Göy bizim yerimizə hayqıranda...
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist

Yenə Bakı öz dəli küləyinə bürünüb.
Amma bu gecə əsən, pəncərələri silkələyən, ağacları əyən, küçələri başdan-başa dolaşan bu sərt küləyə sadəcə külək demək olmur. Burada başqa bir şey var. Sanki təbiət öz səbrinin son həddinə çatıb. Sanki göylərdə çoxdan yığılıb qalan bir narahatlıq var və indi o narahatlıq Bakının küçələrinə, damlarına, pəncərələrinə, ağaclarına çırpılır.
Külək ulayır...
Göy guruldayır...
Şimşək çaxır....
Elə bil göy bizim yerimizə nərə çəkir. Bizim deyə bilmədiklərimizi, içimizdə boğub saxladıqlarımızı, susaraq keçdiyimiz ağrıları, yarımçıq qalmış cümlələri, heç kimə danışmadığımız etirafları göylər dilə gətirir.
Bir gurultu qopur — sanki hansısa nəhəng ürək sinəsində yığılan sözləri daha saxlaya bilmir.
Sonra şimşək çaxır.
Bir anlıq gecənin qaranlığı yarılır. Hər şey işığa qərq olur. Şəhərin silueti, binaların pəncərələri, küçələr, ağaclar — hamısı bir anlığa görünür. Sonra işıq çəkilir və qaranlıq yenidən hər şeyi öz ağuşuna alır.
İnsanın taleyi də bəzən belə deyilmi?
Bəzən bir anlıq bütün həqiqətlər görünür. Bir baxışda, bir sözdə, bir xatirədə, bir sükutda həyatın gizlətdiyi nə varsa işığa çıxır. Sonra yenə qaranlıq...
Və birdən yağış başlayır.
Elə qəfil, elə gözlənilməz ki...
Sanki göy daha dözə bilməyib ağlayır.
Yağış şəhərin üstünə səpələnir. Küləyin qəzəbinə qarışır. Damcılar şüşələrə çırpılır, küçələrdə iz salır. Bir qədər əvvəl hayqıran səma indi sakit-sakit ağlayır.
Bəlkə də təbiətin ən böyük sirri elə budur:
qəzəblə kövrəkliyin bir anda yan-yana gəlməsi.
Külək nə qədər sərtdirsə, yağış bir o qədər həzin görünür. Şimşək nə qədər amansız çaxırsa, yağışın səsi bir o qədər təsəlliverici gəlir.
İnsan da belədir.
İçində tufanlar qopar, amma üzündə sükut olar.
Bəzən hamıya güclü görünər, gecənin bir vaxtı isə heç kimin görmədiyi yerdə səssizcə sınar. Bəzən illərlə susar, sonra bircə kəlmə ilə içindəki bütün dünyanı çölə tökər.
Bakı küləyi də mənə həmişə bir az insanı xatırladıb.
Heç nəyə sığmayan, heç bir çərçivəyə boyun əyməyən, gah coşan, gah sakitləşən, gah da bütün şəhəri ayağa qaldıran bir insanı...
Bəlkə Bakı ona görə küləklidir ki, bu şəhərin özü də sakitliyə çoxdan sığmır.
Bu gecə isə Bakı tamam başqa görünür. Sanki şəhərin daş divarlarının, işıqlı pəncərələrinin, səssiz küçələrinin arxasında görünməyən bir ürək döyünür. Külək o ürəyin döyüntüsüdür. Göy gurultusu onun səsidir. Şimşək bir anlıq parlayan ümididir. Yağış isə bütün bu hayqırtıların ardınca gələn kövrək etiraf...
Təbiət bəzən bizə güzgü tutur.
Göyə baxırsan və özünü görürsən.
Küləkdə içindəki qarışıqlığı, gurultuda üsyanını, şimşəkdə ani parlayan ümidini, yağışda isə heç kimə göstərmədiyin göz yaşlarını...
Ona görə bu gecə göyün gurultusu mənə qəribə dərəcədə doğma gəlir.
Çünki bəzən insanın dilə gətirə bilmədiyini təbiət deyir.
Bəzən bizim yerimizə külək əsir.
Bizim yerimizə göy hayqırır.
Bizim yerimizə yağış yağır...
Və səhər açılarkən hər şey yenə sakitləşir.
Amma insan bilir:
Tufan keçib getmir. Bəzən sadəcə içimizdə bir az da dərinliyə çəkilir.

28.08.2026 Bakı

Son xəbərlər

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031