Xəbərlər
19.06.2026, 00:23
Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə
İranın Ali Milli Təhlükəsizlik Şurası gəmilərin Hörmüz boğazından keçid şərtlərini təqdim edib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, ABŞ və İran arasında əldə olunmuş qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq, 60 günlük müddət ərzində Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum alınmayacaq.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmi bəyanatında deyilir.
Qurumdan bildirilib ki, bu su marşrutundan keçmək istəyən kommersiya gəmiləri müraciətlərini İranın Fars körfəzinə nəzarət idarəsinə (PGSA) göndərməlidirlər.
Bundan əlavə, təhlükəsizliyin təmin edilməsi və dəniz qəzalarının qarşısının alınması məqsədilə gəmilər əvvəlcədən göstərilmiş marşrutla və təyin olunmuş vaxtda hərəkət etməlidirlər.
Hörmüz boğazının minalardan təmizlənməsinə gəlincə isə, razılaşmalara uyğun olaraq bütün lazımi tədbirlərin görüləcəyi bildirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay