Xəbərlər
16.08.2023, 00:45
ŞƏHLA XƏLİLQIZI: BU HƏYAT MƏNİ - FOTO
BU HƏYAT MƏNİ
Yoruldum a, dünya yoxmu heç çara,
Bu qədər dərd əldən gedim mən hara,
Qəlbimə fikirlər salıbdı yara,
Demərəm bu dərdlə sən yaşat məni,
Yamanca ağrıdır bu həyat məni.
Qəlbim də dolubdu,dərd yığa-yığa,
Sinəmdə elə bil dönüb qəm dağa,
Gücümdə qalmayıb taqətə sığa,
Heç ovundurmur bu büsat məni,
Yamanca ağrıdır bu həyat məni.
Bil ki, zərrə qədər tamahım olmaz,
Olsa da brilyant, olsa da almaz,
Dərd verən ilahi dərddən usanmaz,
Demədim qəm verib sən sına məni,
Yamanca ağrıdır bu həyat məni.
Sağına soluna min zülüm düzüb,
Əlini dünyanın barından üzüb,
İstəyəndə qəlbə göz yaşı süzüb,
Bəlkə xəbərsizəm sən anlat məni,
Yamanca ağrıdır bu həyat məni.
Şəhlanın qəlbində tükəndi söz də,
Yuvadı dünyanın qəmi də gözdə,
Axtarsan tapmazsan qığılcım köz də,
Bəlkə yuxudayam sən oyat məni,
Yamanca ağrıdır bu həyat məni.
Bu qədər dərd əldən gedim mən hara,
Qəlbimə fikirlər salıbdı yara,
Demərəm bu dərdlə sən yaşat məni,
Yamanca ağrıdır bu həyat məni.
Qəlbim də dolubdu,dərd yığa-yığa,
Sinəmdə elə bil dönüb qəm dağa,
Gücümdə qalmayıb taqətə sığa,
Heç ovundurmur bu büsat məni,
Yamanca ağrıdır bu həyat məni.
Bil ki, zərrə qədər tamahım olmaz,
Olsa da brilyant, olsa da almaz,
Dərd verən ilahi dərddən usanmaz,
Demədim qəm verib sən sına məni,
Yamanca ağrıdır bu həyat məni.
Sağına soluna min zülüm düzüb,
Əlini dünyanın barından üzüb,
İstəyəndə qəlbə göz yaşı süzüb,
Bəlkə xəbərsizəm sən anlat məni,
Yamanca ağrıdır bu həyat məni.
Şəhlanın qəlbində tükəndi söz də,
Yuvadı dünyanın qəmi də gözdə,
Axtarsan tapmazsan qığılcım köz də,
Bəlkə yuxudayam sən oyat məni,
Yamanca ağrıdır bu həyat məni.
15.08.2023
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


