Səhərin ilk işığında dəniz elə sakit görünür ki, sanki bütün sirrlərini gizlədib susur. Amma bilənlər yaxşı anlayır ki, o sükutun altında neçə-neçə hekayə yatır. Küləklə danışan xatirələr, dalğalarla yoğrulan talelər, uzaq üfüqlərə bağlanan ümidlər… Elə insanlar da var ki, bu sirli aləmin bir parçasına çevrilir, dənizin dili ilə danışmağı, sözün nəfəsi ilə yaşamağı bacarır.

Faiq Balabəyli məhz belə insanlardandır. Taleyi ilə sənətin, dənizlə sözün eyni məcrada qovuşduğu nadir ömür sahiblərindən biri…
Çox vaxt insanın həyatı ilə sənəti paralel xətlər kimi yox, eyni axarın içində birləşən iki dalğa kimi irəliləyir. Faiqin ömür yolu da bu vəhdətin canlı nümunəsidir. Onun həyatında dəniz sadəcə məkan deyil, xarakter məktəbidir. Söz isə sadəcə ifadə vasitəsi yox, daxili dünyasının aynasıdır.
Onun haqqında danışanda göz önünə iki obraz gəlir: sükanı möhkəm tutan kapitan və misraları ilə oxucunu düşüncənin sahillərinə aparan şair. Xəzərin sərt küləkləri, dəyişkən dalğaları onun iradəsini bərkitdiyi kimi, yaradıcılığına da özünəməxsus rəng qatıb. Onun şeirlərində dənizin duzu var. Bu, sadəcə bənzətmə deyil, yaşanmış ömrün, çəkilmiş zəhmətin, duyulmuş hisslərin ifadəsidir.

Bu misralarda ayrılıq da var, həsrət də, amma ən çox səmimiyyət var, oxucunu öz iç dünyasına aparan saf bir səmimiyyət.
Faiqlə tanışlığım az qala qırx ilə yaxındır. O illərdə mən də qısa müddət “Xəzərdənizneftdonanma”da çalışırdım. Donanmanın “Sahil” qəzeti vardı. Bu qəzet sadəcə nəşr deyildi. İstedadlı dənizçilərin toplandığı bir söz məkanı idi. Hər kəs dənizin qoynunda qazandığı hissləri kağıza köçürürdü. Faiq də həmin mühitdə seçilən qələm sahiblərindən idi. Onun şeirləri ilk oxunuşdan fərqlənirdi. Süni pafosdan uzaq, içdən gələn, yaşanmış həyatın izlərini daşıyan misralar idi.
Elə o illərdə başlayan tanışlığımız zamanla möhkəm dostluğa çevrildi. Bu dostluğun təməlində sadəcə ünsiyyət yox, qarşılıqlı hörmət, sözə sevgi və həyatın eyni dalğalarında üzmək dayanırdı.
Faiq hər zaman öz yoluna sadiq qalan insan olub. O, nə dənizdə istiqamətini itirdi, nə də söz dünyasında. Hər iki sahədə özünəməxsus duruşunu qorudu.
Onun bu gün Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etməsi də təsadüfi deyil. Bu, keçdiyi yolun, qazandığı hörmətin səssiz təsdiqidir.
Faiq Balabəyli bu keyfiyyətlərin hamısını özündə birləşdirən nadir insanlardandır. Onun ömür yolu bir daha sübut edir ki, insan harada olur-olsun, hansı peşəni seçir-seçsin, əsas olan öz yoluna sadiq qalmaqdır. Dənizin sərt sınaqlarından keçən kapitan kimi o, həyatın çətinliklərindən də alnıaçıq çıxmağı bacarıb. Sözün dərinliklərinə enən şair kimi isə insan ruhunun incə qatlarını duymağı və ifadə etməyi bacarıb.
İnanıram ki, o, bundan sonra da eyni dəqiqlik, eyni vicdan və eyni sevgi ilə fəaliyyət göstərəcək. Necə ki, dalğalı dənizlərdə sükanı möhkəm tutub, necə ki, sözün içində azmadan öz istiqamətini tapıb, bundan sonra da həm insanlara, həm də ədəbiyyata işıq saçacaq.
Faiq, vaxtının məhdud olmasına baxmayaraq, hər yerə vaxt tapan nadir insanlardandır. Dost kimi etibarlı, şair kimi istedadlı, dənizçi kimi möhtəşəmdir. Hər gün zənglədiyim, hər an ehtiyac duyduğum dostumdur Faiq.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31