
Xəbərlər
1.07.2026, 22:29
Bu ürəkdir - FOTO
ATLAZ RZAYİ
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu,
“Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair
Bu ürəkdir, söz anlamaz,
Söz desəm.
Ya bir desəm,
Ya yüz desəm.
Sənə olan bu sevgimi
Günəş ömrü sanıb gəl .
Sevən qəlbim işıqdır,
İşığa inanıb gəl.
Bu ürəkdir, bu sənsən.
Qınasan da , sevinsən də
Sevir o.
Bu sevginin nurunda
Ən gözəl yuxum kimi,
Ən gözəl sabah kimi
Ömrüm xeyirə açılır.
Bu dünyanı qucmağa,
Qollarım dörd bir yerə açılır.
Bu ürəkdir
Su kimi,
Axıb gedir.
Əlindəki xoşbəxtliyə
Baxıb gedir.
Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu,
“Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair
Bu ürəkdir, söz anlamaz,
Söz desəm.
Ya bir desəm,
Ya yüz desəm.
Sənə olan bu sevgimi
Günəş ömrü sanıb gəl .
Sevən qəlbim işıqdır,
İşığa inanıb gəl.
Bu ürəkdir, bu sənsən.
Qınasan da , sevinsən də
Sevir o.
Bu sevginin nurunda
Ən gözəl yuxum kimi,
Ən gözəl sabah kimi
Ömrüm xeyirə açılır.
Bu dünyanı qucmağa,
Qollarım dörd bir yerə açılır.
Bu ürəkdir
Su kimi,
Axıb gedir.
Əlindəki xoşbəxtliyə
Baxıb gedir.
Atlaz Rzayi
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













