Turaztv.az » Xəbərlər » Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO
Xəbərlər

Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO

03.05.2026, 11:11 123
SƏADƏT BUTAYA
Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə...

Dağlar sənə əl uzatmaz,
Bala dərdi çəkən Buta.
Dərd yerinə ləl uzatmaz,
Qəlbində qəm əkən Buta.

Ağılarda öy balanı,
Dur əzizlə hey balanı.
Sıx sinənə bəy balanı,
Göz yaşları tökən Buta.

Zirvə-zirvə qar itirdin,
Budaq-budaq bar itirdin.
Kam almamış yar itirdin,
Baxt-yığvalı ey kəm Buta.

Ahın, nalən qatar-qatar,
Nə dincələr, nə də yatar.
Dadına xəyallar çatar,
Xəyallara söykən, Buta.

Qəzənfər Məsimoğlu

Oxşar xəbərlər