ALMANİYADAN GƏTİRİLƏN GƏLİN (HEKAYƏ) - Səbahət LƏNKƏRANLI
ALMANİYADAN GƏTİRİLƏN GƏLİN. (HEKAYƏ)

Ömür- gün yoldaşını Azərbaycana Berlindən gətirmişdi ,Əlihüseyn. Alman qızı idi , Katrina. Çox gözəl idi. Kişiyə xas olan görünüşlə Əlihüseyn də yaraşıqlı idi. Ucaboylu , şux qamətli , alicənab insan olan Əlihüseyn ali təhsilli aqronom idi. Onlar bir - birlərini çox sevirdilər. Katrinanın gözəl gözlərindən xoşbəxt olunduğu sezilirdi. Əlihüseyn həyat yoldaşı olmaqla bərabər , qəriblikdən gələn Katrinaya ata, ana, bacı, qardaş münasibətini də verə bilirdi . Gəlin gəldiyi vaxtdan Katrina hamilə qaldı. Onların ard-arda iki qız övladları - Sona və Solmaz dünyaya gəldi. Övladları arasında çox deyil, bircə il fərq oldu. Bu gən cütlüyə, bu ailəyə xoşbəxtlik, xoşbəxtlik gətirmişdi. Əlihüseyn işdən qayıdandan sonra övladları ilə əylənir, onların gülüşlərindən ürəyi fərəhlənir, yorğunluğunu unudur, rahatlanırdı.
Katrinada azərbaycanlılara xas süfrə hazırlayır, pürrəngi çay, dadlı yeməklərlə ərinin qulluğunda dururdu. Təbii ki , qaynanasından öyrənmişdi. Ər- arvad bir- birlərindən çox razı idilər. Vaxt tapan kimi Əlihüseyn , Katrinanı kino- teatra , filmə baxmağa aparırdı.Onlar gəzməyə gedən də , uşaqlar kiçik olduğu üçün nəvələrini Əlihüseynin anası saxlayırdı. Bir sözlə, bu ailədə mehribançılıq, səmimiyyət hərtərəfli hökm sürürdü. Bu minvalla günlər aylara, aylar illərə çevrildi. Düz altı il keçdi. Sonanın beş, Solmazın dörd yaşı olanda 1sentyabr 1939 - cu ildən - 1 sentyabr 1945 - ci ilə dək davam edən ll Dünya Müharibəsi başladı. Məmmədovlar ailəsinə qara bəxt bu tarixdən yazıldı. Katrina Almaniyaya sürgün edildi. Həm Əlihüseyn, həm də Katrina sevgilərinə ayrılıq salan bu taleylə, barışmaq məcburiyyətində idilər. Elə həmin gün Əlihüseynin qaməti əyildi , beli büküldü. Ömrünün yazı, qışla əvəz olundu. Yaşından tez qocaldı. Nə olur,olsun övladlarını özü böyüdəcək, bir daha ailə qurmayacağına qərar verdi. Övladlarını qoca anası ilə bərabər, "anasız uşaqlar "çətinliyi ilə böyütdü. Sona on beş, Solmaz on dörd yaşına çatanda ata nənələri dünyasını dəyişdi. Əlihüseyn qızları ilə bərabər olsa da ailə meydanında tək qaldı. O qədər əzab, əziyyət , çətinlik çəkdi ki, sanki başındakı saçı qədər. Amma övladlarını heç kimə etibar etmədi. Qızlar məktəbdə dərs əlaçısı, nümunəvi şagird oldular. Məktəbi əlaçılıqla bitirərək, ali məktəbə daxil oldular. Tələbə olduğu zaman Solmaz tələbə yoldaşı Fuadla sevgili olur, Bakıya ərə gedir. Gözəl ailə sahib olur. Sona isə ali məktəbi bitirəndən sonra öz rayonlarına qayıdır, orta məktəblərin birində müəllimlik fəaliyyətinə başlayır. Bir neçə ildən sonra rayonda ən mötəbər adlı- sanlı ailədən olan qonşu oğlan Sonaya elçi düşür. Razılıq verilir, Sonaya çox təmtəraqlı toy olur. Gəlin köçür. Gəlin köçdüyü gün Sona şad xəbər alır ki, məktəb direktoru təyin olunub. Sevinc, sevincə qarışır. O da gözəl, xoşbəxt bir ailə sahibi olur. Övladlarının xoşbəxt günlərini görən Əlihüseyn, hər dəfə " Daha rahat ölə bilərəm " deyir. Sonanın ilk övladı dünyaya gələn günü Əlihüseyn vəfat edir. Valideynlərini itirən Sona və Solmaz Azərbaycanda sayılıb, seçilən, adları iftixarla deyilən , nümunə göstərilən ailələrdən oldular.

Səbahət Lənkəranlı.
19.02.2022

Son xəbərlər

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Vüqar Novruzovun rəhbərliyi ilə Göygöldə milli-mənəvi dəyərlərin təbliği uğurla davam edir

Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

"Facebook"un işində nasazlıq yarandı

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

DÇ-da üçüncü yer mübarizəsi - İngiltərə erkən qol vurdu

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

46 yaşlı qadın qızdırmadan öldü

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031