Xəbərlər
23.07.2025, 02:02
ŞƏHLA XƏLİLQIZI : Baxmadın mənə - FOTO
Qəlbimə çökübdür hicranin çəni,
Gözümün yaşısa, kövrəltdi məni,
İstədim çağırıb,səsləyim səni,
Bəs niyə bir dönüb, baxmadın mənə.?
Qısındım göz yaşa, eşqimsə dustaq,
Könülsə dağılmış, içi boş otaq,
Əyilmiş qəddimsə, quru bir budaq,
Bəs niyə bir dönüb,baxmadın mənə.?
Qəlbimsə hay çəkdi,hey dönə-dönə,
Təsəlli istədi, ona söykənə,
Yerlərdə, göylərdə ağladı mənə,
Bəs niyə bir dönüb,baxmadın mənə.
Qınama sən məni,ağladır həsrət,
Tək sənə yazılmış bu taley,qismət,
Edərək eşqinə sən ərk,cəsarət,
Bəs niyə bir dönüb, baxmadın mənə.?
Şəhlanın eşqisə,ocağın közü,
Axtarar,arayar yol çəkən gözü,
Göz yaşı sulayar,çəməni,düzü,
Bəs niyə bir dönüb,baxmadın mənə.?
Gözümün yaşısa, kövrəltdi məni,
İstədim çağırıb,səsləyim səni,
Bəs niyə bir dönüb, baxmadın mənə.?
Qısındım göz yaşa, eşqimsə dustaq,
Könülsə dağılmış, içi boş otaq,
Əyilmiş qəddimsə, quru bir budaq,
Bəs niyə bir dönüb,baxmadın mənə.?
Qəlbimsə hay çəkdi,hey dönə-dönə,
Təsəlli istədi, ona söykənə,
Yerlərdə, göylərdə ağladı mənə,
Bəs niyə bir dönüb,baxmadın mənə.
Qınama sən məni,ağladır həsrət,
Tək sənə yazılmış bu taley,qismət,
Edərək eşqinə sən ərk,cəsarət,
Bəs niyə bir dönüb, baxmadın mənə.?
Şəhlanın eşqisə,ocağın közü,
Axtarar,arayar yol çəkən gözü,
Göz yaşı sulayar,çəməni,düzü,
Bəs niyə bir dönüb,baxmadın mənə.?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













