SÜKUT

Durmuşam lal sükuttək,
Ev üstümə yeriyir.
Buza dönmüş duyğular
Xatirəmdə əriyir.

Bu ev, bu həyət baca,
Bir vaxt səslə doluydu.
Bu ev qonaq-qaralı,
Doğmalarla uluydu.

Uçub köçəri quşlar,
Yuvasını qəm tutub.
Qapısı açılmayan
Otaqları nəm tutub.

Atam hayana gedib?
Çəkicini pas atıb.
Zindanın səsi gəlmir,
Dəryaz qlovsuz yatıb.

Atının üzəngisin,
Yəhərdən kim qoparıb?
Qamçısı düşüb qalıb.
Bəs atı kim aparıb?

Evin arxasındakı,
Təndirin üstü bağlı.
Külfəsini kül basıb,
Anamsız sinə dağlı.

Qoyun, quzu səsinə
Möhtac qalıb bağ, bayır.
Alabaşın yerinə,
Burda sükut ulayır.

Lampaları toz basıb,
Qaz sobası işləmir.
Hər gün qaynayan çaydan,
Susub küncdə qəm əmir.

Mir- mitili qat kəsib,
İllərdir gün görməyir.
Divardakı şəkillər
Gözumə bikef dəyir.

Dağılıb mənzərəsi,
Talan olub ev, eşik.
Zaman xırman sulayır,
Qaranquş çəkir keşik.

Bacadan tüstü çıxmır,
Evlər kor göz kimidir.
Tənha qalmış ev, eşik,
Sazın sarı simidir.

Su quyusu quruyub,
Əlcəyini pas tutub.
Evin damı əyilib,
Otaqları yas tutub.

Ağaclar pırpızlaşıb,
İllərdir ki, daranmır.
Qoz ağacı quruyub,
Budağını bar anmır.

Gəlinbarmaq, kəhraba,
Tut ağacı yenilib.
Qəmlərə dözəmməyib,
İki yarı bölünüb.

Qapı-bacası bağlı,
Atam, anam, hardasız?
Pəncərəsiz, qapısız,
Gor evində dardasız...?!!

Həsrətimi duyarsız,
Bu dünya belə qalmaz.
Bir səsimə səs verin,
Belə doğmalıq olmaz.

Xəlvəti gəlin birdən,
Gözlərimi bağlayın.
Kimdi, tap görüm- deyib,
İntizarda saxlayın.

Gözümü açmaq üçün,
Bir, iki, üç...sayın.
Çıxın qapı ağzına,
Qonağı qarşılayın.

30.09.2024


Son xəbərlər

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930