Xəbərlər
19.07.2026, 13:04
“Facebook” və “Instagram” çökdü
Dünyanın ən böyük sosial media platformalarından olan “Facebook” və “Instagram” qlobal texniki nasazlıqla üzləşib.
“Qafqazinfo” xəbər verir ki, istifadəçilər hesablarına daxil olmaq, lentləri yeniləmək və mesaj göndərmək zamanı problemlə qarşılaşırlar.
İstifadəçilərin bildirdiyinə görə, platformalara giriş zamanı ekranda “Hesab hazırda əlçatan deyil” xəbərdarlığı görünür. Bəzi istifadəçilər isə hesablarına daxil ola bilsələr də, lent yeniləmə və mesajlaşma funksiyalarının işləmədiyini qeyd edirlər.
“Meta” şirkətinin sistem mesajında problemin texniki nasazlıqla bağlı olduğu bildirilib: “Saytdakı problem səbəbindən hesabınız hazırda əlçatan deyil. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin”.
Real vaxt rejimində texniki kəsintiləri izləyən “Downdetector” platformasının məlumatlarına əsasən, nasazlıq yalnız müəyyən bölgələrlə məhdudlaşmayıb və dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edib.
Hazırda “Meta” şirkəti kəsintinin səbəbi və platformaların nə zaman tam bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verməyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay