Xəbərlər
23.02.2025, 16:56
Premyer Liqa: “Turan Tovuz” Şamaxıdan 3 xalla qayıdır
Misli Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşma Tovuz təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 30-cu dəqiqədə Alek Souza vurub.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Şamaxı” isə 21 xalla 8-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay