Xəbərlər
2.05.2026, 21:11
Xalq şairmiz Sabir Rüstəmxanlının 80 illik yubileyinə - FOTO
Müzəffər Məzahim,
şair-publisist
şair-publisist
O,ŞAİR ADINA LAYİQ YAŞADI
Cismi doğulsa da Rüstəmxanlıda,
Ruhu bütöv yurda ərməğan oldu.
Hər sözü, kəlməsi, varlığı, ömrü,
Xalqa ümid oldu, pasiban oldu.
Millətin dərdini deyən şairin,
Başını yardılar, geri gönmədi.
Xalqını eşq ilə öyən şairin,
Ruhunu yordular, geri dönmədi.
Doldu səksən yaşa, yenə doymadı,
Vətən sevgisindən, məhəbbətindən.
O, şair adına layiq yaşadı,
Qorxdular sözündən, cəsarətindən.
Hədə-qorxulara boyun əymədi,
Xainə, satqına vermədi aman.
İnandı yurdunun azadlığına,
Haqlı olduğunu göstərdi zaman.
Heç vaxt büdrəmədi haqqın yolunda,
Xalqın sırasında, - öndə dayandı.
Həqiqət, ədalət şüarı oldu
Səməndər quşutək daima yandı.
Çatdırdı dünyaya haqqın səsini,
Dözəmmədi Vətən düşəndə dara.
Bu yurdun qeyrətli sahibləri var,-
O, sübut elədi qəsbkarlara.
Bütöv Azərbaycan xəritəsidir,
Vətən sevgisiylə döyünən qəlbi.
Əbədi məşəltək alışacaqdır,
Turan birliyilə öyünən qəlbi.
Ruhu bütöv yurda ərməğan oldu.
Hər sözü, kəlməsi, varlığı, ömrü,
Xalqa ümid oldu, pasiban oldu.
Millətin dərdini deyən şairin,
Başını yardılar, geri gönmədi.
Xalqını eşq ilə öyən şairin,
Ruhunu yordular, geri dönmədi.
Doldu səksən yaşa, yenə doymadı,
Vətən sevgisindən, məhəbbətindən.
O, şair adına layiq yaşadı,
Qorxdular sözündən, cəsarətindən.
Hədə-qorxulara boyun əymədi,
Xainə, satqına vermədi aman.
İnandı yurdunun azadlığına,
Haqlı olduğunu göstərdi zaman.
Heç vaxt büdrəmədi haqqın yolunda,
Xalqın sırasında, - öndə dayandı.
Həqiqət, ədalət şüarı oldu
Səməndər quşutək daima yandı.
Çatdırdı dünyaya haqqın səsini,
Dözəmmədi Vətən düşəndə dara.
Bu yurdun qeyrətli sahibləri var,-
O, sübut elədi qəsbkarlara.
Bütöv Azərbaycan xəritəsidir,
Vətən sevgisiylə döyünən qəlbi.
Əbədi məşəltək alışacaqdır,
Turan birliyilə öyünən qəlbi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













