Xəbərlər
1.11.2025, 00:40
Ötən gəncliyini qoyub burada - FOTO
ƏZİZƏ AĞAHÜSEYNQIZI,
şairə-publisist
XATİRƏLƏR
Kövrək xəyallarım haqladı məni,
İncə məqamları mənə tanısdı.
Mirvari düzümlü fikir karvanım,
Olub keçənləri mənə danışdı.
Başımız üstündən sovurduq yelə,
Qədrini bilmədik çiçək illərin.
Bir leysan ələdi ruhun mələyi,
Selində batmışam xatirələrin.
De, hardan yadıma düşdü o çaglar?
Duyğular uşaqtək ağladır məni.
Adına - bəxtəvər günlər - deyirəm,
Bəs niyə qurumur gözümün nəmi?
Onda atalıydım, onda analı,
Qəlbimdə yox idi bircə xal belə.
Dünyanın dərdindən xəbərsiz idim,
Hər anım dönmüşdü gövhərə,lələ.
“Gizlənqaç” oyunu bitməzdi eyzən,
İki bölünərdik “Qızılbayraqda”.
“Beşdaş”da güdaza verib oyunu,
Gəlincik qurardıq biz dar ayaqda.
Anam çağırardi:- balalar, gəlin,
Acan qarnınıza bir çörək yeyin.
Səni səsləyirəm, hardasan, ana?
Çağır qonşuları, qarama deyin.
İllərin o üzü çicəkli orman,
Günəş şəfəqini yuyub burada.
Bir qız boylanırdı əli qaşında,
Ötən gəncliyini qoyub burada.
İncə məqamları mənə tanısdı.
Mirvari düzümlü fikir karvanım,
Olub keçənləri mənə danışdı.
Başımız üstündən sovurduq yelə,
Qədrini bilmədik çiçək illərin.
Bir leysan ələdi ruhun mələyi,
Selində batmışam xatirələrin.
De, hardan yadıma düşdü o çaglar?
Duyğular uşaqtək ağladır məni.
Adına - bəxtəvər günlər - deyirəm,
Bəs niyə qurumur gözümün nəmi?
Onda atalıydım, onda analı,
Qəlbimdə yox idi bircə xal belə.
Dünyanın dərdindən xəbərsiz idim,
Hər anım dönmüşdü gövhərə,lələ.
“Gizlənqaç” oyunu bitməzdi eyzən,
İki bölünərdik “Qızılbayraqda”.
“Beşdaş”da güdaza verib oyunu,
Gəlincik qurardıq biz dar ayaqda.
Anam çağırardi:- balalar, gəlin,
Acan qarnınıza bir çörək yeyin.
Səni səsləyirəm, hardasan, ana?
Çağır qonşuları, qarama deyin.
İllərin o üzü çicəkli orman,
Günəş şəfəqini yuyub burada.
Bir qız boylanırdı əli qaşında,
Ötən gəncliyini qoyub burada.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











