Misir MƏRDANOV,
AMEA-nın müxbir üzvü, professor
fizika riyaziyyat elmləri doktoru


Əziz dostlar, aprelin 1-i müəllimlər müəllimi professor Maqsud Cavadovdan sonra Bakı Dövlət Universitetinin “Həndəsə” kafedrasına uzun illər rəhbərlik etmiş professor Nazim Abbasovun doğum günüdür. Mən Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə onun rəhbərlik etdiyi kafedrada başlamışam. Nazim müəllim çox qayğıkeş, diqqətli və təvəzökar insan idi.

Abbasov Nazim Tanrıverdi oğlu, həndəsə sahəsində mütəxəssis, 1930-cu il aprelin 1-də Ağstafa rayonunun Marksovka kəndində anadan olmuşdur. 1949-cu ildə Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1954-cü ildə universiteti bitirərək riyaziyyatçı ixtisasına yiyələnib. 1955-ci ildə aspiranturaya qəbul olunmuşdur. 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor B.A.Rozenfeldin elmi rəhbərliyi ilə “Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1975-ci ildə Tiflisdə Regional Şuranın iclasında doktorluq dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Dövlət Universitetində başlayan Nazim Abbasov ömrünün sonuna qədər burada assistent, baş müəllim, dosent, kafedra müdiri işləmişdir. 1957-1959-cu illərdə “Həndəsə və cəbr” kafedrasında assistent, 1959-1964-cü illərdə baş müəllim, 1965-1978-ci illərdə dosent, 1972-2004-cü illərdə “Həndəsə” kafedrasının müdiri və eyni zamanda, 1978-2004-cü illərdə həmin kafedranın professoru vəzifəsində çalışmışdır.

1964-cü ildə “Həndəsə və cəbr” kafedrası üzrə dosent, 1978-ci ildə isə “Həndəsə” kafedrası üzrə professor elmi adlarına layiq görülmüşdür. Səhhəti ilə əlaqədar olaraq 2004-cü ildə “Həndəsə” kafedrasında professor-məsləhətçi vəzifəsinə keçirilir.
Abbasov Nazim 60-dan çox elmi tədqiqat xarakterli məqalənin müəllifidir. O, daim pedaqoji fəaliyyətlə məşğul olmuş, ümumi və həndəsə ixtisası üzrə mühazirə və seminarlar aparmışdır. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Abbasov Nazim 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

Son xəbərlər

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930