Sədayə Arzu poeziyasında...
Rus yazıçısı və mütəfəkkiri Lev Tolstoyun məşhur bir fikri var: "İnsan ağrı hiss edə bilirsə, canlıdır. Başqasının ağrısını hiss edə bilirsə, insandır."

Azərbaycan ədəbiyyatında klassiklərdən tutmuş müasir şairlərə qədər bir çox sənətkarlarımız öz yaradıcılığında insanın daxili ağrılarını və mənəvi iztirablarını misralarda əbədiləşdiriblər. Bilirik ki, poeziyada ağrı yalnız bədəni incidən bir hiss kimi deyil, ruhu sarsıdan, insanın daxili aləmini silkələyən mənəvi bir proses kimi təqdim olunur.Çünki insan ağrısı təkcə fiziki əzab deyil, həm də ruhun, qəlbin və daxili dünyanın yaşadığı sarsıntıların ifadəsidir. Bəşəri kədəri, tənhalığı, itkiləri və sevgi ağrılarını dilə gətirən şairlər bu hissləri sözün qüdrəti ilə sənətə çevirməyi bacarıblar.

Bu baxımdan son vaxtlar "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü Sədayə Arzunun yaradıcılığında tənhalıq, həyat yorğunluğu, ümidsizlik və mənəvi çöküşün poetik etirafı daha güclü alınır. Bu onun son dövürlər doğmalarının itkiləri ilə bağlı yaşanan dərin tənhalıq, həyat yorğunluğu, ümidsizlik və mənəvi çöküşünün poetik etirafıdır. Şair, "ÇÖKƏN ADAMAM" şeirində lirik qəhrəmanının dili ilə özünü, taleyi ilə barışa bilməyən, lakin müqavimət gücü tükənmiş bir insan kimi təsvir edir.

"Hər gecə sükutun qolları üstdə,
Bir küncə çəkilib, çökən adamam.
Gözümdə yorğunluq, könlümdə həsrət,
Belimi qüssədən bükən adamam."


Şeir ilk bənddən oxucunu qaranlıq və kədərli bir ruh halına aparır. "Sükutun qolları" ifadəsi maraqlı bir bənzətmədir. Sükut burada canlı bir varlıq kimi təqdim edilir və şair hər gecə onun qoynuna sığınır. "Bir küncə çəkilib, çökən adamam" misrası həm fiziki, həm də mənəvi yorğunluğu ifadə edir. Həsrət və qüssə o qədər ağırdır ki, artıq şairin belini büküb.
Bu bənddə əsas mövzu tənhalıq, yorğunluq və həyat yükünün ağırlığıdır.

"Nə səsim duyuldu, nə əl uzandı,
Ümidlər ömrümə bir kölgə saldı.
Mənim tənhalığım özümə qaldı,
Dərdini qəlbinə əkən adamam."


Burada yenə şair, lirik qəhrəmanının dili ilə insanların laqeydliyindən gileylənir. O, kömək istəyib, amma səsi eşidilməyib, ona yardım edən olmayıb. "Ümidlər ömrümə bir kölgə saldı" misrasında ümid artıq işıq deyil, kölgədir. Bu da maraqlı poetik çevrilişdir; yəni ümid belə əvvəlki gücünü itirib.
"Dərdini qəlbinə əkən adamam"- misrası xüsusilə təsirlidir. Dərd toxum kimi qəlbə səpilir və zaman keçdikcə böyüyür.
Şair növbəti bənddə isə laqeydlik, anlaşılmamaq və daxili ağrıların dərinləşməsi haqqında danışır.

"Küləklər sovurdu gəncliyimi də,
Arzular alışdı yandı önümdə.
Zülmət bir gecədə soyuq evimdə,
Gözünü qapıya dikən adamam."


Burada həmdə keçmişə baxış var.
"Küləklər sovurdu gəncliyimi" ifadəsi zamanın və həyatın amansızlığını göstərir. Gənclik külək kimi ötüb keçib.
"Arzular alışdı yandı önümdə"- misrası isə ümidlərin məhv olmasını simvolizə edir.

Son iki misrada isə gözləmə motivi diqqət çəkir. Şair hələ də qapıya baxır. Bu qapı, sevgilinin gəlişi, xoş xəbərin gəlməsi və yaxud da taleyin dəyişməsi kimi də yozula bilər.
Burada da görünür ki, bu bəndin əsas ideyası, keçən ömürün, gerçəkləşməyən arzuların və bitməyən gözləntilərdi.

"İnam da tükəndi, bitdi bu nağıl,
Qopar bir fırtına, ey dünya dağıl.
Daha nə hissim var, nə də ki ağıl,
Ayrılıq əzabın çəkən adamam."


Bu bənd ümumiyyətlə şeirin ən həyacanlı nöqtəsidir. Burada artıq ümidsizlik son həddə çatır.
"İnam da tükəndi" misrası daxili dayaqların da dağıldığını göstərir. Şair dünyaya etiraz edir, hətta "ey dünya dağıl" deyəcək qədər ümidsizdir.
"Nə hissim var, nə də ki ağıl" ifadəsi məcazi mənada işlənib. Yəni ayrılıq ağrısı insanı hissiz və düşüncəsiz hala gətirib.
Növbəti bənddə isə üsyan, məyusluq, mənəvi iflas hissi ön plana çıxır.

"Daha yox gələcək, daha yox sabah,
Bürüyüb dünyanı, alıbdır günah,
Tənhalıq əlindən çox çəkirəm ah,
Özünə son mənzil tikən adamam."


Şeirin son bəndi ən qaranlıq hissədir. Burada gələcəyə inam tamamilə itib. "Daha yox sabah" ifadəsi həyat eşqinin sönməsini göstərir.
"Tənhalıq əlindən çox çəkirəm ah" misrası bütün şeirin əsas xəttini yekunlaşdırır.


"Özünə son mənzil tikən adamam" misrası isə çox güclü və ağır poetik obrazdır. Burada şair özünü sanki həyat yolunun sonuna çatmış insan kimi təqdim edir. Bu misra ölüm arzusundan çox, həyatla bağlı bütün ümidlərin tükənməsini ifadə edən simvolik bir yekun kimi görünür.
Sədayə Arzunun "Çökən adamam" şeiri daxili sarsıntıların, tənhalığın və həyatın gətirdiyi məyusluqların poetik etirafıdır. Şeirdə əsas obraz "çökən adam"dır. O, sadəcə yorulmuş insan deyil; arzuları yanmış, ümidləri solmuş, inamı tükənmiş və taleyin ağırlığı altında əzilmiş bir insanın simvoludur.
Şeirin ən güclü cəhətləri, səmimi etiraf üslubudur.


Məncə, bu şeir daha çox insanın öz iç dünyası ilə tək qaldığı məqamlarda oxunacaq və oxucuda emosional əks-səda doğuracaq nümunələrdəndir.
Poeziyada dərd və kədər çox zaman təbiət hadisələrinin, saralan payız yarpaqlarının, səssiz qaranlığın, köhnə əşyaların və ya unudulmayan xatirələrin timsalında bədii ifadəsini tapır. Məhz buna görə də ağrı poeziyanın ən təsirli və ən dərin mövzularından biri olaraq qalır; çünki insan ruhunun ən gizli qatlarına toxuna bilir.
Son olaraq dəyərli şairimiz Sədayə Arzuya, bu kiçik yazı ilə özünü toparlamağı, həyatın bundan sonrakı gözəlliklərini yaşamaqa səsləyirəm. Allah qorusun sizi gözəl insan, dəyərli ziyalımız, hörmətli şairimiz..
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Cekodan təsirli məktub - “Anamla dolabın arxasında gizləndik”

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

VAQİF VÜQAR : Dünya son görüş yeridir... - FOTO

Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Meksika mundiala qələbə ilə başladı

İrəvanda ildırım körpünü uçurdu

Makrona gələ bilməyəcəyini dedi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930