Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2026” təşkil edilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Artıq doqquzuncu dəfədir təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulub.

Zaur və Günay Baxşəliyevalar Bakı marafonunda iştirak etdiklərini bildirərək qeyd ediblər ki, bu cür tədbirlər onlar üçün artıq xoş bir ənənəyə çevrilib:

“Hər il marafona qatılmaq həm maraqlı, həm də motivasiyaedici təcrübədir. Marafon yalnız idman yarışı deyil, eyni zamanda insanları bir araya gətirən xüsusi atmosfer yaradır. Bu gün də küləyə qalib gəlməyə çalışacağıq”.

Onlar tədbirin təşkilini yüksək qiymətləndirərək, iştirakçıların enerjisinin və pozitivliyinin marafonu daha da yaddaqalan etdiyini qeyd ediblər.

Müğənni Nigar Camal bildirib ki, artıq bu marafonda iştirakı ənənə halını alıb:

“Bakı marafonunda iştirak etmək mənim üçün hər zaman maraqlı və ruhlandırıcıdır. Tədbir yüksək səviyyədə təşkil olunub. Belə layihələrin sağlam həyat tərzinin təşviqində mühüm rol oynadığını düşünürəm”.

Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar.

Bakı marafonunda iştirak edən xarici turistlərdən biri şəhərə ilk səfəri olduğunu bildirib.

O qeyd edib ki, Bakı onu ilk baxışdan cəlb edib və burada keçirilən marafonda iştirak etmək onun üçün maraqlı təcrübədir. Turist şəhərin həm müasir, həm də tarixi ab-havasını bəyəndiyini vurğulayıb.

Digər iştirakçı isə artıq bir neçə dəfə Bakıda olduğunu deyərək, şəhərə xüsusi simpatiyası olduğunu bildirib. Onun sözlərinə görə, Bakı yalnız gözəlliyi ilə deyil, həm də insanların qonaqpərvərliyi ilə seçilir. Hər iki turist marafonun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu cür tədbirlərin şəhərin beynəlxalq imicinə müsbət təsir göstərdiyini vurğulayıb.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edib.

Boccia İdman Federasiyasının vitse-prezidenti, Qarabağ qazisi İlham Məhərrəmov bildirib ki, Bakı marafonu artıq ənənə halını alıb və onlar hər il bu tədbirdə böyük maraqla iştirak edirlər:

“Marafon təkcə idman yarışı deyil, eyni zamanda insanları bir araya gətirən, birlik və həmrəylik hissini gücləndirən mühüm platformadır.

Belə tədbirlər iştirakçılar üçün həm motivasiya mənbəyidir, həm də sağlam həyat tərzinin təşviqinə xidmət edir. O vurğulayıb ki, marafonun təşkilatçılığı yüksək səviyyədə qurulub və bu da iştirakçıların sayının ildən-ilə artmasına səbəb olur”.

Lamiyə Məmmədova


Son xəbərlər

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930