Azərbaycan xalqının milli mənliyinin, qədim dövlətçilik ənənələrinin və zəngin mədəniyyətinin ən mötəbər sübutları torpağın altında olan maddi-mədəniyyət nümunələridir. Bu qiymətli xəzinənin elmi əsaslarla öyrənilməsi, qorunması və dünyaya tanıdılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycan arxeologiyasını və tarix elmini yeni inkişaf mərhələsinə yüksəltmişdir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının baş müəllimi Səba Hüseynovanın "Tarixin canlı yaddaşı: Heydər Əliyev və Azərbaycanın arxeoloji intibahı" məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda arxeoloji tədqiqatların yüz ildən artıq tarixi olsa da, bu sahədə əsl inqilabi sıçrayış məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələrkən Azərbaycanın zəngin maddi və mənəvi mədəniyyəti hələ beynəlxalq ictimaiyyətə kifayət qədər məlum deyildi. Hətta ölkə daxilində belə, abidələrin qeydiyyatı və mühafizəsi qeyri-qənaətbəxş vəziyyətdə idi.

Böyük rəhbər bir tarixçi uzaqgörənliyi ilə dərk edirdi ki, yazılı mənbələrin olmadığı qədim dövrlərin tarixini yalnız arxeoloji materiallar vasitəsilə bərpa etmək olar. Məhz onun tapşırığı ilə ilk növbədə respublika ərazisindəki bütün tarix və memarlıq abidələrinin yenidən qeydiyyatı aparıldı. Bu proses zamanı acı həqiqətlər də üzə çıxdı: məlum oldu ki, özümüzə "dost" bildiyimiz erməni millətçiləri onilliklər boyu Azərbaycanın maddi irsini ya talayaraq Ermənistana daşımış, ya da qəsdən məhv edərək tariximizi saxtalaşdırmağa çalışmışlar. Heydər Əliyev bu elmi və siyasi təxribatların qarşısını qətiyyətlə alaraq, abidələrimizin dövlət səviyyəsində müdafiəsini təşkil etdi.

Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə qəbul edilən bir sıra qərarlar Azərbaycanın gələcək arxeoloji uğurları üçün hüquqi bünövrə oldu. 1978-ci ildə qəbul edilən "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında" qanun həmin dövr üçün misilsiz bir sənəd idi. 5 fəsil və 51 maddədən ibarət olan bu qanun ilk dəfə olaraq Azərbaycanın tarixi irsinin beynəlxalq aləmdə tanınması zərurətini bir hədəf kimi qarşıya qoydu.

Bunun ardınca, 1981-ci ildə qəbul edilən yeni qərarla arxeoloji ekspedisiyaların maddi-texniki bazası gücləndirildi, bölgələrdə arxeoloji bazalar yaradıldı. Ulu Öndər şəxsən qazıntı sahələrinə gedir, alimlərlə görüşür və tapıntıların elmi əhəmiyyətini daim diqqət mərkəzində saxlayırdı. Həmin illərdə Azərbaycanın demək olar ki, bütün rayonlarında Tarix-Diyarşünaslıq muzeylərinin açılması xalqın öz köklərinə qayıdış hərəkatına çevrildi.

XX əsrin 80-ci illərinin sonunda SSRİ-də baş verən xaos Azərbaycan elminə də ağır zərbə vurdu. Arxeoloji tədqiqatlar dayandı, kadrlar sahəni tərk etdi, abidələr baxımsız qaldı. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hər şey yenidən canlandı. Ölkənin ən çətin və təlatümlü vaxtlarında belə o, tarix elmini unutmadı. Cəmi bir neçə ay sonra - 1993-cü ilin iyulunda müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu təsis edildi.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə tarix və mədəniyyət abidələrinin qorunması hər bir vətəndaşın müqəddəs borcu kimi müəyyən olundu. 1998-ci ildə yenilənən qanunvericilik və 1999-cu ildə Azərbaycanın "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasına qoşulması milli irsimizin qorunmasını beynəlxalq standartlar səviyyəsinə qaldırdı.

Bu gün qürurla qeyd etdiyimiz Azıx mağarası, Qobustan qayaüstü rəsmləri, Gəmiqaya abidələri, qədim Qəbələ, Şabran abidələrinin dünya miqyasında tanınması məhz Heydər Əliyev strategiyasının bəhrəsidir. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş dünya əhəmiyyətli abidələrin siyahısı Azərbaycanın bəşər sivilizasiyasının ən qədim ocaqlarından biri olduğunu bütün dünyaya bəyan etdi.

Ulu Öndərin əsasını qoyduğu bu müqəddəs yol bu gün Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Son illərdə arxeologiya sahəsinə ayrılan dövlət vəsaitlərinin artırılması, beynəlxalq ekspedisiyaların təşkili və yeni-yeni qoruqların yaradılması Azərbaycanın maddi-mədəni irsini ölkəmizin "vizit kartı"na çevirib.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində biz bu gün təkcə keçmişimizi öyrənmirik, həm də həmin keçmişin üzərində qüdrətli və özünəinamlı bir gələcək qururuq. Maddi-mədəni abidələrimiz xalqımızın minilliklərdən süzülüb gələn möhürüdür və bu möhür Heydər Əliyev dühası sayəsində əbədi olaraq tarixin yaddaşına həkk olunub.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930