Xəbərlər
6.05.2026, 22:40
Zəfər KƏRİMLİ -65 - FOTOLAR
TƏBRİK EDİRİK!
Bu yazını yazmazdan əvvəl qırx illik bütöv bir dövrün sirinli-acılı, fərəhli-fərəhsiz, sevincli-kədərli günlərini, ustad M.Şəhriyar demişkən, “bir sinema pərdəsi tək” göz önümə gətirdim, nədən və necə başlayacağımı kəsdirə bilmədim…
Əziz qardaşım, bir şair dostumun şeirlərinin birində deyildiyi kimi:
“xatirələr var ki, yaşamalıdır,
xatirələr var ki, ölsə yaxşıdır…”
… Bu misraları xatırlayanda 1986-cı ilin noyabrı – barlı-bəhrəli payızın qızılı günləri yadıma düşdü. Ali məktəbə - BDU-ya (o vaxtkı S.M.Kirov adına ADU-nun Jurnalistika fakültəsinə) daxil olub dərsə gəldiyimiz ilk gün. Dekanımız Tofiq Rüstəmov (sayımız dəqiq yadımda deyil) fakültənin yerləşdiyi əvvəlki ünvanda – Elmlər Akademiyası Rəyasət Heyətinin üst tərəfində (D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun alt tərəfində) yerləşən məkanda bizi ayrıca sıraya düzüb mənalı çıxışı ilə təbrik edib təhsildə uğur dilədikdən sonra qrupumuz üçün ayrılmış auditoriyaya apardılar. Hamımızın üzündə həm sevinc, həm də qürur (bəlkə də təkəbbür) vardı. Bizim – Rəşid Hüseynov, Arif Quliyev, Salman Babayev, rəhmətlik Sabir Mustafayev, Aslan Şirəliyev, Ələddin Gülməmmədov, mən və sənin ilk tanışlığımız elə birinci dərsdən başladı. Rəşid Hüseynov (Faxralı) yaşca bizdən böyük olduğu üçün və vaxtilə APİ-nin Riyaziyyat fakültəsində oxuyarkən bizdən fərqli olaraq şəhər mühitinə tez alışa bilmişdi. Biz isə şəhər mühitinə, ali məktəb həyatına ürkək kənd uşağı kimi yanaşırdıq. Ancaq daxilimizdə bir qürur, bir məğrurluq hissi var idi ki, əliqabarlı, çörəyi də daşdan çıxan, çoban-çoluq tərbiyəsi görmüş bizlər indi kimsədən minnət çəkmədən alnıaçıq, üzüağ ali məktəb tələbələri idik…
Əzizim Zəfər, sən kiminçünsə gözəl pedaqoq, kiminçünsə gözəl tədqiqatçı alim, kiminçünsə gözəl jurnalist, kiminçünsə gözəl vətəndaşsan, mənimçün isə sadəcə, dostsan, uzun illərin – 40 il əvvəl ərklə, inamla dərd ortağı bildiyim Zəfərsən!..
Bizim dostluğumuzun, dediyim kimi, 40 yaşı var. Bu illər ərzində tez-tez görüşməsək də, bir-birimizə qarşı sədaqətli olmuşuq. Aramızdan soyuq yellərin əsməsinə şərait yaratmamışıq. Elə dost olmuşuq ki, ”dost” kəlməsinin açmasını uca səslə deməyə hər ikimizin haqqı çatır. “DOST” – Dünyada Olduqca Səni Tutacağam! Bəli, biz belə dostuq.
Etiraf edək ki, bizim dostluğumuzun əsasını yuxarıda adını hörmətlə çəkdiyim Rəşid dayımız qoymuşdu. O, səndən 7, məndən isə 11 yaş böyükdür, özü də qeyd etdiyim kimi, riyaziyyatçıdır, üstəlik də mətbuatda çalışırdı və əgər yadındadırsa, o vaxt qəbul imtahanlarına gələndə elə zənn edirdik ki, o, tələbə yox, məhz BDU-nun müəllimidir. Ona görə də onu özümüzə böyük qardaş və ağsaqqal bilirdik. Və bu müraciət bu gün də öz qüvvəsindədir. Həqiqətən də Rəşid dayımız bu günədək öz qardaşlıq borcunu ləyaqətlə yerinə yetirir.
Hə, əzizim, səninlə biz 6 il bir yerdə oxuduq. Bu 6 ildə sən təkcə mənim yox, qrupumuzun yaddaşında əbədiyaşarlıq qazandın. Sonradan bizim sıramıza Fəridə Tağıyeva, Elşad, Suliddin də qoşuldular. Qrupumuz daha da zənginləşdi, daha da maraqlı oldu...
Bir az sonra ailə həyatı qurdun. Bir qrup tələbə yoldaşımızla sənin bu şad gününün - Abşeron rayonunun Mehdiabad qəsəbəsində təşkil etdiyin toy məclisinin iştirakçısı olduq. Mən Bakı toyunu ilk dəfəydi ki, görürdüm. Hamımız fəallıq göstərdik. Bu, bizim üçün yaddaqalan bir toy, əlamətdar bir gün oldu...
Öyrəndim ki, ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Milli Münasibətlər İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərməyə başlamısan. Bundan bir az əvvəl isə (1988-1993-cü illərdə) “Elm” nəşriyyatında korrektor vəzifəsində, 1993-cü ildə isə “Hikmət” qəzetində baş müxbir kimi çalışmısan.
Elə buradaca sənin tərcümeyi-halına müraciət ertmək istərdim.
Zəfər Mahmud oğlu Kərimov 7 may 1961-ci ildə Beyləqan rayonunun Şəfəq qəsəbəsində anadan olub. 1968-1972-ci illərdə rayonun Şəfəq qəsəbə səkkizillik məktəbində, 1972-1976-cı illərdə isə Abşeron rayonundakı Mehdiabad qəsəbə 1 saylı orta məktəbində oxuyub səkkizinci sinfi bitirib. 1976-1979-cu illərdə 54 saylı Bakı Texniki Peşə məktəbində “rəngsaz” ixtisası ilə yanaşı orta təhsil alıb.
1979-1980-ci illərdə Biləcəri dəmir yolu stansiyasında fəhlə işləyib. 1980-1982-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. 1982-1985-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin Mərkəzləşdirilmiş Hərbi Mühafizə Dəstəsində atıci vəzifəsində, 1985-1988-ci illərdə isə Bakı Dəniz Limanında rəngsaz işləyib.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində (qiyabi) təhsil alıb. 1988-1993-cü illərdə “Elm” nəşriyyatında korrektor, 1993-cü ildə isə “Hikmət” qəzetində baş müxbir vəzifəsində çalışıb.
1993-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunda kiçik elmi işçi, sonra elmi işçi, 2002-2003-cü illərdə isə Azərbaycan MEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnsitutunda elmi işçi vəzifələrində işləyib.
2003-cü ildə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, keçirilmiş attestasiyaların qərarı ilə böyük elmi işçi, 2018-ci ildən isə aparıcı elmi işçi vəzifələrində fəaliyyət göstərib. Hazırda A.A.Bakıxanov adına Tarix İnstitutunun “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin aparıcı elmi işçisidir.
2014-cü ildə “Şimali Azərbaycanda ictimai-siyasi hərəkatın tarixində mətbuatın rolu (XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya işi müdafiə edərək 16 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 19 may 2023-cü ildə dosent elmi adı alıb. 2017-ci ildə “XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət mətbuat səhifələrində” adlı monoqrafiyası nəşr olunub.
Atası Mahmud Kərimov 1929-cu ildə anadan olub, 2017-ci ildə vəfat edib. Anası Arifə Kərimova 1931-ci ildə anadan olub, 2015-ci ildə vəfat edib.
Aildə 5 qardaşdırlar. Səfər 1948-ci ildə anadan olub, 2021-ci ildə vəfat edib. Qafar 1953-cü ildə anadan olub, təqaüdçüdür, dörd uşağı var. Cəfər 1955-ci ildə anadan olub, təqaüdçüdür, bir uşağı var. Yusif 1966-cı ildə anadan olub, Bakı Metropolitenində stansiya növbətçisi vəzifəsində işləyir, iki uşağı var.
Həyat yoldaşı Sevil Kərimova 1970-ci ildə anadan olub, hazırda işləmir.
Oğlu Xəzər 1990-cı ildə anadan olub, Bakı İcra Hakimiyyətinin Yeraltı keçid və fəvvarələr idarəsində mühafizəçi vəzifəsində işləyir, bir uşağı var.
O biri oğlu Elşad isə 1992-ci ildə anadan olub, Müdafiə Nazirliyinin Hərbi Hava Hücumundan Müdafiə Qüvvələrində Müddətdən artıq hərbi xidmətçi vəzifəsində işləyir, bir uşağı var.
Əzizim Zəfər, sən qeyd etdiyimiz kimi, namizədlik işini müdafiə etmisən. Sənin bu yolda nə qədər əziyyətlər çəkdiyini sənin xəbərin olmadan bir dost, bir sadiq tələbə yoldaşın kimi şahidi olmuşuq. Adi bir insan kimi həm ailə-uşaq dolandır, həm də elmi işlə – elmi-ədəbi mühitdən uzaq bir diyarda – məşğul olmaq və şükürlər olsun ki, bu işi böyük inad və inamla başa çatdırmaq, təvazökarlıqdan uzaq, hər oğulun işi deyildi, qardaş.
Və sənin tələbəlik illərinə, ondan sonrakı dövrlərinə ötəri belə boylananda çox şirin anlar yada düşür. Yadındamı, Baksovetdə tələbələr arasında məşhur olan bir mağaza vardı ki, biz ordan hər gün bir yeni kitab almasaydıq, yuxumuz gəlməzdi.
… Neçə illərdir ki, A.A.Bakıxanov adına Tarix İnstitutunun “Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsində çalışırsan. Ancaq müəllim yoldaşların da, əlinin altından çıxan tələbələrin də bilmirlər ki (bəlkə də bilənlər var), sən bu illəri necə bükə-bükə gəlmisən. Bu gün mən bir həqiqəti bilirəm ki, sən Mahmud kişinin (Allah ona qəni-qəni rəhmət eləsin!) tapşırığını vicdanına sığınaraq yerinə yetirirsən – halallıqla yaşayırsan, qol çəkib aldığın əməkhaqqına qane olan Zəfər müəllimsən!.. Bax, bizi bir-birimizə illərdir ki, bağlayan əsas cəhət budur. Çətinliklərin olsa da, adının təmizliyini, şərəfini qorumaq sənin üçün həyat idealın olub.
Zəfər, səninlə bütün görüşlərimizdə tələbəlik illərində çəkdiyimiz əziyyətləri dönə-dönə xatırlayırıq. Xüsusən də, bəzi tələbkar və iddialı müəllimlərin dərsləri, imtahanları, bizə yaşatdıqları gərgin anlar tez-tez yadımıza düşər. Hətta universitetdə oxuyarkən bizə kitab satdırmalarını da yaxşı xatırlayırıq. İndiki internet əsrində, qloballaşma zamanında, etiraf edək ki, bir sıra milli mənəvi dəyərlərimiz sıradan çıxmaq üzrədir, o cümlədən də müqəddəs bildiyimiz kitaba münasibət də. O zaman kitab oxumaq, oxuduqlarını qeyd etmək vardı. Yadındadırmı, istədiyimiz kitabı əldə etmək və oxu zalında yer saxlamaq üçün tanışlar axtarırdıq. Orada həmin insanları tapandan sonra işlərimiz rahatca gedir, yenidən həmin zallara can atmaq istəyirdik. Onların bizə olan doğmalıq qayğısını indi də minnətdarlıqla xatırlayırıq.
Yadındadırmı, Famil Mehdi, “Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev, Ceyran Əbdürrahmanlı, Tofiq Rüstəmov, Cahangir Məmmədli, Əliş Nəbili, Akif Rüstəmov, bizə bir gün belə dərs deməyən, seminarlarına can atdığımız, amma qismət olmayan Şirməmməd Hüseynov, eləcə də Şamil Qurbanov, Abuzər Xələfov, Təhsin Mütəllibov, Əliyar Səfərli, Azad Nəbiyev, ....... hansı birini deyək, hansı birindən danışaq, hansı birinin xüsusi qayğısını göz önünə gətirək?! Onlar o qədər sevgi və tələbkarlıqla tədris etdikləri fənni bizə sevdirdilər ki, bu gün də, yaşımızın bu çağında belə biz onları şirin və unudulmaz bir xatirə kimi xatırlayırıq. Onlar bizim tələbəlik illərimizin unudulmaz müəllimləridilər... İstər müəllimlərlə, istərsə də tələbə yoldaşlarınla bağlı yaşantılarını, xatirələri dilə gətirmək və bu yazıya daxil etmək imkan xaricindədir. Bəlkə də bir kitaba sığmaz.
Zəfər, əzizim, indi sən ən aqil görkəmdəsən. Yaradıcılığınla bağlı işıq üzü görmüş, özününsə bir elm adamı kimi Vətənimizdə, xarici ölkələrdə nəşr olunmuş saysız-hesabsız monoqrafiyan çağdaş elmi-ədəbi mühitin istifadəsindədir. Xaricdə keçirilən elmi simpozium, konfras və beynəlxalq tədbirlərdə olmusan. Nə yazmısan, harda olmusan, söz və qələm sənin əlindən tutub. Haqqında yazılanlarla tanış olduqca, dost kimi ürəyimiz dağa dönür...
Sən qəzetdə çalışarkən təqdim etdiyin qəzetlərdəki yazılarını maraqla oxuyurdum. Elə şeylərdən yazırdın ki, adini qeyri-adi edirdin. Narahat idin, arayıb-axtarırdın, oxucunu təəccübləndirməyə çalışırdın. Bir qələm sahibi üçün bu, başlıca məsələdir. Sənin yazılarında bir halallıq, ”adamlıq” olurdu. Bu barədə maraqlı polemikalar aparır, bir-birimizdən faydalanırdıq.
Sənin dünyaya səssiz-səmirsiz gəlişin “hamını heyrətləndirdiyi” kimi, mətbuata da “səssiz-səmirsiz”, gözlənilməz gəlişin və eləcə də qeybə çəkilməyin səni tanıyanları heyrətdə qoyub. Bu da Allahın sənə olan bir lütfü, bir möcüzəsi idi ki, əziz qardaşım, səni seçilənlərdən, fərqlənənlərdən etdi.
Hörmətli tələbə dostum, jurnalist qardaşım, alim qardaşım, sənin yaradıcılığını saf-çürük etmək fikrindən uzağam. Sadəcə, haqqında illərin dostu kimi danışmaq istədim. Bu işi filoloqların, tədqiqatçıların öhdəsinə buraxıram (Hərçənd, indi kiminsə haqqında söz deməkdən də umurlar). Düşünürəm ki, bu yolla sənin yaradıcılığının həyatiliyi daha aydın seçiləcək. Oxuyanlar biləcəklər ki, sənin daşlı-kəsəkli həyat yolunda müqəddəs olan idealın, amalın nədir, sən bu çağacan nəyə qulluq etmisən və nəyə qulluq edirsən…
Ötənilki yazımda belə bir ifadə işlətmişdim Zəfər qardaşımız haqqında: “Bütün bunlardan sonra iftixarla deyə bilərəm ki, Zəfər Kərimli bu millətin bəxtinə doğulanlardandır. Zaman onu tamam yeni ruhlu, yeni təfəkkür tərzinə malik, yeni tipli alim kimi yetişdirib. Buna görə Zəfər başqa həmkarlarından, tay-tuşlarından, sözün geniş mənasında, seçilir. Publisistikası, müsahibələri, elmi məqalələri, monoqrafiyaları dediklərimi sübut edir. Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi vədədə başa vurur. Lakin heç də hər bir insan həyatının hansısa məqamında arxada qalan ömrə, illərə, görülmüş işlərə, dəyişdirilməsi mümkün olmayan əməllərə baxıb, Zəfər kimi özünəməxsus təvazökarlıqla deyə bilmir: bəli, mən yaşamışam...”
Səni tanıyandan bu sətirləri yazdığım anadək sənə inanmışam – dost kimi, insan kimi! Bilirəm ki, əqidəsindən dönməz adamsan. Bəzən kükrəyirsən, bəzən həlim olursan, bəzən için-için əriyirsən. Ancaq müxtəlif səpkili yaradıcılığınla yaşayacağına bir əminlik var səndə – təvazökarlıqdan uzaq olsa da.
Bu yolda sənə daha böyük uğurlar diləmək arzusu ilə 65 yaşın mübarək, əziz dostum, qardaşım!..
Və sonda sənə ithaf etdiyim şeirimi də yubiley yaşına hədiyyə edirəm.
… var olsun!
(Qrup yoldaşımız Zəfər Kərimovun 65 yaşına)
Tale payı insanlara bölgüdü,
Qəlbəyatan duyğuları bilgidi.
Bu həyatda mükafatı sevgidi,
Duamıızdı: Allah ona yar olsun,
Adı-sanı, şan-şöhrəti var olsun!
Qardaşımız bu dünyadan kam alsın,
Mətdliyiylə yollar açsın, iz salsın,
Zəkasıyla yaşa dolsun, qocalsın,
Arzuları bar gətirsin, bar olsun,
Adı-sanı, şan-şöhrəti var olsun!
Qədir, qiymət verir hər ötən ana,
Asanlıq gətirsin çətin zamana...
Belə oğul olub Azərbaycana,
Uğurlar həmişə ona yar olsun,
Adı-sanı, şan-şöhrəti var olsun!
Ağlıyla göylərdən gözəllik dərdi,
Hər dostun, yoldaşın yoluna sərdi...
Hörməti çox oldu bu adda mərdin,
Varsa, düşmənləri görüm xar olsun,
Adı-sanı, şan-şöhrəti var olsun!
Alimtək hər yanda ad eləyibdi,
Qələmi tarixi yad eləyibdi,
Qrupu həmişə şad eləyibdi,
Tarix yazır, tarix ona yar olsun,
Adı-sanı, şan-şöhrəti var olsun!
7 may 2026-cı il
Jurnalistika-86 (Məzun-92) adından
Daşdəmir ƏJDƏROĞLU
TƏLƏBƏ DOSTUM ZƏFƏR KƏRİMLİ HAQQINDA BİR NEÇƏ SÖZ
Əziz dostum, qardaşım, uzaq tələbəlik illərimin yaxın sirdaşı Zəfər Kərimli!

2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay