ƏHMƏD CAVAD HAQQINDA
(Əhməd Cavad sürgündə güllələnməyibmiş.
Onu elə tutulduğu gecə işgəncə ilə öldürüblərmiş.
Ailəsinə isə sürgün olunduğu barədə xəbər verərək
illərlə yalan danışmışlar)


Sonralar qarşıma çıxdı bu xəbər,
Nəvəsi danışıb Əhməd Cavadın.
Babası haqqında olan xəbərlər,
Uydurması imiş düşmənin, yadın.

Sürgündə olmayıb Cavad sən demə,
Heç uzaq eldə də güllələnməyib.
İşi çıxmamışdan hələ hakimə,
Qatillər zülmlə həlak eyləyib.

Qanlı zirzəmidə qurub məhkəmə,
Gecəylə işgəncə veriblər ona.
Yetməyib şairin ünü heç kimə,
Beləcə həyatı çatıbmış sona.

Günahı, Vətəni sevməyi imiş,
Bəs hansı sorğunu sorublar ondan?
Hansı cinayətdə suçlu bilinmiş,
Ki, onu gecəylə etmişlər candan?

Günahsız Cavad da olan oyunu,
Tarix də unutmaz qanlı zamanı.
Oğlun sürgündədir, gözləmə onu –
Deyib aldatdılar səhər ananı.

İllərlə nənəmə deyiblər yalan,
Guya sürgündəymiş – Sibirdə babam.
Şükür salamatdır, ölməyib balan,
Deyirmiş nənəmə eşidən – hamam.

Bunları söyləyib xatirəsində,
Onun Cavad adlı oğul nəvəsi.
Cavad yaşayırmış hər kəlməsində,
Qəmli tarix imiş bu hekayəsi.

Bax bu da bir ömrün qəm tarixçəsi,
Oxucum, unutma sən olanları...
Bir xalqın boğulub azadlıq səsi,
Məhv olub zindana mərd oğulları.

Qoparıb kökündən, Türkün millətin,
Başqa bir millətə calaq etdilər.
O illər əzabdır, o illər çətin,
Neçə min Cavadlar qurban getdilər.


ƏHMƏD CAVADIN DOĞUM GÜNÜNƏ.
ŞÜKRİYYƏ
(Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım
Sibirə sürgün olunarkən vaqonda rus zabitlərin təcavüzündən
namusunu qorumaq üçün üzünü çirkaba bulaşdırır)


Sənin qeyrətinə qurban olum mən,
Bir namus simvolu olan Şükriyyə.
O zaman özü də əsirdi Vətən,
Qızı yollanırkən o əsirliyə.

Ləyaqət şərəfdi, qorumalıydın,
Belədir bax, Türkün qızı, qadını.
Özünə həqarət, tənəni qıydın,
Şərdən qorumaqçün təmiz adını.

Çirkin görünməkçün düşmən gözünə,
Çirkaba bələdin hörüklərini.
Murdarlar güldülər baxıb üzünə,
Anlaya bilməyib etdiklərini.

Beləcə qurtuldun, belə yayından,
Şəhvətlə zillənən, kəm baxışlardan.
Sədaqət, vəfaydı axı ilk andın.
Ayrı salmışdılar sevimli yardan.

Etibar axırdı damarlarında,
Sən Əhməd Cavadın yadigarıydın.
Alçala bilməzdin düşmən yanında.
Bütün Türk xalqının namus, arıydın!

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930