Ev, eşik qurmuşam yarım canımla,
Övladlar böyütdüm qızıl qanımla,
Baş-başa qalmışam son zamanımla,
Ucuz niyyətlərə satmayın məni,
Qocalar evinə atmayın məni.

Aza qane olub çoxa çatmadım,
Gündüzlər işlədim, gecə yatmadım,
Ən ağır gündə də Sizi atmadım,
Kimsəsiz kəslərə qatmayın məni,
Qocalar evinə atmayın məni.

Salın, gözdən salın nəzərdən atın,
Artığam, daş qoyub Xəzərdən atın,
Göynəyən vicdana bir hüzur qatın,
Düşməsin tellərə peşmanlıq dəni,
Qocalar evinə atmayın məni.

İyrəndirir sizi bəlkə bu görkəm,
Yediyim zəhərdi, zəqqumdu tikəm,
Yük daşıyan canım, artıq bir yükəm,
Allah da götürməz heç mən çəkəni,
Qocalar evinə atmayın məni.

Onsuz da qocalıq məşəqqət, zülüm,
Sönüb həyat eşqim, sovrulub külüm,
Qoy köhnə daxmamın küncündə ölüm,
Öz evimdə geyim bəyaz kəfəni,
Qocalar evinə atmayın məni.

Məngənə fikirlər qəlbimi sıxır,
Duyğular gözümdən sel kimi axır,
Bu evdən hər gecə bir tabut çıxır,
Yadlar yola salır ölüb keçəni,
Qocalar evinə atmayın məni.

Min dəfə çiynimə götürdüklərim,
Bir dəm ciyninizə götürün, gedim.
Ay mənim dünyaya gərirdiklərim,
Haqqın dünyasına ötürün gedim,
Ruhum alqışlasın bu xoş səhnəni,
Qocalar evinə atmayın məni.

Məmməddən nə qaldı, sonuma ərdim,
Bir yaşlı gözlərim, bir quru dərdim,
Vallah, məndən olsa çoxdan ölərdim,
Məhkumam yaşayam Allah verəni,
Qocalar evinə atmayın məni,
Qocalar evinə atmayın məni...


Son xəbərlər

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

İki Vətənin Arasında – xatirələrim, yolum və mən - FOTO

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31