BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edib. Həmin qərara görə, bütün ibtidai tədris müəssisələrində təhsil Azərbaycan dilində aparılırdı. Rus dilində tədris aparılan siniflərdə Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. O dövrdə respublikada milli müəllim kadrlarına böyük ehtiyac var idi. Ona görə də, ibtidai siniflər üçün müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü. Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya açıldı.

Bəs, avqustun 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1833-cü ilin bu günündə Britaniya Parlamenti Britaniya İmperiyasının əksər ərazilərində köləliyi ləğv edən qanun qəbul edib.

2. Birinci Dünya Müharibəsi zamanı - 1916-cı ilin 28 avqustunda Almaniya imperatorluğu Rumıniyaya, İtaliya isə Almaniyaya savaş elan etdi.

3. 1918-ci il avqustun 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti respublika ərazisində bütün məhsulların azad ticarəti ilə bağlı qərar imzaladı. Hökumətin digər qərarı isə ibtidai, natamam orta və orta məktəblərin milliləşdirilməsi idi.

4. 28 avqust 1963-cü ildə ABŞ-ın cənub ştatlarından başlayan "Vətəndaş haqqları yürüşü” paytaxt Vaşinqtonda sona çatdı. Martin Lüther Kinq burada 200 min adama xitab edərək "Bir xəyalım var" başlıqlı məşhur nitqini söylədi.

5. İsrailin Qüdsü paytaxt elan etməsinə cavab olaraq 1980-ci ilin 28 avqustunda Türkiyə Qüdsdəki baş konsulluğunu bağladı.

6. 28 avqust 1988-ci ildə Almaniyanın Ramstein hava bazasında şou uçuşları zamanı İtaliya hava qüvvələri komandasının üç təyyarəsi tamaşaçıların üstünə düşdü, 75 adam öldü, 346 nəfər yaralandı.

7. 1995-ci ilin 28 avqustunda serblər Saraybosnadakı Markale bazar yerinə minomyotla hücum etdilər. Qırğında 45 adam həlak oldu, 85 nəfərsə yaralandı.

8. 28 avqust 1996-cı ildə Uels şahzadəsi Çarlz və şahzadə Diana boşandılar.

9. 2014-cü il 28 avqustda Türkiyənin 12-ci respublika başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) and içərək vəzifəyə başladı.

28 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli alman şairi, dramaturqu və mütəfəkkiri İohan Volfrans Höte 1749-cu ilin bu günü anadan olub. Hötenin yaradıcılığı alman poeziyası tarixinin ən parlaq səhifələrindəndir. Onun məşhur “Faust” faciəsi və “Gənc Verterin iztirabları” əsərləri çox dillərə tərcümə edilib və bu günə qədər oxunur. (1749-1832)

2. "Hərb və Sülh", “Anna Karenina” kimi bir çox məşhur əsərə imza atan, Rusiyanın tanınmış yazıçısı Lev Tolstoy 28 avqust 1828-ci ildə dünyaya gəlib.

3. Azərbaycan teatrının tanınmış aktrisası Vəfa Fətullayeva 1945-ci ilin bu günü anadan olub.

25 yaşından (1970) Dövlət Dram Teatrında çalışan aktrisa “Mahnı dağlarda qaldı”, “Məhəbbət əfsanəsi”, “Sən yanmasan”, “Heç nədən hay-küy”, “İblis” və digər teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Vəfa Fətullayeva 1987-ci ildə 43 yaşında həyatla vidalaşıb. Xatırladaq ki, o, Azərbaycan Dövlət Dram Teatrının nəhəng aktrisası Hökumə Qurbanova və teatrın baş rəssamı Nüsrət Fətullayevin qızı idi. (1945-1987)

4. 28 avqust Azərbaycanın unudulmaz xanəndəsi, xalq artsiti Rübabə Muradovanın xatirə günüdür. Uzun illər Opera və Balet Teatrının solisti olan R.Muradova “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Güclü və təsirli səsə, orijinal üsluba malik, muğam, təsnif və xalq mahnılarının əvəzsiz ifaçısı 1983-cü ilin bu günü 50 yaşında dünyasını dəyişib. (1933-1983)

5. 28 avqust 1935-ci ildə tanınmış yazıçı, şərqşünas Əlibala Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

6. 28 avqust 1948-ci ildə musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Babayev (1948 – 2.2.2003) anadan olub.(Bizim.Media)

Son xəbərlər

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31