“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 31-ci turunun “Şamaxı”(3:0) ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Əfsanəvi Valeri Lobonovskinin komandalarının vizit vərəqi oyunun əvvəlində rəqibə maksimum təzyiq göstərib, sonra arxaya çəkilərək oyunu nəzarəti altına alıb, rəqibin boşluqlar verməsini gözləmək idi. “Neftçi” də bu cür oynayır, hətta “Qarabağ”a 1:5 uduzduğunuz oyunda da belə idi. Demək olar ki, bu ukraynalı məşqçilərin oxşarlığıdır?

- Valeri Lobonovski böyük və əfsanəvi məşqçidir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etməyə çalışıram. Biz “Neftçi” olaraq çalışırıq ki, klubun adına layiq oyun nümayiş etdirək. Bu elə komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməlidir. Pressinq tətbiq etməlidir, ilk dəqiqələrdən sona qədər topa sahib olmağa çalışmalıdır. Bizdən aşağı mövqedə gedən komandalara qarşı oyunda daha tez qol vururuqsa, oyun daha da asan olur. Bəzən bu bizdə yaxşı alınır. Bu gün də erkən qol vurduq. Qol epizodlarımız çox idi. Amma bunu qola çevirə bilmirdik. İkinci hissədə ilk hissədə edə bilmədiklərimizi reallaşdırdıq. Mənə xoşdur ki, oyunçularım bunu dərk edirlər. Oyunun ilk dəqiqələrindən arxada oturub elə oyun göstərmirlər. “Qarabağ”a qalib gəldiyimiz oyunda bir nömrə ilə oynamırdıq, ikinci nömrə ilə çıxış edirdik. Bu da bizə uğur gətirdi.

- “Neftçi” “Qarabağ”ı beş il idi ki, məğlub edə bilmirdi, bunu bacardınız. Artıq üç ildir ki, “Neftçi” “Sabah”a qalib gələ bilmir. Bu oyuna da xüsusi motivasiya ilə çıxıb, daha bir həsrəti başa vura biləcəksiz?

- Bizim çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində “Zirə” ilə aramızda 3 xallıq fərq var. Amma bu heç nə demək deyil. “Sabah”la görüşdə yalnız nəticəyə oynayacağıq. “Sabah” mayın 13-dəki kubok matçına hazırlaşır. Onlar qalib gələrsə, mövsümü iki titulla bitirəcəklər. Biz də əlimizdən gələni etməliyik ki, ən azından mövsümü 4-cü yerdə bitirək. Gəlin kubokun finalını gözləyək, ondan sonra “Sabah” haqda danışa bilərik.

- Qapı xəttində dəyişiklik “Qarabağ”a 1:5 hesablı məğlubiyyətdən sonra edildi. Bunu daha əvvəl edə bilərdiz?

- Burada xüsusi bir şey görmürəm. Kənan Piriç yaxşı qapıçıdır. Eyni zamanda Balayev də. Sadəcə “Qarabağ”la böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin oyundan sonra dəyişikliklərə getməliydim. Onda da 4 futbolçunu dəyişdik. Bu da xeyrimizə işlədi. Gələcək üçün 2 eyni səviyyədə qapıçımız olacaq. İki oyun birinə, iki oyun digərinə şans vermək olar.

- Bəs, Vensan Abubakara şans veriləcək?

- Hər bir oyunçuya şanslar veriləcək. Ağadadaş Salyanski haqda da suallar verilirdi. Görürsüz ki, son iki matçda onun da şansı yaranır. Onun məşq prosesində göstərdiyi əzmkarlığı çox xoşlayıram. Ona görə də oyunda ona şans verdim. Kim əzmkar işləyəcək, şans veriləcək. Bu bizim futbol həyatımızdır.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930