TƏBRİK EDİRİK!
Rza müəllim kimi insanlar haqqında yazmaq asan deyil - çünki belə şəxsiyyətlərin ömürləri sadəcə faktlarla deyil, xatirələrlə, izlərlə və insanların həyatında buraxdıqları işıqla ölçülür.

Müəllimlik peşəsi bəzən səssiz qəhrəmanlıq kimi görünür. Çünki müəllim toxum əkir, amma onun barını çox vaxt illər sonra başqaları görür. Böyük yunan filosofu Socrat deyirdi ki, “Mən heç kimi heç nə öyrədə bilmərəm, sadəcə onları düşündürə bilərəm.” Həqiqi müəllim də məhz bunu edir - o, bilik verməklə kifayətlənmir, düşünməyi, insan olmağı öyrədir.
Rza müəllim də Buynuz kəndində məhz belə bir iz qoyub. Onun sinfində qələm tutmağı öyrənən uşaqlar bu gün ölkənin müxtəlif sahələrində tanınmış alimlərə, dövlət adamlarına çevriliblər. Bu, təsadüf deyil. Çünki yaxşı müəllim sadəcə dərs keçmir, o, xarakter formalaşdırır, istiqamət verir, həyatın yolunu göstərir.


Azərbaycan maarifçiliyinin böyük simalarından olan Həsən bəy Zərdabi müəllim haqqında deyirdi ki, “Xalqın gələcəyi müəllimin əlindədir.” Bu fikir Rza müəllimin ömrünün ən dəqiq təsviridir. Onun yetişdirdiyi nəsillər bu gün həmin gələcəyin canlı sübutudur.
Müəllimlik sənəti səbr tələb edir, sevgi tələb edir, fədakarlıq tələb edir. Məşhur pedaqoq Konstantin Uşinski isə belə deyirdi: “Müəllim yalnız öz işini sevəndə yaxşı müəllim olur.” Rza müəllimin ömrünə baxanda görürük ki, o bu peşəni sadəcə seçməyib - o, bu peşə ilə yaşayıb.
Zarafatları, səmimiyyəti, insanlara münasibəti - bütün bunlar onu sadəcə müəllim yox, həm də sevilən bir insan edib. Əsl pedaqoq olmaq üçün bilik kifayət etmir, ürək lazımdır. Rza müəllimdə isə bu ürək həmişə olub.
90 il… Bu, sadəcə rəqəm deyil. Bu, bir məktəbdir. Bu, neçə-neçə nəslin yaddaşında yaşayan bir ömürdür.
Əziz Rza müəllim!
Sizi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik!

Siz bir kəndin deyil, bütöv bir nəslin müəllimisiniz. Sizin öyrətdiyiniz hər bir hərf, hər bir söz bu gün insanların həyatında yol göstərən işığa çevrilib. Siz şagirdlərinizin yaddaşında yalnız dərs deyən müəllim kimi deyil, həm də həyat öyrədən, yol göstərən, insan yetişdirən bir ziyalı kimi qalmısınız. Buynuz kəndinə həsr etdiyim şeirlərimə verdiyiniz dəyər də Sizin ruhunuzun nə qədər incə və poeziyaya yaxın olduğunu, doğma kəndə vurğunluğunuzu göstərir.
Allah sizə möhkəm can sağlığı, uzun ömür versin! Hər zaman ətrafınız sevgi, hörmət və minnətdarlıqla dolu olsun. Sizin kimi müəllimlər cəmiyyətin ən böyük sərvətidir. Yetişdirdiyiniz şagirdlərin uğurları sizin ən böyük mükafatınızdır.
90 yaşınız mübarək olsun!
Sizin ömrünüz gələcək nəsillər üçün örnək, işıq və qürur mənbəyidir.
Eşq olsun!

BƏHRUZ MƏMMƏDOV

Son xəbərlər

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək

DSMF bu təcrübələrinə görə mükafatlandırıldı

Daha 6 itkin-şəhid dəfn olunacaq

“Netflix”i aldatmışdı - Həbs edildi

Kirkorovun malikanəsində yoxlama aparıldı

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

YOLA ÇIXARKƏN DƏ DİQQƏT, UZAQDA OLARKƏN DƏ QAYĞI… - FOTO

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında - FOTO

İyulun ilk gününə olan hava proqnozu açıqlanıb

Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib

Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir

Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq

QİSMƏTİMƏ QOŞALAYIB ZƏR ATDILAR,TƏKƏ DÜŞDÜ, HA ÇALIŞDIM TABAĞIMA ƏN BALACA TİKƏ DÜŞDÜ - FOTO

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto

Şahbaz Şərif və İran Türkiyəyə səfər edəcək

Sumqayıtda çörək almaq üçün evdən çıxan qız itkin düşdü

Venesuelada zəlzələ qurbanlarının sayı 1700-ü ötüb

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - FOTOLAR

Nilsudan 2 milyonluq yatırım

Pirşağıda dənizdə batan qadın müəllim imiş

7-ci dəfə evləndi - Fotolar

MİNNƏTDARLIQ BORCU...

HAMININ SƏMİMİ DOSTU. HƏMKARIMIZ FAİQ QİSMƏTOĞLUNUN 70 İLLİK YUBİLEYİNƏ - FOTO

Xoş günümün memarları - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930