Uzaq xatirələr haxladı məni,
Uşaqlıq illərim adıma düşdü.
Anam yandırdığı odun sobamız,
Nöyütlü çıramız yadıma düşdü.

Onda səkkiz idi sıramız evdə,
Çiçəktək açmışdıq, necə tər idik.
Böyüdük qayğıdan, kədərdən uzaq,
Atalı, analı bəxtəvər idik.

Hər nazı, neməti əsirgəməyib,
Şirin balalara tən bölərdilər.
Birinin ayağı daşa dəyəndə,
Nəfəsi üstündə can verərdilər.

O vaxt kəndimizdə işıq da yoxdu,
Evimiz çıraqla işıqlanardı.
Kitab oxuyardı bacı, qardaşım,
O evdə hamının huzuru vardı.

Uzun qış gecəsi, çöldə şaxta, qar,
Atam da bir yandan nağıl deyərdi.
Maraq kəsilərdik nağıllarına,
Sonda "Şəngülümü" boz qurd yeyərdi.

Sonbeşik qardaşım Atəbəyin də,
Xoşuna gələrdi sirli nağıllar.
İndi o günləri anır xəyalım,
İndi nə atam var, nə Atabəy var.

Nağıla dönərdi hər axşamımız,
Təzə əsərləri sutək içərdik.
Atam oxuyardı Covanyelini,
“Mehman”ı, “Saçlı” nı necə sevərdik!

“Leylək körfəzi”nə dönərdi otaq,
“Sevdasız aylar”da sığallanardıq.
Düşüb sehirinə “İtgin gəlin”nin,
“Yad gəlin” adıyla nağıllanardıq.

Fikirlər yumaqtək çözələndikcə,
Bir qış axşamının andım nələrin...
Yadıma düşdü ki, üç gün, üç gecə,
Oxudum “Budağın xatirələri”n.

Sabahlara dönən qış gecəsində,
Özümüzdən xəlvət sehirlənərdik.
Bilməcəyə dönüb uçardıq göyə,
Göydən üç almatək yerə enərdik.

Beləcə ötüşdü ömrün illəri,
Qohumlar, qonşular o kənddə qaldı.
Mən qərib düşəndən o doğma kənddən,
Ayrılıq həsrəti könlümə xaldı.

Səkkiz toy çalındı ata yurdunda,
Qızlar uçub getdi durnalar kimi.
Oğlanlar bəy durdu, sevib sevildi,
Gəlinlər bəxtəvər analar kimi.

Zaman öz atını çapdı durmadan,
Böyüduk, yuvadan uçub dağıldıq.
İndi xatirələr məskəni olan
Doğma evimizlə sirli nağıllıq.

Bu qış axşamında, qərib şəhərdə,
Sandım ki, o ata ocağındayam.
Bağrıma basmışam uşaqlığımı,
Kövrək xatirələr qucağındayam.

Son xəbərlər

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31