Heydər Ələddinoğlu: “30 il ədəbi aləmdə külüng çaldım.Tanınmış şair adını qazansam da, sən demə məşhurlaşacağım sahə ayrı olacaqmış...”
Bu fikri istedadlı şair, əziz qardaşım, dəyərli insan Heydər Ələddinoğlu keçən həftə feysbuk səhifəsində paylaşmışdı. Onu yaxşı anlayıram; ədəbiyyat səltənətindən nəsə ummağa haqqı var. Çünki o, ötəri poeziya marağı olanlardan, bu sahədə kiminsə yerini dar edənlərdən deyil. O, tək-tək şairlərdəndir ki, özünü yazır, özünü ifadə edir, təqlidçilik ona yaddır, ümumiyyətlə, o, özünü şeir yazmağa məcbur etmir, şeiri ona Allah əta edir.
Hələ heç kim (hətta özü də) qərar verə bilməz ki, Heydər Ələddinoğlu şeirdən yarımadı, şeir onun üçün qurtardı, daha onun üçün ədəbiyyat səltənətinin işıqları sönüb və s. Bütün ixtiyarlar Allahın əlindədir. Bilmək olmaz, bir müddət sonra Allah Heydər Ələddinoğlu üçün hansı yolları açacaq...
Bəlli ki, əziz, dəyərli qardaşımız Heydər xeyli vaxtdır (və hazırda da) ədəbiyyatı rəzil günə qoyanlardan, həqiqi söz fatehlərinin haqqını kimlərəsə yedirənlərdən narazıdır (çünki o, özü də dəfələrlə haqsızlığa uğrayanlardandır). Bu səbəbdən (əslində isə dolanışıq səbəbindən) Heydər Ələddinoğlu xeyli müddətdir gələcəyimizin söykənəcək yeri olan yeniyetmə və gənclərə ingilis dili öyrədir. Bu bacarıq onun Allahdan ikinci mükafatıdır. Bu, həm də o anlama gəlir ki, Heydər Ələddinoğlu Allahın nəzərindədir, Allah onu poeziya göydələnindən çıxarmayıb, sadəcə, onun bu sahədə yetişəcəyi uğur öz vaxtını-vədəsini gözləyir. O, bolluca səbr etməli, təmkinlə Allahın ona qapı (və ya qapılar) açacağı günü gözləməlidir. Belə deyək, “Allah verirsə, nemətdir, vermirsə, hikmətdir”.

Heydər Ələddinoğlu, əziz qardaşım, sən həqiqi mənada istedadlı şair, cəmiyyət üçün hədsiz yararlı kadr-mütəxəssis, Allah üçün etiqad, inam və imanda təcəlla edən şəxsiyyətsən. Abrın, həyan, mədəniyyətin həyat örnəkləridir. Çöhrəndəki xoş təbəssüm, insan surətindəki həlimlik və kübarlıq gendən gəlir, bu, sənin nə qədər saf, təmiz və əsilzadə bir insan olduğunun sübutudur. Sənə, sadəcə, bir qardaş tövsiyəm var; biz eyni əhvalda, eyni aqibətdə adamlarıq, əmin ol ki, səni istəməyən çoxdur, o çoxların acığına ədəbiyyat-poeziya qatarından düşmə, çünki bunu Allah istəmir. Sanma ki, Allahın yerinə qərar verirəm, əsla, sadəcə, mən sənin şeiriyyətdə uğur qazanacağına inanıram. Sən də buna inan!Sənə can sağlığı, kəskin ədəbiyyat sevgisi arzu edirəm.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930