SEVGİ VƏ HƏSRƏTDƏN DOĞAN HİSSLƏR.


Səbahət Lənkəranlının şeirlərini misra - misra oxudum . Sonradan düşündüm ki , Səbahət xanımın şeirlərinin məcmuəsi elə onun tərcümeyi halıdır. Sanki o əbədi olmayan həyatı hamıdan çox , hamıdan fərqli sevir. Öz gözəlliyi ilə həyata gözəllik verdiyini dilə gətirib həyatla gözəllik bəhsinə düşüb. Onun şeirlərinə hopan bu duyğular onun həyata olan sevgisindən doğan duyğulardır.

Şeirlərində onun nakam sevgi yaşamağı hiss olunsa da sevgisinə qovuşmaq üçün istək və mücadiləsi təqdirə layiqdir. Səbahət xanımın yazdığı şeirlərinin tam əksəriyyəti onun nakam sevgisindən və sevgilisinə olan həsrətindən doğub. Sevgi və həsrətin şeirdə ifadə tərzinə məhdudiyyət yoxdur. Yetər ki , heca vəznində yazılan şeirlərin ədəbi qayda və şərtlərini gözləyib sözü qırmayasan.


Əsas odur ki , Səbahət xanım şeirlərində hiss və duyğularını özünəməxsus tərzdə ifadə edir , içindən gələn sözləri öz düzümündə qələmə alır. Şeirlərində kənar təsirlər və oxşamalar sezilmir. Şeir yazılışında şairin özünü ifadə tərzi mühim şərtlərdən biridir. Düşünürəm ki , Səbahət xanım şeirlərində içdən gələn hiss və duyğularını qələmə almaqla özünü ifadə edə bilib.

Şairə qələmi ilə həyata sonsuz sevgisini misra - misra kağıza hopdurub.

Həyatda heç kim şair doğulmur. İnsan dünyaya gələndən sonra həyatın müəyyən məqamında ona ilahi tərəfindən xüsusi istedad verilir. İnsan ona verilən ilahi istedadı xəmir kimi yoğura - yoğura püxtələşir , mükəmməl olur. Bu baxımdan inanıram ki , oxucular Səbahət xanımın şeirlərini sevə - sevə oxuyacaq .

İsmayılova Səbahət Kərim qızı , 1971 - ci il , may ayının 14 də Lənkəran şəhərində anadan olmuşdur.

Məktəb yaşlarından ictimai işlərdə fəallıq göstərən Səbahət İsmayılova kiçik yaşlarından poeziya vurğunudur. Bu vurğunluq onda Azərbaycan dili və ədəbiyyatı müəlliməsi olmaq arzusu yaratsa da buna nail ola bilməmişdir. " Məktəbəqədər müəssisələrdə tərbiyəçi " ixtisasına yiyələnmişdir. 1991 - ci ildən Lənkəran uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışır.

Səbahət İsmayılova " Qızıl Qələm " və " Azərbaycan bayrağı " media mükafatı laureatıdır.

Lənkəranlı təxəllüsü ilə şeirləri vasitəsilə Lənkəranı təmsil edir.

" Əllərin yetməyən bir mələyəm mən " adlı , 1 kitabın müəllifidir.

Bu da 2-ci kitabıdır.

Ailəlidir. İki qız övladı var.

Mən də Səbahət xanıma davamlı uğurlar arzulayıram.


İMAN ABDULLA.
Azərbaycan Yazıçılar Birliyinin üzvü.

SEVGİ VƏ HƏSRƏTDƏN DOĞAN HİSSLƏR.

Son xəbərlər

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Vüqar Novruzovun rəhbərliyi ilə Göygöldə milli-mənəvi dəyərlərin təbliği uğurla davam edir

Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

"Facebook"un işində nasazlıq yarandı

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031