
Xəbərlər
31.05.2026, 00:53
Atlaz Rzayi : Turan doğuluş adı, Turan dirilik adı - FOTO

Biz Turan bayrağının
Kölgəsi altındayıq.
Türkün hayqıran səsi,
Nəfəsi altındayıq.
Dünyanın hər qütbündən
Gün kimi doğur Turan.
Öz sözünü deyibdir,
Həm əvvəl, axır Turan.
Düşmən qorxuya düşür,
Eşidəndə Türk adın.
Dünyaya hakim olub,
Sənin elə tək adın.
Yer yerindən titrəyir
Gələndə birlik adı.
Turan doğuluş adı,
Turan dirilik adı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












