
Xəbərlər
11.05.2026, 11:49
Qəzənfər Məsimoğlu : VAXTIDI - FOTO
Yenə bahar fəsli gəlib,
Ağacların çal vaxtıdı.
Əriyib dağların qarı,
Kür çayların lal vaxtıdır.
Arzular qəmi neyləyir,
Həvəs qol açıb oynayır,
Ruh yüksəlir, qan qaynayır,
Görüşlərin bal vaxtıdı.
Hardasınız, şair dostlar?
Yazılası gör nələr var.
Mənzil gödək, vədəmiz dar
Ömrün duyğusal vaxtıdı.
Canım, həsrətə ağrıma,
Yenə söykən söz yavruma.
Düzdə lalənin bağrına
Düşən qara xal vaxtıdı.
Aşıq, sən də yığnağ elə,
Gəlməyəni qınağ elə.
Qəzənfəri qonağ elə,
Telli sazı çal, vaxtıdı.
Ağacların çal vaxtıdı.
Əriyib dağların qarı,
Kür çayların lal vaxtıdır.
Arzular qəmi neyləyir,
Həvəs qol açıb oynayır,
Ruh yüksəlir, qan qaynayır,
Görüşlərin bal vaxtıdı.
Hardasınız, şair dostlar?
Yazılası gör nələr var.
Mənzil gödək, vədəmiz dar
Ömrün duyğusal vaxtıdı.
Canım, həsrətə ağrıma,
Yenə söykən söz yavruma.
Düzdə lalənin bağrına
Düşən qara xal vaxtıdı.
Aşıq, sən də yığnağ elə,
Gəlməyəni qınağ elə.
Qəzənfəri qonağ elə,
Telli sazı çal, vaxtıdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














