Elxas Comərd
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.


Saməddin Kamal Laçınlının "Mənim Zəfər Bayramım" Şeirinə Bir Baxış...

Azərbaycan ədəbiyyatında vətən həsrəti və torpaq sevgisi qədər dərin kök salmış mövzu az tapılar. Bu mövzu, xüsusilə torpaqlarımızın işğal illərində bir çox şairin qəlbində yanğıya çevrilmiş, azadlıq və qovuşma arzusu ilə şeirlərə hopmuşdur. Elə bu ağrını, bu nisgili və sonunda gələn sevinci öz yaradıcılığında ən içdən ifadə edən qələm sahiblərindən biri də “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü, dəyərli şair Saməddin Kamal Laçınlıdır.
Şairin yaradıcılığında otuz illik yurd həsrəti, torpaq yanğısı və zəfər sevincinin təntənəsi əsas xətti təşkil edir. Hələ torpaqlarımız işğal altında olduğu dövrlərdə Saməddin Laçınlının söhbətlərində, şeirlərində vətən nisgili, doğma Laçın üçün çəkdiyi ağrı duyulurdu. Böyük Zəfərdən sonra isə onun səsi dəyişdi — artıq bu səs qovuşma, qürur və şükür səsi idi.
Bu hisslər şairin “Mənim Zəfər Bayramım” adlı şeirində xüsusi bir poetik məna qazanır.

Otuz il vətənsiz ömür keçirdim,
Vətəndə açılır sabahım mənim.
Sanki bal yerinə zəhər içirdim,
Nə idi Allahım, günahım mənim.


Bu bənddəki hər misra otuz illik nisgilin səsi kimidir. Şairin “bal yerinə zəhər içirdim” ifadəsi yalnız bir bənzətmə deyil, bütöv bir xalqın ağrısını özündə daşıyan fəryaddır.
Şairin sözlərindəki bu duyğu Əssar Mövlana Şəmsəddin Təbrizinin məşhur beyti ilə səsləşir:

“Bir yoxsul qürbətdə şah olsa əgər,
Hər axşam o vətən deyib ah çəkər.”


Bu beyt, sanki Saməddin Laçınlının illərlə içində daşıdığı həsrətin qədim bir fəlsəfi əks-sədasıdır.
Lakin bu ağrı artıq arxada qalmışdır. Şairin sözlərində indi qürur, zəfər və Tanrıya şükür var:

Zalım yağılardan qisas alındı,
Zəfər təbilimiz uca çalındı,
Yenə də Vətənə yollar salındı,
Allahım, sən oldun pənahım mənim.


Burada şairin ruhunda həm sevinc, həm də minnətdarlıq var. Allahın pənahına sığınan Saməddin Laçınlı, azadlığın dəyərini ən yaxşı bilən bir nəsli təmsil edir. Onun üçün zəfər yalnız torpağın alınması deyil, həm də ruhun azad olmasıdır.
Bu duyğunu Mehmet Akif Ərsoyun məşhur misraları tamamlayır:
“Bastığın yerlərə torpaq deyərək keçmə, tanı,
Düşün altında minlərcə kəfənsiz yatanı...”

Zəfərin mənası məhz bu dərin düşüncədə gizlidir — torpaq sadəcə torpaq deyil, onu müqəddəsləşdirən şəhid qanıdır.
Şair bu fikri öz şeirinin son bəndində zirvəyə daşıyır:

Səməddin Kamalın qürur bayramı,
Bu idi qəlbimin arzusu, kamı,
Yenilməz orduya mat qaldı hamı,
Şəhidlər qarşımda xan, şahım mənim.


Bu misralarda artıq həsrətin yerini qürur alır. Qələbə sevincinin mərkəzində isə şəhidlərin xatirəsinə səcdə var.
Saməddin Laçınlının “Mənim Zəfər Bayramım” şeiri təkcə bir şairin hissləri deyil — bir xalqın yaddaşı, bir millətin dirçəliş nağməsidir. Bu şeir azadlığın qiymətini bilən, torpağın müqəddəsliyini duyan hər bir azərbaycanlının qəlbinə yol tapır.
TANIŞ OLAQ :—Nəsibov Səməddin Kamal oğlu,04 oktyabr 1958-ci ildə Laçın rayonunun Alpoud kəndində kolxozçu ailəsində dünyaya göz açıb.
1965 -ci ildə Laçın rayonunun Qoşasu kənd orta məktəbinin 1-ci sinfinə gedib.
1975 -ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.
Orta texniki təhsillidi.
Ailəlidi,3 övladı,7 nəvəsi var.
1992-ildə nankor düşmənlər tərəfindən torpaqları işğala məruz qaldıqdan sonra, ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsində məskunlaşıblar. Hal hazırda Saray qəsəbəsində daimi qeydiyatdadır.
Bu zəfər günündə Saməddin qardaşmızın mənə yaşatdığı bu böyük sevinc içində ona səmimiyyətlə bu kiçik yazımla sevgimi çatdırıram.




Son xəbərlər

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930