“MV Hondius” kruiz gəmisinin sərnişinləri və heyəti bazar günü İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi ilə sıx əlaqələndirilmiş beynəlxalq səhiyyə əməliyyatı çərçivəsində Tenerifedə gəmidən eniblər. Rəsmilər ictimaiyyəti epidemiyanın “başqa bir COVID olmadığına” inandırmağa çalışırlar.

"Unikal" xəbər verir ki, gəmi üç nəfərin ölümünə səbəb olan hantavirus epidemiyasının yaratdığı beynəlxalq ictimai səhiyyə tədbirlərinin mərkəzində həftələrlə dənizdə qaldıqdan sonra Kanar adaları sahillərinə çatıb. Tenerifedə komandaya rəhbərlik edən ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus geniş ictimaiyyət üçün riskin aşağı olaraq qaldığını vurğulayıb. O, bazar günü media müzakirəsi zamanı jurnalistlərə bildirib ki, “bu, başqa bir COVID deyil və ictimaiyyət üçün risk aşağıdır. “İnsanlar qorxmamalı və təşvişə düşməməlidirlər”, -deyə o qeyd edib.

Gəmidə səkkiz yoluxma halı qeydə alınıb, onlardan altısı laboratoriyada hantavirus infeksiyası kimi təsdiqlənib, hamısı Andes virusu (ANDV) kimi müəyyən edilib, baxmayaraq ki, mayın 2-dən bəri yeni ölüm halları olmayıb.

ÜST-nin Tenerifedəki səhiyyə əməliyyatları rəhbəri Diana Rojas Alvaresin sözlərinə görə, gəmini tərk edən ilk qruplar arasında İspaniya, Fransa, Kanada və Niderlanddan olan sərnişinlər və heyət üzvləri olublar. “Bu, olduqca gərgin proses idi, eyni zamanda çox yaxşı təşkil olunmuşdu”, - deyə o, media brifinqi zamanı bildirib.

Bazar günü təxminən 46 sərnişin və heyət üzvünün gəmidən enməsi gözlənilirdi və əməliyyatlar bazar ertəsi gününə qədər davam edir. Gəmi tibbi qrupla müşayiət olunaraq Niderlanda qayıdarkən, təxminən 30 heyət üzvünün göyərtədə qalması gözlənilir.

ÜST rəsmiləri sərnişinlərdən heç birinin kommersiya uçuşları ilə səyahət etməyəcəyini bildiriblər. Bunun əvəzinə, çarter repatriasiya uçuşları ciddi sağlamlıq protokollarına əsasən milli orqanlarla əlaqələndirilir.

ÜST-nin epidemiya və pandemiya idarəetmə direktoru Maria van Kerxove virusun inkubasiya dövrü səbəbindən sərnişinlərin və heyət üzvlərinin altı həftəyə qədər aktiv sağlamlıq monitorinqindən keçəcəyini bildirib. “Tövsiyəmiz aktiv izləmədir, yəni gündəlik monitorinq, qızdırma və ya digər simptomların yoxlanılması deməkdir”, - deyə o əlavə edib. Direktorun sözlərinə görə, ÜST evdə və ya müəssisədə karantin və 42 gün monitorinq keçirməyi tövsiyə edir: “Bu, həqiqətən də virusun başqalarına keçməməsinə əmin olmaq üçün ehtiyatlı bir yanaşmadır. Həmçinin gəmidən düşəndə və başqalarının yanında olduqda əlavə qorunma təbəqəsi üçün respirator taxmağı tövsiyə edirik”.(Azərtac)

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930