... O il qış Qarabağ dağlarına çox sərt gəlmişdi. Qaraqayadan əsən sazaqlı külək iliyə işləyirdi, Kətik meşəsi ağappaq qara bürünmüşdü. Qarqar çayı həmişəkindən daha sulu axırdı. Fevralın axırlarında havanın şaxtasına baxmayaraq, Xocalıda yenə də badam ağacları çiçək açmağa başlamışdı. Həyətlərdə, yolların kənarında, yamaclarda təzəcə puçurlayan çiçəklər gözə dəyirdi.

Badam yazın müjdəçisi sayılan çiçəklərdəndir. Həm də badamın yarpaqları çıxmamış çiçəkləri açmağa başlayır. Beş ləçəkdən ibarət ağappaq çiçəklər...

Ancaq o il badam çiçəkləyə bilmədi. Çiçəklər avtomat səsindən, mərmi harayından diksindi. Yer-göy lərzəyə gəldi. Evlər, binalar, şəhər od tutub yanırdı. Hamı doğma ev-eşiyindən baş götürüb qaçdı. Laylalar yarımçıq qaldı, beşik yırğalanmadı, nəğmələr səslənmədi, dodaqlarda gülüş dondu. Ana harayı, körpə qışqırtısı, qoca iniltisi hər yeri başına götürmüşdü. Sakinlər əsir, titrəyir, onların üstünə yeriyən ölümün pəncəsindən qaçmağa, xilas olmağa çalışırdılar. Həmin il Xocalıda açan badam çiçəklərinin ləçəkləri qarın yox, qan izlərinin üstünə töküldü. Təbiət, dağ-daş, yer-göy qan ağladı...

O vaxtdan sonra Xocalıda badam çiçək açmadı. O vaxtdan sonra Xocalıya yaz gəlmədi, ağaclar puçurlamadı, meşələr yarpaqlamadı. Elə bil yaz bu yerlərdən birdəfəlik küsüb getmişdi...

Badam bir də otuz ildən sonra bu torpağa qayıtdı, yaz bir də uzun ayrılıqdan sonra bu yerlərə döndü, təbiət bir də təzədən yaşıl don geydi. Xocalı yenidən doğma sakinlərin nəfəsinə qovuşdu. Yaz gələndə Qarabağın küləyi badam çiçəklərinin ətrini dağlardan aşırır, dərələrdən keçirir. O ətirdə kədər də, nisgil də, göynərti də var, qürur, inam, ümid də. Bu torpağın sinəsində şəhid qanı, havasında son dəfə ciyərlərinə çəkib havaya verdiyi şəhid nəfəsi var. Bu torpağın köksündə şəhidin sonuncu dəfə ayaq basıb keçdiyi izlər var. Bəlkə də ona görə Qaraqayanın sinəsində, Kətik meşəsində açan badam çiçəkləri ağappaq işıq saçır. Bu işıq qaranlıqdan sonra açılan səhər, ağrıdan sonra doğulan ümid, xəstəlikdən sonra yaranan sağlamlıq kimidir. Badam çiçəkləri hər tərəfə ağappaq don biçib, zəfər işığı çiləyib. Hər tərəf bu işığın altında gözəl və yaraşıqlı görünür.

Yenidən Xocalıda açan badam çiçəkləri ədalətin qayıdışı, yaddaşın bərpasıdır. Badam çiçəkləri sərt qışdan sonra yazın müjdəsini verən ümid, ömür-gün yollarına səpilən inam işığı, yaddaşımızı yaşadan xatirədir...

Son xəbərlər

Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib

Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb

I sinfə şagird qəbulu başlayıb

Axios": İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib

Naxçıvanda iki tanınmış həkim vəfat etdi

İlk xarici konsertini Bakıda vermişdi, sonuncu da burada olacaq - Sənətdən gedir - FOTOLAR

Makronun İrəvan səfəri: Paşinyana seçkiöncəsi strateji dəstək mesajı - ŞƏRH

Azərbaycanda bu kəndlərin adı dəyişdirilir

Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı

Maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Fuad Muradov Vyetnamda rəsmi görüşlər keçirdi - Fotolar

“Navai”dən öncə o da motosiklet qəzasında ölübmüş - Foto

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Mövlud Çavuşoğlunun qardaşı güllələnib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Azərbaycan nefti 118 dollardan yuxarı səviyyədə ticarət olunur

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031