Xəbərlər
19.06.2026, 01:03
Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO
Bu dunyanın dərdi boyar damlasıyla üzümü,
Dağlarımı sel paralar, gün yandırar düzümü.
Yaranışdan uğursuzam, tanıyıram özümü
Məndən uzaq dur, adam!
Dodağımda gülüş doğub, gözlərimsə məzarlıq.
Bütün varlıq məndə heçdir, mənəm yox içrə varliq.
Yerlə göyün arasıyam, səni sıxar bu darlıq
Məndən uzaq dur, adam!
Məndə qalsan əsarətsən,məndən getsən qurtuluş.
Sənə təslim olmamaqçün dayandığım son duruş.
İki dünyayla baş etdim, səndə bitdi bu vuruş

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay