Turaztv.az » Xəbərlər » Çempionlar Liqasında ilk finalçı müəyyənləşib
Xəbərlər

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

06.05.2026, 01:10 106
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarına start verilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko Madrid” komandası ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında Madriddə baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1. İki oyunun nəticəsinə əsasən, “Arsenal” finala vəsiqə qazanan tərəf olub.

Qeyd edək ki, yarımfinalın digər cavab matçı mayın 6-da Almaniyada “Bavariya” ilə Fransanın PSJ klubu arasında oynanılacaq.

Oxşar xəbərlər