
Xəbərlər
6.05.2026, 09:28
UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək.
Qarşılaşma "Allianz Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq.
Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 5:4.
Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. London klubu doğma meydanda İspaniyanın "Atletiko" kollektivini 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












