MİNNƏTDARLIQ BORCU...
Bu hissin içində qəlbimdən keçirdiklərim...

Bəzən insan həyatında elə hall, hadisə, vəziyyət yaranır ki, onun qəlbində sevinc dolu minnətdarlıq hissi yaranır. Səbəbkarın ünvanına çatdırmadıqca ruhən rahatlıq tapmırsan. Lap özünü oda-közə vursanda belə, bu hiss səni rahat buraxmır...
Əgər bu hiss duyğusunu poetik ifadələrə köçürə bilən şairin həyatında baş verərsə bu artıq poeziyaya çevrilir. Ünvanlı bir poeziyaya.
Azərbaycan ədəbiyyatında yetərincə ünvanlı poeziya nümunələri mövcud olub, bu gün də bu ənənə davam edir...


Dəyərli şairimiz, gözəl insan, ictimai fəal, öz şəxsi vəsaiti ilə şəhid ailələri və qazilərimizlə anım günlərində təsəlli verici görüşlər keçirib, şair Abdulla Sanqalanlı səhhətində yaranan problemin aradan qaldırılması üçün müraciət etdiyi, nevroloq həkim Səbinə Tağıyevədən gördüyü insani hərəkət, peşəsinə vicdanla yanaşmadan sonra ona həsr edilmiş, səmimi hisslərlə yazılmış, həkim peşəsinə minnətdarlıq və insanpərvərliyin tərənnümünə həsr olunmuş bir şeiri haqqında danışmaq istəyirəm...

Abdulla Sənqalanlının, - "Dəyərli insan, nevroloq həkim Səbinə Tağıyevaya ithaf edirəm" - sözləri ilə başlayan bu şeir həkim peşəsinin müqəddəsliyini, insan həyatına bəxş etdiyi ümidi və şəfanı poetik dillə ifadə edən təşəkkür xarakterli lirik əsərdir. Şair nevroloq həkim Səbinə Tağıyevaya yalnız peşəkar həkim kimi deyil, həm də yüksək mənəviyyata malik, insanlara yaşamaq eşqi aşılayan bir şəxsiyyət kimi yanaşır.
Şeirin ilk bəndində müəllif həkimin göstərdiyi qayğını həyatın yenidən bəxş edilməsi kimi qiymətləndirir.

"Yaşamaq ümidini sən verdin mənə,
Bu nurlu dünyanı bəxş etdin mənə.
Xəstə ürəyimə, xəstə qəlbimə,
Şəfalı əllərin dərmandır, həkim!"


"Yaşamaq ümidini sən verdin mənə"- misrası əsərin əsas ideyasını müəyyənləşdirir. Burada həkim yalnız xəstəliyi müalicə edən deyil, həm də insanın mənəvi gücünü bərpa edən xilaskar obrazında təqdim olunur.
Şeirin ikinci bəndində şair Abdulla Sanqalanlı həkimin daxili aləmi, mərhəməti və insanlara xidmət eşqi tərənnüm edir.

"İlahi qüdrətli duyğuların var,
Min insan yaşadan arzuların var.
Hər eldə-obada səfaların var,
Xoş sözün ömrümü uzadır, həkim!"


"Min insan yaşadan arzuların var"- misrası onun fəaliyyətinin cəmiyyət üçün əhəmiyyətini ümumiləşdirən uğurlu bədii ifadədir.
Şair daha sonra növbəti bənddə
bədii təsvir vasitələrindən istifadə edərək həkimin mənəvi ucalığını göstərir.

"Qürurun dəniz tək ləpələnibdi,
Zirvələr başına qar ələnibdi.
Elə bil üzünə nur çilənibdi,
Nurlu arzular da yaşadır, həkim!"


"Qürurun dəniz tək ləpələnibdi", "üzünə nur çilənibdi"- kimi təşbehlər və bənzətmələr obrazın işıqlı, nəcib xarakterini canlandırır.

"Min dastan yazılsa adına azdır,
Ömür təravətli bahardır, yazdır.
Şair qəlbim bu misranı yaratdı,
Hamıya səxavətin həyatdır, həkim!"


Şeirin bu bənddi isə ümumiləşdirici məna daşıyır. Şair bildirir ki, belə bir insan haqqında yazılacaq minlərlə dastan belə onun xidmətlərini tam ifadə etməyə kifayət etməz. Burada müəllif öz minnətdarlığını poetik söz vasitəsilə əbədiləşdirməyə çalışır.

Forma baxımından şeir dörd bənddən ibarətdir, qoşma üslubunu xatırladır. Misralar ahəngdar qafiyələnir, hər bəndin sonunda təkrarlanan "həkim!" müraciəti əsərə emosional təsir gücü və bütövlük verir.

Ümumilikdə, bu şeir həkim peşəsinə ehtiramın, insanpərvərliyin və minnətdarlıq hissinin səmimi poetik ifadəsidir. Əsərin əsas ideyası budur ki, həqiqi həkim yalnız xəstəni müalicə etmir, həm də ona yaşamaq ümidi, mənəvi dayaq və həyata inam bəxş edir.

Sonda gözəl şairimiz Abdulla Sanqalanlının ürəkdən söylədiyi poetik arzusuna qoşularaq deyirəm:- Nə yaxşı ki, sizin kimi peşəsini sevən, işinə vicdanla yanaşan, göydə Allaha, yerdə Sizə pənah gətirən xəstələri naümüd qoymursunuz. Allah da sizi naümüd qoymasın...
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin üzvü.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930