, lakin məsuliyyət hissini müəyyənləşdirməkdə çətinlik çəkdiyi müşahidə edilib.

İstifadə müddəti artdıqca risk də artır
Araşdırma maraqlı bir faktı da üzə çıxarıb: süni intellektin təhlil edə biləcəyi söhbət tarixçəsi nə qədər uzundursa, nəticələr bir o qədər dəqiq olur. Bu o deməkdir ki, insan süni intellektdən nə qədər çox istifadə edərsə, şəxsiyyətinin təfərrüatlarının üzə çıxma ehtimalı bir o qədər artır.

Böyük miqyaslı manipulyasiya xəbərdarlığı
Tədqiqatçılar fərdi səviyyədə risklərin aşağı olduğunu qeyd etsələr də, bu məlumatların bədniyyətli şəxslərin əlinə keçməsi halında "böyük miqyaslı risklərin" yarana biləcəyi barədə xəbərdarlıq edirlər. Onların fikrincə, belə şəxsi məlumatlar yanlış məlumat yaymaq və ya siyasi təbliğat aparmaq məqsədilə genişmiqyaslı manipulyasiya kampaniyalarında istifadə edilə bilər.

Mütəxəssislər ümid edirlər ki, bu araşdırmanın nəticələri gələcəkdə şəxsi məlumatların süni intellektlə lüzumsuz paylaşılmasının qarşısını alan və şəxsi detalları avtomatik təmizləyən sistemlərin yaradılmasına kömək edəcək.

Son xəbərlər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib

Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir

Nev reanimasiyaya yerləşdirildi

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Keçmiş nazir axtarışa verildi - FOTO

Cem Yılmaz tədbirə əsa ilə gəldi

“Kızılcık şerbeti” bu tarixdə başlayır

Kralın qardaşı 800 illik titulu da itirdi

"Şaban" ekranlara geri qayıdır - FOTO

Ziyadxan Budaq : Deyəsən bu payız kamına yetir - FOTO

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Kosmosda kənd təsərrüfatı: Ayda buğda və pomidor yetişdirmək planlaşdırılır

Xəbər xəstəliyi xəstəlik xəbərləri siyahısında

Azərbaycanda bazarlarda qaydalar dəyişəcək - Rəqbətli modelə keçid

Sabah bu küçələr bağlanacaq

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930