Turaztv.az » Xəbərlər » Rezidentura imtahanı keçirildi
Xəbərlər

Rezidentura imtahanı keçirildi

03.05.2026, 13:33 102
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Oxşar xəbərlər