Ad günü hər bir insanın həyatında xüsusi və unudulmaz, özəl gün olaraq qalır. Ad günü təbrikləri, insanları sevindirmək və onların xüsusi hiss etməsinə nail olmaq üçün çox önəmlidir. Belə ki, bu təbriklər insanlara sevgi, dəyər və qayğını hiss etdirməyin ən təsirli yollarından biridir.

Ötən il ömür nərdivanımın 60-cı pilləsində olanda yazar dostlarım və xətrimi istəyən insanlar haqqımda dürlü-dürlü yazılar yazdılar. Bu dəfə isə 61-ci pillədə qərar tutmuşam. Bu dəfə də həmin ənənə davam etdi. Mən ad günü keçirmədim, dostlar təşkil etdilər – ötən il də, bu dəfə də. Ötən il daha möhtəşəm oldu, bu dəfə isə öz “kruq”umuzda. Sadə formada.
Düşünəndə ki, yaşanmış bu ömür hədər getməyib, şərəfli bir ömürdür, bununla qürur duyuram. Özüm haqqında danışsam, iftixarla bərabər, hüznlü duyğular da yadadüşəcək. Ona görə özüm haqqında yazmaqdan vaz keçdim. Meydanı dostlarımın yazılarına verməyi qərarlaşdırdım. Bəri başdan haqqımda yazıları paylaşan “Turaz” tv saytının rəhbəri Cəmil ZƏBHULLAOĞLUna və məni təbrik edən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

İLK TƏBRİK
Ömrün ən gözəl redaktəsi – İNSANLIQ
Azərbaycan mətbuatının tanınmış siması, publisist, redaktor, müəllif və dostluq dəyərlərinin sədaqətli daşıyıcısı Daşdəmir Əjdəroğlunun ad gününə
İnsan ömrü bəzən yazılmış bir kitaba bənzəyir. Hər gün onun yeni bir səhifəsi açılır, hər il yeni bir fəsli başlanır. Lakin elə insanlar var ki, onların həyat kitabı yalnız öz talelərindən ibarət olmur. Onlar yaşadıqları ömrə yüzlərlə insanın xatirəsini, dostluğunu, sevgisini, hörmətini və minnətdarlığını da əlavə edirlər. Belə insanların ömür kitabı tək bir müəllifin deyil, bütöv bir çevrənin, bütöv bir nəslin mənəvi salnaməsinə çevrilir. Bu gün haqqında söz açdığımız Daşdəmir Əjdəroğlu da məhz belə insanlardandır.
Adətən belə yazıları o özü yazır. Dostlarının, həmkarlarının, qələm yoldaşlarının ad günlərində, yubileylərində və əlamətdar günlərində qələmini əlinə alır, onların həyat yolunu araşdırır, fəaliyyətlərini təhlil edir, şəxsiyyətlərini dəyərləndirir və ortaya zəngin publisistik məqalələr qoyur. O yazılarda yalnız jurnalist peşəkarlığı deyil, dost ürəyinin hərarəti də hiss olunur. Bu dəfə isə həmin yazıların müəllifi özü yazının qəhrəmanına çevrilib.
Uzun illərdir Azərbaycan mətbuatının ön sıralarında yer alan, ölkənin ən nüfuzlu mətbuat orqanlarından biri olan "Azərbaycan" qəzetində məsul vəzifədə çalışan Daşdəmir Əjdəroğlu peşəkar jurnalist, təcrübəli redaktor, məhsuldar müəllif və əsl ziyalı kimi tanınır. Onun həyat yolu sözə xidmətin, peşəyə sədaqətin və mənəvi dəyərlərə bağlılığın nümunəsidir.
Jurnalistika, sadəcə peşə deyil. O, cəmiyyət qarşısında məsuliyyət daşıyan bir missiyadır. Xəbərin arxasında həqiqəti görmək, hadisənin mahiyyətini anlamaq, zamanın nəbzini tutmaq və bütün bunları oxucuya düzgün çatdırmaq böyük peşəkarlıq tələb edir. Daşdəmir Əjdəroğlu uzun illər ərzində bu missiyanı ləyaqətlə yerinə yetirən qələm adamlarından biri olub.
Onun fəaliyyət göstərdiyi dövr Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli inkişafının ən mühüm mərhələləri ilə üst-üstə düşür. Bu illər ərzində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən mühüm hadisələrin işıqlandırılmasında, cəmiyyətə çatdırılmasında onun da əməyi və zəhməti olub. O, hər zaman sözün məsuliyyətini dərk edən jurnalist kimi fəaliyyət göstərib.
Daşdəmir müəllimin həyatında redaktorluq sənəti xüsusi yer tutur. Çünki redaktor olmaq, sadəcə, mətndəki səhvləri düzəltmək demək deyil. Redaktor müəllifin fikrinə hörmət etməyi, onun düşüncəsini daha aydın ifadə etməyi, mətnə yeni nəfəs verməyi bacarmalıdır. Bu isə həm peşəkarlıq, həm geniş mütaliə, həm də yüksək intellekt tələb edir.
İllər boyu neçə-neçə kitabın redaktoru olan Daşdəmir Əjdəroğlu bu sahədə də öz sözünü deyib. Onun redaktə etdiyi kitablar müxtəlif mövzuları əhatə etsə də, hamısını birləşdirən bir ortaq cəhət var: keyfiyyətə və sözə hörmət. O, müəlliflə oxucu arasında görünməyən, lakin çox vacib bir körpü rolunu oynayıb.
Lakin Daşdəmir müəllim təkcə redaktor deyil. O, həm də müəllifdir. Müxtəlif mövzularda qələmə aldığı əsərlər, publisistik yazılar və araşdırmalar onun yaradıcılıq imkanlarının genişliyini göstərir. Müəllif kimi yazmaq, redaktor kimi isə başqalarının yazdıqlarını cilalamaq hər iki istiqamətdə böyük məsuliyyət tələb edir. Daşdəmir Əjdəroğlu bu iki missiyanı uğurla birləşdirən nadir ziyalılardandır.
Onun yazılarında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri insana olan maraqdır. O, hadisələrdən çox insan talelərini görməyi bacarır. Yazılarında faktlarla yanaşı, insan xarakterləri, həyat hekayələri və mənəvi dəyərlər də xüsusi yer tutur. Məhz buna görə onun məqalələri, sadəcə, oxunmur, həm də yadda qalır.
Daşdəmir müəllimin ən böyük sərvətlərindən biri qazandığı dostluqlardır. Həyatda hər kəs tanış qazana bilər, lakin dost qazanmaq hər adama nəsib olmur. Dostluq etimad, sədaqət və mənəvi yaxınlıq tələb edir. Onu tanıyanlar yaxşı bilirlər ki, o, dostlarının uğurlarına öz uğuru kimi sevinən, onların problemlərinə öz problemi kimi yanaşan insanlardandır. İnsan münasibətlərində səmimiyyətə və dürüstlüyə böyük önəm verir. Elə buna görə də illər keçdikcə onun dost çevrəsi daralmayıb, əksinə, genişlənib və möhkəmlənib.
Daşdəmir müəllimin ən gözəl xüsusiyyətlərindən biri insanların özəl günlərinə münasibətidir. O, dostlarının, həmkarlarının, qələm yoldaşlarının ad günlərini, yubileylərini və yaradıcılıq uğurlarını heç vaxt unutmur. Hər bir insan haqqında hazırladığı yazılar həmin şəxslərə verilən mənəvi qiymət kimi qəbul olunur. Bu yazılar təkcə təbrik deyil, həm də hörmətin və ehtiramın ifadəsidir.
Bu xüsusiyyət onun xarakterindəki insan sevgisinin göstəricisidir. Çünki insanlara dəyər verməyən adam onlar haqqında belə yazılar yaza bilməz.
Mənim üçün isə Daşdəmir müəllim təkcə jurnalist, redaktor və müəllif deyil. O, həm də uzun illərdir birlikdə yol gəldiyimiz "5 qardaş" dostluq çevrəsinin əziz və dəyərli üzvlərindən biridir. Bu qardaşlıq illərin sınağından çıxmış münasibətlərin, qarşılıqlı etimadın və mənəvi bağlılığın nümunəsidir.
Bu dostluq çevrəsində Daşdəmir müəllim öz müdrikliyi, təmkinli davranışı, qayğıkeşliyi və səmimiyyəti ilə seçilir. Onun varlığı hər birimiz üçün mənəvi dayaq, dost sözü isə həmişə etibarlı məsləhət olub.
İllər keçdikcə insan anlayır ki, həyatda ən böyük uğur qazandığın vəzifələrdə deyil, qazandığın insanların qəlbindədir. Daşdəmir Əjdəroğlu məhz bu mənada zəngin insandır. Çünki onun qazandığı hörmət və sevgi heç bir ölçü vahidi ilə ölçülə bilməz.
Bu gün onun ünvanına deyilən xoş sözlər, təbriklər və arzular da təsadüfi deyil. Bunlar uzun illər ərzində qazanılmış hörmətin, etimadın və insan sevgisinin ifadəsidir.
Daşdəmir müəllim ömrü boyu yüzlərlə mətnə redaktə verib. Sözləri öz yerinə qoyub, fikirləri cilalayıb, mətnləri daha mükəmməl hala gətirib. Lakin onun həyat yoluna baxanda bir həqiqət daha aydın görünür: o, yalnız mətnləri deyil, öz ömrünü də redaktə etməyi bacarıb.
O, ömrə dostluq əlavə edib. O, ömrə sədaqət əlavə edib. O ömrə ziyalılıq əlavə edib. O, ömrə insan sevgisi əlavə edib.
Məhz buna görə də onun həyatının ən böyük uğuru yazdığı məqalələrdə, redaktə etdiyi kitablarda və ya tutduğu vəzifələrdə deyil. Onun ən böyük uğuru qazandığı insanlardır. Və məhz buna görə bu yazının adı belədir:
Ömrün ən gözəl redaktəsi – İNSANLIQ.
Hörmətli Daşdəmir müəllim!
Ad gününüz münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni yaradıcılıq uğurları, yeni kitablar, yeni məqalələr və yeni nailiyyətlər arzulayırıq.
Qoy qələminiz daim yazsın, sözünüz daim yaşasın, dostlarınız həmişə yanınızda olsun.
"5 qardaş"ın bir üzvü kimi isə arzumuz budur ki, dostluğumuzun çırağı heç vaxt sönməsin, qardaşlığımızın ömrü öz ömrümüz qədər uzun olsun.
Ad gününüz mübarək olsun, əziz qardaşımız!
Sözə xidmətlə keçən ömrünüzə yeni uğurlar, yeni sevinclər və yeni gözəlliklər yazılsın.
Təranə Əmir qızı CƏBİYEVA
(RƏY BİLDİRƏNLƏR:
Gülnarə ƏMİRQULİYEVA, Gulmira ABYKEEVA, Xeyrulla AGAYEV, İlyas EFENDİ, Behruz MEMMEDOV, Azer BABAYEV, Pərixanım Mikayıl Qızı MURADOVA, Antiqa QONAQ, Cingiz MUSAYEV, Zemfira ELEKBEROVA, Amir-a Terane MELEK)
***
İKİNCİ TƏBRİK
BASQALDAN BAŞLAYAN BÖYÜK TALE QƏHRƏMANI...
DAŞDƏMİR ƏJDƏROĞLUNUN AD GÜNÜNƏ BİR NEÇƏ KƏLMƏ...
(https://turaztv.az/.../65455-basqaldan-balayan-byk-tale...)
Torpaqdan yoğrulub Daşdəmir. Basqal kəndinə də, məktəbinə də, torpağına da, əxlaq və mənəviyyatına da böyük nüfuz qazandıranlardan biri də, bəlkə də birincilərdən - ən sadə və təvazökar insan və qələm əhli taleyi yaşamış və yaşayan, "Basqal" kitabının da müəllifi, Basqal haqqında ən gözəl sözlərin, fikirlərin müəllifii Daşdəmir Əjdəroğludur - Daşdəmir Əjdər oğlu TAĞIYEV. Təkcə Daşdəmirin yaradıcı istedadı, doğma yurda bağlılığı, qələmi süngüyə çevirib doğma yurd üçün çalışan, vuruşan, Bakıda yaşamasına baxmayaraq, daim doğma kəndlə, rayonla sıx bağlı, hər bir hadisədən, uğurdan xəbərdar olan, dərhal isti-isti öz şirin qələmi və saf qəlbilə reaksiya verən Daşdəmir bir məktəbin və kəndin şərəfi sayılacaq qədər böyük adamdır. Onu həmişə “Basqalın mənəvi xəritəsi” adlandırmışam - bu qədim yurdun bütün müsbət keyfyyətlərini öz xarakterində yaşatdığına görə. Daşdəmiri yaxından tanıyanlar Basqala və basqallılara böyük sevgiylə yanaşırlar – bax, əsl Oğul belə olmalıdır, dədə- baba ocağına hörmət qazandırsın. Bu işi çox şərəflə bacarıb bizim Daşdəmr.
Qəribə dostluq - qardaşlıq tariximiz və çox qəribə də Tale və Ruh oxşarlığımız var Daşdəmirlə. Oxşar tale yaşayaraq oxşar yollar keçmişik böyük mübarizə və sənət yollarında. 1980-ci illərdə mən Buynuz məktəbində müəllim işləyirdim, eyni zamanda məktəb komsomol təşkilatının rəhbəri idim, tez-tez komsomol xəttilə keçirilən müxtəlif tədbirlərdə olurduq, elə ilk vaxtlardan səmimiliyilə seçilən Daşdəmirlə xoş münasibətimiz yarandı. Bundan əvvəl isə onu hələ qiyabi olaraq xalq şairimiz Musa Yaqubun redaktoru olduğu “Zəhmətkeş” qəzetində maraqlı yazılarından tanıyırdım, BDU-nun Jurnalistika fakültəsiində qiyabi oxuyurdu və eyni zamanda Basqaldakı “Kommunizm yolu” sovxozunun komsomol təşkilat katibi idi. Tədbirlərdə aktivliyi, maraqlı çıxışları, dinamikliyi ilə seçilirdi. Beləcə dostluq taleyimiz başladı. 1990-cı il yanvar hadisələrindən sonra bu alovlu vətənpərvər və cəsarətli insan Qorbaçovun ermənipərəst siyasətinə və Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyə etiraz əlaməti olaraq komsomol biletini ataraq bu təşkilatın sıralarını kişi kimi tərk etdi. Bundan sonra o, rayonda dayanmadı, öz ixtisası üzrə seçdi tale yolunu. O vaxtlar yenicə təsis edilmiş “Ədalət” qəzetində işləməyə başladı, bu nüfuzlu qəzetdə uzun illər məsul katib kimi məsuliyyətli vəzifədə ləyaqətlə çalışdı. Bu qəzetin respublikada çox böyük nüfuz qazanmasında onun da müstəsna xidmətləri olub. Sonralar respublika mətbuatında aparıcı rol oynayan tanınmış jurnalistlərin əksəriyyətii məhz “Ədalət”in şinelindən çıxanlardır və Daşdəmir onlarla çiyin-çiyinə işləmiş və səmimi deyək ki, onlar Daşdəmirdən çox bəhrələniblər qəzetçilik və yaradıcılıq sahəsiində. “Azərbaycan” nəşriyyatında onu hamı tanıyır və sevir. Onu birmənalı olaraq hamı “Jurnalistikamızın Fərhadı” adlandırır böyük cəfakeşliiklə və zəhmətkeşliklə qələmi işlətdiyinə görə. Tanınmış jurnalist mərhum Əyyub Kərimli deyirdi ki “Azərbaycanda 3 jurnalist varsa, biri Daşdəmirdir. Əgər 2 jurnalist varsa - onlardan da biri Daşdəmirdir. Əgər bircə jurnalist qalsa - o da Daşdəmirdir”. Zənnimcə, çox dəqiqliklə və səmimiyyətlə deyilmiş dəqiq fikirdir, Daşdəmirin boyuna biçilmiş ifadə. Məncə, bu fikir hər şeyi deyir.
Tale elə gətirdi ki, 1997-ci ildə mən də Bakıya köçüb gəldim, öz tale axtarışımda. Təsadüfən jurnalist taleyi tapdı məni. Neft Daşlarında işlədiyim vaxt hamı başıma yığılırdı krossvord həllinə görə, ya hər hansı məsələ ilə bağlı sualları cavablandırmaq üçün. Tanıyanlar mənə “canlı ensiklopediya” deməyə başladılar, mənimlə maraqlanmağa başladılar və 1998-ci ildə rəhbərlik məni “Neft Daşları” qəzetinə müxbir dəvət etdi. Taleyimdə yeni böyük mərhələ başladı. 26 ildir bu qəzetdə çalışıram, 20 ildir ki, bu qəzetin baş redaktoruyam. Biz də Daşdəmirin işlədiyi “Azərbaycan” nəşriyyatında işləməyə başladıq. Köhnə dostların yeni qardaşlıq və yaradıcı həmkar yolu başladı. 26 ildir birgəyik və Daşdəmiri kitab kimi varaq-varaq oxumaq şansı verdi mənə əlahəzrət Tale... və o, hələ də məni heyrətləndirməkdə davam edir - həm məhsuldar qələmiylə, həm saf və təmənnasız xarakteriylə. 2005-ci ildən başlayaraq yurdumuzun qeyrətli qızı, hamımızın “qardaş” adlandırdığımız Təranə Cəbiyeva (Əmirqızı) ilə birgə “Babadağa baxan ellər” ensiklopedik kitabının hazırlanması, sonradan isə Bakıda yaşayan İsmayıllı ziyalılarının toplanması və müxtəlif tədbirlərin keçirilməsinə başladıq. Daşdəmir bu tədbirlərin təşkilinin və keçirilməsinin də külüng çalan Fərhadı oldu, bu çətin işlərdə öz çiynini ən ağır yükün altına verirdi, çünki onun yurd sevgisinin həddi-hüdudu yoxdur. Onu fərqləndirən də, sevdirən də budur - hər bir yazısından Vətən ətri gəlir, insan sevgisi duyulur. Onun portret yazılarını gözəl musiqi kimi dinləyir oxucu, yorulmadan. Hər bir yazısında ayrı-ayrı şəxsiyyətlərin taleyi fonunda İsmayıllının maraqlı tarixinə ekskurs edir, oxucularda bu tarixə, gözəl insanlara, böyük şəxsiyyətlərə sevgi yaradaraq Yaddaşımızı zənginləşdirir Həqiqət çarçısı olan qələmiylə.
Xeyrulla AĞAYEV,
qələm və qəlb dostu

(Sərkar MƏRDANOV, Azər BABAYEV, Mehriban AZAMATOVA,
Şəhla XƏLİLQIZI, Mehluqe CƏFƏROVA)

ÜÇÜNCÜ TƏBRİK
Daşdəmir Əjdəroğlu – saf qəlbin, təmiz dostluğun adamı
Bu gün tanınmış jurnalist, dəyərli qələm sahibi, gözəl dostumuz Daşdəmir Əjdəroğlunun doğum günüdür. İllərdir ki, Daşdəmir müəllimi tanıyanlar onun peşəkarlığından çox, insanlığına vurğun olublar. O, yüzlərlə insan haqqında yazılar yazıb, həmkarlarının uğurlarını öz uğuru kimi qələmə alıb, dostlarının sevincinə öz sevinci kimi şərik olub. Amma bəzən belə olur ki, başqaları haqqında çox yazan insanlar özləri haqqında yazılanların qəhrəmanına çevrilirlər. Bu gün həmin günlərdən biridir.
Daşdəmir müəllim çox sadə, çox səmimi və son dərəcə saf insandır. Yaşı altmışı keçsə də, qəlbindəki uşaq saflığını qoruyub saxlayıb. Bəlkə də buna görə onu sevənlər çoxdur. Bəlkə də buna görə dostları onun xətrinə dəyməkdən, onu incitməkdən çəkinirlər. Çünki bilirlər ki, bu insanın qəlbi kövrəkdir, ürəyi təmizdir.
Həyat ona hər zaman gülərüz olmayıb. Çətinliklər də görüb, haqsızlıqlarla da üzləşib, taleyin sərt üzünü də çox görüb. Amma bütün bunlar onun içindəki işığı söndürməyib. Əksinə, onu daha da mərhəmətli, daha da insansevər edib.
Daşdəmir müəllimlə yol getmək ayrı bir aləmdir. Onun yol yoldaşlığı, söhbəti, insanlarla münasibəti hər kəsə xoş təsir bağışlayır. Elə dünən bir həmkarımızın - Təranə Cəbiyevanın yubiley tədbirində iştirak etmək üçün birlikdə İsmayıllıya yollanmışdıq. Tədbirdə həmişəki kimi fəallığı, səmimiyyəti və dost münasibəti ilə seçilirdi. Maraqlısı isə budur ki, öz doğum gününün astanasında olmasına baxmayaraq, yenə də başqalarının sevincinə şərik olmağı öz sevincindən üstün tuturdu.
Bu gün isə yenə bizimlədir, yenə dostlarının yanındadır. Həmişə olduğu kimi sadə, təvazökar və mehriban.
Əziz Daşdəmir müəllim!
Doğum gününüz mübarək olsun! Arzu edirik ki, bundan sonrakı illəriniz taleyin sizdən əsirgədiyi bütün gözəllikləri sizə bəxş etsin. Sağlamlığınız möhkəm, ömrünüz uzun, qəlbiniz həmişəki kimi saf və işıqlı olsun. Dostlarınızın, doğmalarınızın sevgisi daim sizinlə olsun.
Siz bu dünyanın yaxşı adamlarından birisiniz. Yaxşı adamların sayı isə heç vaxt çox olmur.
Ad gününüz mübarək!
Şəmsiyə KƏRİMOVA,
əməkdar journalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru

21.06.2026-cı il
İsmayıllı-Bakı

DÖRDÜNCÜ TƏBRİK
Daşdəmirin diqqəti
(https://turaztv.az/.../65476-bhruz-mmmdov-yolun-yorun...)
İnsana verilən ən böyük qiymət nədir?
Nə tərif, nə mükafat, nə də vəzifə...
İnsana verilən ən böyük qiymət diqqətdir.
Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət. Sevincini öz sevinci bilən, dərdini ürəyinə salan dostdur diqqət. İllər keçsə də, görüşlər azalsa da, münasibətlərin üzərini zamanın tozu almasa, deməli, orada diqqət var, səmimiyyət var, dostluq var.
Daşdəmir Əjdəroğlunu həmişə bu keyfiyyəti ilə tanımışam.
Tanışlığımızın üstündən otuz ilə yaxın vaxt keçir.
1996-cı ildə Azərbaycan Nəşriyyatına ilk dəfə qədəm qoyanda İsmayıllıdan olduğumu bilənlər məni digərlərinə Daşdəmirin həmyerlisi kimi təqdim edirdlər. O vaxt nə mən bilirdim ki, bu tanışlıq uzun illərin dostluğuna çevriləcək, nə də yəqin Daşdəmir bilirdi.
Amma dağ adamlarının dostluğu qəribə olur.
Bir salamdan başlayır, bir ömür boyu davam edir.
O, Basqalın oğludur. Mən Buynuzun.
Aramızda kilometrlər yox, eyni dağların kölgəsi dayanır.
İsmayıllının meşələri, qayaları, bulaqları, qışın qar təmizliyi, yazın çiçək ətri ikimizi də eyni yaddaşın adamına çevirib.
Elə buna görədir ki, hər görüşümüzün sonunda söhbət yenə İsmayıllıya qayıdır.
Dağlara qayıdır.
Uşaqlığa qayıdır.
Yurda qayıdır.
Daşdəmir doğulduğu torpağı sadəcə sevmir.
Onu yaşadır.
Yazılarında yaşadır.
Kitablarında yaşadır.
Xatirələrində yaşadır.
Basqal haqqında danışanda adam hiss edir ki, onun ürəyində ayrıca bir Basqal yaşayır.
Daş küçələri ilə, qədim evləri ilə, kəlağayı qoxusu ilə, ocaq tüstüsü ilə.
Bəlkə də buna görə Basqal onun yazılarında təkcə coğrafi məkan deyil, canlı bir obrazdır.
İllər boyu müxtəlif işlərdə bir yerdə olmuşuq.
Qəzetlərdə.
Jurnallarda.
Kitablarda.
Tədbirlərdə.
Birimizin işi olanda o birimiz yanında olmuşuq.
Bir müşkül ortaya çıxanda məsləhətləşmişik.
Bir sevinc doğulanda bölüşmüşük.
2004-cü ildə müəllimim Xeyrulla Ağayev mənə "Neft Daşları" qəzetində işləməyi təklif edəndə tərəddüd içində idim.
Daşdəmir isə tərəddüd etmədi.
Qısa və qəti dedi:
— Get!
Dost sözünün çəkisi elə budur.
İllər keçəndən sonra belə həmin məsləhətin haqqını verirsən.
Qəzetimizi Dönməzin yanında səhifələyəndə də Daşdəmir mütləq vaxt tapıb gələrdi.
İş bitərdi.
Amma söhbət bitməzdi.
Yenə İsmayıllıdan danışardıq.
Yenə Buynuzdan.
Yenə Basqaldan.
Yenə dağlardan.
Çünki bəzi adamlar doğulduqları yurdu özləri ilə daşıyırlar.
Daşdəmir də həmin adamlardandır.
Son bir ayın içində də yenə bir yerdə olduq.
Musa Yaqubun xatirə gecəsində.
Daşdəmir Əjdəroğlunun redaktoru olduğu Təranə Cəbiyevanın "Babadağa baxan ellər – 2" kitabının təqdimatında və 60 illik yubileyində.
Ortaq dostlarımız da çoxdur.
Adlarını yazmıram.
Kimisə unutmaq istəmirəm.
Bu həssaslığı da, bu diqqəti də Daşdəmirdən öyrənmişəm.
Çünki o, insanları unutmayan adamdır.
Ömür yolları uzandıqca anlayırsan ki, dostluğun təməli böyük sözlərdən yox, kiçik diqqətlərdən qurulur.
Bir zəngdən.
Bir görüşdən.
Bir xoş münasibətdən.
Daşdəmir Əjdəroğlu mənim yaddaşımda məhz belə qalıb:
Doğma yurda bağlı bir insan.
Sözə sədaqətli bir qələm sahibi.
Dostluğun qədrini bilən bir dost.
Və ən əsası...
İnsanlara diqqət ayırmağı bacaran bir insan.
Əziz dostum Daşdəmir!
Doğum günün mübarək!
Arzu edirəm ki, ömrünün yolları həmişə İsmayıllı dağları kimi uca, Basqal bulaqları kimi saf, Buynuz səhərləri kimi aydın olsun!
Qələmin yorulmasın.
Sözün kəsilməsin.
Dostların azalmasın.
Yazdığın kitablar, yaşatdığın xatirələr və qazandığın insanların sevgisi sənə həmişə dayaq olsun.
Tanrı sənə sağlam can, işıqlı tale, uzun ömür versin.
Hələ neçə-neçə yubileylərdə, neçə-neçə kitab təqdimatlarında, neçə-neçə dost məclislərində yenə bir yerdə olmaq ümidi ilə...
Ad günün mübarək, əziz dost!
Yaxşı ki, varsan.
Bəhruz MƏMMƏDOV
(Azər BABAYEV, Rəna HÜSEYN, Dönməz Zəngilanlı ABBASOV, Rahib KəRİMLİ, Bəylər HƏLİMLİ, Hacıməmməd MƏMMƏDOV, Xalid SEYİDOV, Latis LATİS, Yaşar NURİYEV, Rüstəm Məbudoğlu ASLANOV, Eynulla UMUD, Yusif MƏHƏMMƏDOĞLU, Məhəmmədhaqqı AGAYEV, Sahibə ABDULLAYEVA, Simran HƏSƏNOV, Ramil OSMANLI, Arif Baxşəli QAFAROV, Zülfüqar SƏLİMOV, Esmira ƏZİMOVA, Zohre NUR, Bəhrus ƏZİZOV, Camaləddin SƏRXANBEYOV, Əhmədağa ƏLƏKBƏROV, Şahməmməd DAĞLAROĞLU)
BEŞİNCİ TƏBRİK
100 yaşa Daşdəmir müəllim!
Bu gün hamımızın sevimli və sadiq qələm dostumuz Daşdəmir Əjdəroğlu Tağıyevin doğum günüdür.
Daşdəmir müəllimi “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin üzvləri - Qəbələ-Oğuz yazarları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirik.
Ona həyatda cansağlığı, mənalı ömür, yaradıcılığında uğurlar diləyirik.
100 yaşa, sağlam yaşa!
Hörmətlə;
Şəhla XƏLİLQIZI,
birliyin sədri
Mirhəsən AĞAYEV,
birliyin sədr müavini

(Kamilla SALMANLI, Mədaxil CAVADLI, Bəyalı ƏZİZOV, Elzanamə Elza GÜLMƏMMƏDOVA, Abid TAHİRLİ, Əzizə AĞAHÜSEYNQIZI, Esmira ƏZİMOVA, Məlahət KULİYEVA, Azər BABAYEV, Xatirə RƏHİMLİ, Ramin MƏMMƏDOV, Sədaqət SAADOVA, Arif AZƏRİ,
Hacıməmməd MƏMMƏDOV, Bəsti CƏFƏRZADƏ, Zamin ALİSHOV,
Zümrüd VƏLİYEVA, Afiq GÖYÇƏLİ, İlyas ƏFƏNDİ, Şahnabad İSMAYILOVA, Fərman BALAYEV, Cebrayil HÜSEYN, Ədalət ƏLİYEV, İsrayil BAXŞEŞ, Sahib ASLANOV, Rüstəm Məbudoğlu ASLANOV, Tapdıq ƏLİBƏYLİ, Camaləddin SƏRXANBƏYOV)

ALTINCI TƏBRİK
Əziz qardaşım, istedadlı yazar, gözəl insan Daşdəmir müəllim! Sizi Doğum gününüz münasibətilə səmimiyyətlə təbrik edir, ən xoş arzularımı bildirirəm. Sağlamlığınız, sadəliyiniz, səmimiyyətiniz, istedadınız tükənməsin.
100 yaşayın! Yazın, yaradın!
Novruz ƏSƏDOV
(Hacıməmməd MƏMMƏDOV, Xavər ABBASOVA, Rüstəm Məbudoğlu ASLANOV, Malik Zahoor Sherjeel BEAUTİFUL, Sanan HƏSƏNOV, Kamran MƏLİKZADƏ, İlham QASIMOV, Habil QƏHRƏMANOV, Mehriban İBRAHİMOVA, Pünhan NZADE, Tələt MUSTAFAYEV,
Əzizə AĞAHÜSEYNQIZI, Təranə MƏMMƏDOVA, Polad ƏZİZOV,
Təvəkkül ABDULOV, Səfər ƏLƏKBƏROV, Kamran ZEYNALOV,
Şahsuvar ABBASOV, Nazim SALMANOV)

YEDDİNCİ TƏBRİK
ƏZİZ VƏ DƏYƏRLİ DOSTUM DAŞDƏMIR ƏJDƏROĞLU!
Səni doğum günün münasibətilə ürəkdən təbrik edir, həyatının hər anının sevinc, xoşbəxtlik və uğurlarla dolu olmasını arzulayıram.
İnsan ömrü təqvimdəki illərlə deyil, qəlblərdə qoyduğu izlərlə ölçülür. Sən də səmimiyyətin, dürüstlüyün, dostluğa sədaqətin və nəcib xarakterinlə ətrafındakı insanların qəlbində özünə xüsusi yer qazanmış insanlardansan. Həyat yolunda qazandığın hörmət və etibar ən böyük sərvətlərindəndir.
Arzu edirəm ki, Tanrı sənə möhkəm cansağlığı, ailə səadəti, ruzi-bərəkət və uzun ömür nəsib etsin. Ürəyində bəslədiyin bütün gözəl arzular gerçəkləşsin, yolun daim işıqlı, qapın həmişə açıq, süfrən həmişə bərəkətli olsun.
Bu əlamətdar gündə sənə yalnız xoş günlər, saf duyğular və sevdiklərinin sevgisi ilə əhatələnmiş bir ömür arzulayıram. Hər yeni yaşın sənə yeni uğurlar, yeni sevinclər və yeni qələbələr gətirsin!
Doğum günün mübarək olsun, əziz dostum! Allah səni qorusun, üzündən təbəssümü, qəlbindən ümid işığını əskik etməsin.
Doğum günü mübarək olsun, əzizimiz Daşdəmir!
Ən xoş arzularla;
Rahib KƏRİMLİ
(Elcin VƏLİYEV, Fariz MƏHƏRRƏMOV, Faiq MƏLİKOV, Dönməz ZƏNGİLANLI, Rüstəm BABAYEV)
TƏŞƏKKÜRNAMƏ







Son xəbərlər

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir

Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Tanınmış aktyor dünyasını dəyişdi

Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək

Fransa İraqa qarşı - Yenilənir

Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub

Evliliyinin bitməsinə “Kızılcık Şerbeti”nin aktrisası səbəb olub?

Məşhur prodüser dünyasını dəyişdi

Monrealda atışma oldu - Yaralılar var

Şoyqu Hindistana getdi

Polşa prezidenti Türkiyəyə səfər edəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930