Xəbərlər
3.05.2026, 13:55
KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR
Müşahidələrimə söykənib deyə bilərəm ki, bəzən bir şairlə tanışlıq çox zaman onun özü ilə yox, qəlbindən süzülüb gələn misralara düzülmüş sözü ilə başlayır. Sonradan onu görmək marağı qəlbində özünə yer edir. Tam səmimi deyirəm, gözəl el şairi Əlövsət Saldaş da mənim üçün əvvəl elə bir söz, misra sahibi olan şairlərdən biri olub... Sonra isə həmin sözün sahibini "Ağsu Yazarları" Ədəbi Birliyi toplantısında gördüm. Ondan sonra bir neçə dəfə tədbirlərdə rastlaşdıq. Sadəcə onun şeir deməyini və şeirini deməyini maraqla izləyirdim. O zaman anladım ki, ondan oxuduğum şeirlər təsadüfi deyil. Yaşanmış ömrün, çəkilmiş yükün, itirilmiş yurdun poetik tərcüməsidir.
Əlövsət Saldaş (Məmmədov Əlövsət Sarı oğlu) 15 iyun 1957-ci ildə Ağdərə rayonunun Çərəkdar kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər rayonunun Qılınclı kənd orta məktəbini, 1978-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib. Peşəkar müəllim kimi Kəlbəcərin Nadirxanlı kənd orta məktəbində çalışıb.
1993-cü ildə erməni işğalından sonra məcburi köçkün həyatı yaşayan Əlövsət Saldaş Qobustan rayonunun Təklə kəndində məskunlaşıb. O, Qobustan rayonunun Ərəbşalbaş, Çuxanlı və Təklə kəndlərində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2022-ci ildə təqaüdə çıxıb.
Əlövsət Saldaş hələ orta məktəb illərindən şeir yazmaqa başlanmış və bir müddətdən sonra dövri mətbuatda və müxtəlif almanaxlarda çap olunmağa başlamışdır. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı onun yazdığı şeirlərin demək olar hamsı o dövürdə işğalçılar tərəfindən məhv edilmişdir.
Hörmətli şairimiz Əlövsət Saldaş üç kitab müəllifidir:
"Məni unutmağa tələsmə hələ" (2002)
"Çətindir bu yurdun şairi olmaq" (2009)
"Ömrün payızından üzü yuxarı" (2017)
Əslən Kəlbəcərdən olan, taleyin sərt küləkləri ilə Qobustana sığınan bu şairin poeziyasında torpaq sadəcə coğrafi məkan deyil - yaddaşdır, ağrıdır, dirənişdir. Çünki onun şeirləri sükutun içindən gələn, ağır, yüklü, bir az da “daşlaşmış” söz adamına bənzəyir...
Bu sətirləri yazanda artıq mən onun səhifəsindən götürdüyüm "Adam" şeirini bir neçə dəfə oxumuşdum. Çünki bu seçim, oxucu istəyimdən və yaradıcı insanlara ehtiramımdan doğan münasibət bildirmək marağımdan irəli gəlir.
Həmdə bu şeir, sadəcə bir insanın yox, zamanın içində sərtləşmiş, amma içində hələ də "yaş" qalan bir ruhun etirafı olduğundan maraq mənə güc gəldi.
Dindirməyin bir yolu var
Mənim kimi "daş" adamı.
Əvvəl gərək qurudasan
Təpə-dırnaq "yaş"adamı.
Burada şair özünü “daş adam” kimi təqdim edir. Amma dərhal bu daşlığın süni deyil, sonradan qazandığını bildirir. “Yaş adamın qurudulması”, yəni duyğuların öldürülməsi prosesi burada həyatın qəddarlığının metaforasıdır. Şair demək istəyir ki, heç kim doğulanda daş olmur.
Yazan yəqin belə yazmış,
Gördüklərim hələ azmış.
Bu dünyanın yolun azmış-
Mən vaxtının çaş adamı.
Şair burada isə taleyinə yönəlik bir ironiya ilə deyir,-“Yazan”. Yəni qismət, alın yazısını yazan. Amma şair bununla barışmır, əksinə, dünyanı öz yolunu azdığını deyir. “Vaxtının çaş adamı” ifadəsi isə zamanla uyğunlaşa bilməyən, dövrün içində öz yerini tapa bilməyən insanın fəlsəfi obrazıdır.
Sökülürəm ilmə - ilmə
Bəxtəvərəm - elə bilmə!
Qarşıdakı - bircə kəlmə
basa düşə kaş adamı...
Bu bənd insanda daxili dağılmanın poetik təsviridir. “İlmə-ilmə sökülmək”-yavaş-yavaş parçalanması deməkdir. Amma Əlövsət müəllim burada bir paradoks qürur- “bəxtəvərəm elə bilmə”. Yəni zahirdə görünənlə daxildə olan fərqlidir. Ən ağrılı məqam isə budur. İnsanın dərdini bircə kəlmə ilə anlaya biləcək kimsənin olmaması.
Rüzgar acı əsir, atam,
Yarpaq kimi əsir adam.
Bir tamahı kəsir adam...
Olmamışam "aş" adamı.
Əlövsət Saldaş bu bənddə həyatın sərtliyini- “acı rüzgar”-obrazında verir. İnsanın isə - “yarpaq”- kimidir deməsi, onun zəif, kövrək, silkənlinən olmasına işarədi. “Tamahı kəsir adam”- misrası isə insanın içindəki arzuların, istəklərin zamanla sındığını göstərir. “Aş adamı” olmamaq, yəni hər şeyə qarışan, hər yerdə olan adam olmamaq deməklə, şairin özünün mənəvi təmizliyinə bir yönlük işarə verir.
Əlövsətə hədə gəldi,
Dəydi qəlbə zədə, gəldi...
Vallah, elə vədə gəldi
Dolandırmır baş adamı.
Bu bənd artıq açıq etirafdır. Şair öz adını çəkərək poetik maskanı çıxarır. Yəni yaşanan o qədər ağırdır ki, artıq təsəlli də işləmir-“Baş dolandırmayan vədə”nın çatdığını göstərir. Bu, ümidsizliyin yox, nadan, naşı, zəmanənin gətirdiyi yorğunluğun ifadəsidir.
Əlövsət müəllimin digər şeirlərdə də ümumi yorğunluq, yurd və ümüd işığının yaratdığı ağrının müxtəlif çalarlarını görürük. Onun- "Dincələk" - şeirində bu rəngarənglik açıq - aydın bu misraların içində yığılıb.
“Azca yoxuş qalıb, azca səbr elə...”
“Qoyaq başımızı yurdun daşına,
Uyuyaq, doyunca yataq, dincələk.”
Burada “dincəlmək” sadəcə fiziki istirahət deyil — bu, illərlə daşınan dərddən qurtulmaq arzusudur. Yurdun daşına baş qoymaq isə həm ölüm, həm də qovuşmaq metaforasıdır. Bu misralarda Kəlbəcər həsrəti açıq şəkildə duyulur.
Şeirə bütöv şəkildə nəzər salsaq görərik ki, şair doğurdan da yurd həsrətinin ağrısını gözəl poetik fikirlə çatdırıb;
Yolun gözlədiyin Yazca səbr elə,
O Yazdan umduğun nazca səbr elə,
Azca yoxuş qalıb, azca səbr elə,
Enək, dincəvara çataq, dincələk.”
Bu bənd ümumilikdə ümid və səbr fəlsəfəsi üzərində qurulub.
“Yaz” burada sadəcə fəsil deyil — yenilənmə, qurtuluş, xoş günlərin simvoludur.
“Nazca səbr elə” ifadəsi səbrin belə incə, zərif bir ümidlə yoğrulduğunu göstərir.
“Azca yoxuş qalıb” – həyat yolunun çətin mərhələsinin sona yaxınlaşdığına işarədir.
Bəndin sonundakı “dincələk” çağırışı isə həm fiziki, həm də ruhi rahatlıq arzusudur. Bu, yorulmuş insanın son dayanacaq istəyidir.
“Təpər qalmayıbdı daha bu təndə,
Yapış əllərimdən çataq o kəndə.
Salaq yerimizi güllü çəməndə,
Gül - çiçək içində bataq, dincələk.”
Burada artıq yorğunluq açıq şəkildə etiraf olunur.
“Təpər qalmayıbdı” – həyat mübarizəsinin insanı necə tükətdiyini göstərir.
“Yapış əllərimdən” – təkbaşına yox, birlikdə xilas olmaq istəyi var.
“Kənd”, “güllü çəmən” obrazları isə sadəlik, doğmalıq, təbiətə qayıdış deməkdir.
Bu həm də şəhər-küyündən, həyatın ağırlığından qaçışdır.
“Gül-çiçək içində batmaq”da isə ruhun saflaşması, təbiətlə birləşməsi ideyası var.
“Hardan canımıza gəldi çökdü bu,
Vallah özümüzdən çox böyükdü bu.
Hər adam daşımaz, ağır yükdü bu,
Bəlkə çiynimizdən ataq, dincələk.”
Bu bənddə şair artıq problemin mahiyyətinə keçir.
“Bu” – konkret ad çəkilməsə də, ictimai, mənəvi və ya taleyüklü bir dərd nəzərdə tutulur.
“Özümüzdən çox böyükdür” – insanın gücünü aşan yükdür.
“Hər adam daşımaz” – bu, seçilmişlərin, yaxud yüklənmiş talelərin faciəsidir.
Yenə son misrada ənənəvi olaraq,
“Çiynimizdən ataq” – deyimi ilə artıq mübarizə yox, yüngülləşmək istəyi, bəlkə də təslimiyyət çaları var.
“Dolanaq yurddakı qurdun başına,
(....O imiş ən sadiq - yurda aşina.)
Qoyaq başımızı yurdun daşına,
Uyuyaq, doyunca yataq, dincələk.”
Bu bənd çoxqatlı və simvolikdir.
“Qurd” türk mifologiyasında yolgöstərən, qoruyucu, sadiqlik rəmzidir.
“Yurda aşina” – doğma torpağa bağlılıq ideyası güclənir.
“Başımızı yurdun daşına qoymaq”:
Bu həm sığınacaq, həm də bir növ əbədi rahatlıq (ölüm metaforası) kimi də oxuna bilər.
“Uyuyaq, doyunca yataq” – burada sadəcə istirahət yox,
əzabdan qurtuluşun son həddi hiss olunur.
“Əlövsət, can qoyduq illərdən bəri,
Bəslədik, böyütdük,- axıtdıq təri,
Gəl çəkək bazara bu dərdi - səri,
Dəyər - dəyməzinə sataq,dincələk...”
Şair son bəndi hesabat xarektirli ironik fəlsəfə ilə bitir. Özünə xitabən, - “Əlövsət, can qoyduq illərdən bəri,"-deyərək özü ilə daxili dialoqa girir.“Can qoyduq, tər axıtdıq” – uzun illərin zəhməti, mübarizəsin dilə gətir.
Şeirdə, - “Dərdi bazara çıxarmaq” – çox güclü bənzətmədir. Yəni, insan öz dərdini belə “Dəyər-dəyməzinə sataq”-deyərək, dəyərsizləşdirməyə hazırdır ki, təki bu dərdən azad olsun. Buda cəmiyyətlə, dünya ilə barışmaq yox, ondan bezməkdir.
Bu şeir, yorğun insanın manifestidir.
Ümidlə ümidsizlik arasında qalan ruhun etirafıdır ki, buda dincəlmək istəyinin sadə yox, fəlsəfi anlamıdır.
Şeirdə səbr, yol, yorğunluq, yük, yurd isə qayıdış kimi verilib. Dincəlmək isə adi bir - “dincəlmək”-yox, ölümə qədər uzanan məna daşıyır.
“Hər adam daşımaz, ağır yükdü bu...”- misrası isə şairin poeziyasının açar cümlələrindən biridir. Burada yük fərdi deyil — kollektivdir. Bu, köçkünlüyün, itkinin, yaddaşın yüküdür.
Əlövsət Saldaş poeziyasından seçib götürdüyüm növbəti şeir - “Nə təhərsiniz...”-şeiridir. Bu şeir insanın təbiətlə olan nisgillə dolu poetik dialoqudu.
“Ölmədik, bu yaz da görüşə bildik,
Ay məsum çiçəklər, nə təhərsiniz.”
Bu şeirdə şair təbiətlə danışır. Amma bu dialoq əslində insanlarla qurula bilməyən ünsiyyətin əvəzidir. Çiçəklərə müraciət, itirilmiş saflığa dönüş cəhdidir.
“Çoxların itirdik, yerin boş gördük...”
Bu misra artıq fərdi deyil, ümumi faciənin poetik xülasəsidir.
Əlövsət Saldaş poeziyası sadə, amma çoxqatlıdır. Obrazları həyatdan götürüldüyündın (daş, rüzgar, yarpaq, yük) pafossuz, səmimi və içdən gələndir. Çünki o sözlər şairin Kəlbəcər yaddaşı ilə yoğrulub, Şirvan (Qobustan) nəfəsi ilə tərafətlənib. Onun şeirlərində süni bəzək yoxdur, söz necə doğulursa, elə də qalır.
Əlövsət Saldaş şeirlərində insanı danışdırmır, insanın içində susanı danışdırır. Onun “daş adamı” əslində daşlaşmaq istəməyən, amma həyatın sərtliyindən bu hala düşən bir ruhdur.
"Dincələk" şeirlərdə də isə yurd həsrətin yaratdığı yorğunluq, ümidin qırıq işığın yaratdığı eyni ağrının müxtəlif çalarlarıdı.
"Nə təhırsiz..." - şeiri isə təbiətlə dialoq əslində insanlarla qurula bilməyən ünsiyyətin əvəzidir.
Əlövsət Saldaş poeziyası oxunmaq üçün yox, duyulmaq üçündür.
Və hər bir misra kifayət edir ki, şairi anlayasan. Çünki, Əlövsət Saldaşın sözləri yazılmayıb — yaşanıb.
Elə buna görə də, şairin təbiətlə olan dialoqun əks etdirən, - "NƏ TƏHƏRSİNİZ..." - şeirini oxucuların ixtiyarına verirəm.
NƏ TƏHƏRSİNİZ...
Dərdə sinə gərdik, dirəşə bildik,
Qışın caynağından sürüşə bildik.
Ölmədik, bu yaz da görüşə bildik,
Ay məsum çiçəklər, nə təhərsiniz.
Vallah bu çəmənin xarı var hələ,
Bülbülü ah çəkir, zarı var hələ.
Martın sazağı var, qarı var hələ,
Ay körpə ləçəklər, nə təhərsiniz.
Çoxların itirdik, yerin boş gördük,
Gözləri sarmışdı qanlı yaş, gördük...
Xallı kəpənəklər, sizi xoş gördük,
Ay əlvan böcəklər, nə təhərsiniz.
Bitib tükənmməsin sözünüz, deyin,
Gülsün gözləriniz, üzünüz, deyin,
Sizə canım qurvan, özünüz deyin,
Ay gözəl - göyçəklər, nə təhərsiniz.
Ömrümü bir ucdan sökər zavallar,
Əlövsət,başımnan ötməz bu hallar.
Ay yaza bağlanan şirin xəyallar,
Ay yalan gerçəklər, nə təhərsiniz?
Əlövsət Saldaş
P. S. Bu yazımla dəyərli şairimiz Əlövsət Saldaşa, pafoslu olsada səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, sevincli dolu günlər və yaradıcılıq uğurları diləyirəm.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay