Xəbərlər
18.06.2026, 01:20
Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO
Sevgim də yadlaşıb özgələr kimi,
Xəyalı gözümdə kölgələr kimi.
Daha çiçəklənmir o güllər kimi,
Çəkmir nazını da könlün cəfası.
Bir vaxtkı məhəbbət indi kül olub,
Ümidlər saralıb, rəngləri solub.
Səssiz bir boşluğun içinə dolub,
Əsir ayrılığın hicran havası.
Bəlkə üşüyübdür soyuq bir qəlbdə,
Geyinib libasın uyğunsuz dəbdə.
Çatdıqca zərurət sonuncu həddə,
Düşür aralığa kin-qan davası.
Hər kəs gözəlliyi görmür əlbəttə,
Nur da gizlənərmiş bəzən zülmətdə.
Sevgi də sınanır bəzən möhnətdə,
Budur sevgimizin böyük bəlası.
Axı göz yaşını gün qurutmayır,
Könül bulanıbsa su durultmayır.
Biganə sevgini an unutmayır,
Yaddaşla hörülüb kədər yuvası.
Dərdləri yığsa da öz ətəyinə,
Bükübdür sirrləri üst bəzəyinə.
Boz qarğa qonubdur gül ləçəyinə,
Qalmayıb könlünün bir yaz havası.
Xəyalı gözümdə kölgələr kimi.
Daha çiçəklənmir o güllər kimi,
Çəkmir nazını da könlün cəfası.
Bir vaxtkı məhəbbət indi kül olub,
Ümidlər saralıb, rəngləri solub.
Səssiz bir boşluğun içinə dolub,
Əsir ayrılığın hicran havası.
Bəlkə üşüyübdür soyuq bir qəlbdə,
Geyinib libasın uyğunsuz dəbdə.
Çatdıqca zərurət sonuncu həddə,
Düşür aralığa kin-qan davası.
Hər kəs gözəlliyi görmür əlbəttə,
Nur da gizlənərmiş bəzən zülmətdə.
Sevgi də sınanır bəzən möhnətdə,
Budur sevgimizin böyük bəlası.
Axı göz yaşını gün qurutmayır,
Könül bulanıbsa su durultmayır.
Biganə sevgini an unutmayır,
Yaddaşla hörülüb kədər yuvası.
Dərdləri yığsa da öz ətəyinə,
Bükübdür sirrləri üst bəzəyinə.
Boz qarğa qonubdur gül ləçəyinə,
Qalmayıb könlünün bir yaz havası.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












