Uşaq şeirləri - Səbahət Lənkəranlı
ƏLİ
Bağçaya gəldi , Əli
Çiçək gətirdi , " Nərgiz "
Söylədi : - Ay müəllimə ,
Bizə əzizsən , əziz !

Vardır həyətimizdə ,
Anam əkmiş gülləri.
Gəlin təşəkkür deyək :
-Sağ ol , ana əlləri .

Bizləri əzizləyir,
Övlad sanır , sevirsən.
Çəkirsən nazımızı ,
" Balalarım " deyirsən.

Nənəm etmişdir dua:
- Qoy Səbahət var olsun.
Allah versin mükafat,
Qəlbi sevinclə dolsun.
09.02.2022


HÜSEYNƏ
Hüseyn yaman dəcəldir,
Qulaq asmır o sözə.
Anası gileylənir,
Bilmirəm, daha dözə.

Ay müəllimə , noolar ,
Hüseynə cəza verin.
Uşaqlara söyləyin
" Ar olsun " ona deyin.

Fala yumurtaları
Sındırıbdır ta hində.
Deyir dostum söylədi,
Edir uşaqlar Çində.

Qırıbdır pəncərəni ,
Atıbdır qara daşı.
Daş keçibdir mətbəxə,
Aşırıb qazan, aşı.

Hüseynimin əlindən
Qaçım Bakı, Şəkiyə ?
Oğlumun pis vərdişi
Gəlməz ölçü, çəkiyə
08.02.2022


ƏSMANURA
Görün Əsma nə deyir ,
Vardır oyuncaq " ayı" m
Yedizdirirəm onu ,
Alıbdır mənə dayım.

Atam da alıb çoxlu ,
Gəlinciklər, maşınlar.
Maşın oğlanlar sevir
Satıcılar çaşıblar.

Anam gəlinciyimə,
Hazırlayır qonaqlıq.
Xəyalıma bir fikir
Gəlir elə bir anlıq.

Deyirəm ki , Hafisə
Alaq biz gəlinciyə .
Tacla, al qırmızı don
Bənzəsin o inciyə.

İki bacı gülüşdük ,
Razılaşdıq fikirlə
Anamın gözəl gözü,
Demə bizə dikilə.

Atam, anam, mən, bacım,
Yollandıq biz dükana.
Gəlinciyə don aldıq,
Çox sağ ol , əziz ana.
09.02.2022


Şiriyev Yusifə.
Aldı oyuncaq bir saz,
Diqqətlə baxdı ona
Yusif çevrildi, dedi :
"Şair olaram, ana "

Yazaram ilk şeirimi,
Öz sevimli anama.
Təbim gələr coşaram,
Həsr edərəm atama.

Mən şeir çələnginə ,
Düzərəm inci , sözlər.
Hey oxuyar qardaşım,
Nura qərq olar gözlər.

Müəllimlərimi də
Vəsf edərəm misramda.
Səbahətin qəlbinin
Şəklin çəkərəm orda.

Söyləyərək şeirimi,
Mən çalaram sazımı.
Görən anam nə deyir?!
O Yusifdən razımı?!
08.02.2022


BANU
Xırdaca , ağ əlinə ,
Fırçanı aldı, Banu.
Çəkdi sevinclə tablo,
Görəydiniz siz , onu .

Baxdı şəkilə, dedi :
" Biləsiniz, deyirəm,
Əzizdir müəlliməm,
Ana sanır, sevirəm ".

Gəlirəm mən bağçaya,
Atamla gülə-gülə.
Vuruldum Səbahətdə ,
Bal dodaq, şirin dilə.

Sanıram göydən gəlib,
Bir hüridir, mələkdir.
Mənim gözəl müəlliməm,
Bizə lazım, gərəkdir.

Neçə - neçə körpələr,
Ötürübdür , məktəbə .
Hər biri əlaçıdır,
Yetişibdir mətləbə.

Öyünsün, fərəhlənsin,
Qoy ürəyi dağ olsun.
Uzun illər yaşasın,
Qara saçı ağ olsun.


Səbahət Lənkəranlı.
07.02.2022

Son xəbərlər

Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

"Facebook"un işində nasazlıq yarandı

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

DÇ-da üçüncü yer mübarizəsi - İngiltərə erkən qol vurdu

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

46 yaşlı qadın qızdırmadan öldü

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Azərbaycan 6 ayda 24 milyard 661 milyon dollar dəyərində ticarət əməliyyatı apardı

44 gün enerji saxlayan "ƏBƏDİ TELEFON" - "iPhone 16 Pro"nu geridə qoyacaq

Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı

Bakıda 33 dərəcə isti olub - FAKTİKİ HAVA

Netanyahu Nyu-Yorka getsə, həbs olunacaq

MİQ imtahanları yekunlaşdı - Apellyasiya müraciətləri bu tarixdə başlayır

“Buna həqiqətən dəyərdimi, Haluk?” - Mahsun Kırmızıgül

FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir

İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031