Ölmüş adam kimi baxırlar mənə,
Zəng edib soruşan, xəbər alan yox.
Sanki gəlməmişəm heç yer üzünə,
İtirib axtaran, saya salan yox.

Mən axı diriyəm, ay unudanlar,
Zibil daşıyıram, şeir yazıram.
Dizdə güc yoxsa da, hələ ki, can var,
Naümid sabaha plan cızıram.

Nə olsun gözümdə selim lillənib,
Mən də Sizin kimi Ordan düşmüşəm.
İşığım azalıb, odum küllənib,
Köhnə çıraq kimi nurdan düşmüşəm.

Düşsə də ruhunda yaz nəfəsi var,
Əriyib hey gedər ömür qar kimi.
İşığı ölsə də, köhnə çıraqlar,
Dəyərin saxlayır antikvar kimi.

Burdayam demək də doğru alınmır,
Yunus der:- bilməyən nə bilsin bizi.
Neyləyim, şairdən oğru alınmır,
Girib oxuyardım ürəyinizi.

Gözə görünürsən xeyir verincə,
Xeyirsiz bəndələr gözə görünməz.
O üzdən ömrünü qoyubdu dincə,
Özünə bənzədib Gözəgörünməz.

Gözə girməyənlər çıxırmış yaddan,
Unudan dillərdə caramsa, bəsdir.
Məmməd, vəfa umma fani həyatdan,
Allahın yadında varamsa, bəsdir.



Anmadığım günü olmayan anamın anım gününə
Daş yerinə, ay ana

Öləndə kim ağlayacaq bəs mənə,
Mən öləydim kaş yerinə, ay ana.
Yaşa deyir icimdəki səs yenə,
Qoyub məni quş yerinə, ay ana.

Yetim dərdin İlahi də qutlamır,
Pəhləvandı, kimsə qolun qatlamır,
Daş ürəyim axı niyə partlamır,
Gözüm çıxsın qaş yerinə, ay ana.

Anlayıram, istədiyin bu deyil,
Sən sadiqsən, ölsün oğlun, qu deyil,
Qəbrini isladan adi su deyil,
Candı axır yaş yerinə ay ana.

Hər dərdimə Simurq olub yetmisən,
Mələkmişsən, göyə merac etmisən,
Sən ömrümü başsız qoyub getmisən,
De nə qoyum baş yerinə, ay ana.

Varlığımı yoxluq vurar, linç edər,
Qəbrin üstə çiçək əkdim, incə, tər,
Heç qıyaram ruhunu daş incidə,
Məmməd bitib daş yerinə, ay ana...

Son xəbərlər

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930