Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nguyen Trung Kien, Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang və mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dongla görüşüb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, xaricdəki Vyetnamlılarla İş üzrə Dövlət Komitəsinin sədri qonaqları səmimi salamlayaraq Azərbaycan ilə Vyetnam arasında siyasi-diplomatik əlaqələrin tarixinə və ölkə başçılarının qarşılıqlı rəsmi səfərlərinə diqqət çəkib, DİDK əməkdaşlarını Vyetnamda görməkdən məmnunluğunu ifadə edib.

O, Vyetnamda kinematoqrafiyanın əsasını qoyan azərbaycanlı kinorejissor Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” adlı kitabının iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan ilə Vyetnam arasında münasibətlərin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, eləcə də Azərbaycan icmasının Vyetnam cəmiyyətinə inteqrasiyası barədə fikirlərini bölüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının həmrəyliyinə yönələn diaspor siyasəti haqqında məlumat verib, Azərbaycanın Qafqaz regionundakı nüfuzunu və beynəlxalq əlaqələrinin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmiqyaslı layihələri sayəsində ölkəmizin beynəlxalq müstəvidə artan mədəni əlaqələrinin daha da genişləndiyini vurğulayıb.

Görüşlərdə xaricdə yaşayan azərbaycanlıların milli-mədəni özünəməxsusluğunu qorumaq, onları vahid platformada birləşdirmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə görülən işlərin nəticələrindən danışılıb.

Xaricdə fəaliyyət göstərən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri, ixtisaslaşmış forumlar və Komitənin dəstəyi ilə həyata keçirilən mədəni tədbirləri əhatə edən video təqdimat böyük maraq və diqqətlə izlənilib.

130-dan çox ölkədə 6 milyondan artıq vyetnamlının yaşadığını bildirən Vyetnam xarici işlər nazirinin müavini Le Thi Thu Hang Azərbaycanın Vyetnam üçün etibarlı tərəfdaş və səmimi dost olduğunu vurğulayıb. O, diaspor sahəsində formalaşan ortaq maraqların və qarşılıqlı təcrübə mübadiləsinin xaricdə yaşayan soydaşların təşkilatlanmasına, onların uğurlu inteqrasiya prosesinə xidmət etdiyini bildirib.

Vyetnamın mədəniyyət, idman və turizm nazirinin müavini Ta Quang Dong komitə sədri ilə görüşdə iki ölkə arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın diaspor sahəsində formalaşan zəngin təcrübəsini yüksək qiymətləndirib, bu təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıqda səmərəli şəkildə istifadəsinin vacibliyini qeyd edib.

Müzakirələr zamanı Azərbaycanın yeni nəsil diaspora yönələn təşəbbüsləri böyük maraq doğurub. Eyni zamanda, Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin inkişafına mühüm töhfə verən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin işinə uğurlar arzulanıb.

Rəsmi görüşlərdə iştirak edən Azərbaycanın Vyetnam, Laos və Kambocadakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə Vyetnamdakı soydaşlarımızın hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Belə görüşlərin milli dəyərlərin qorunmasına və təbliğinə mühüm töhfə verdiyini vurğulayıb.

Görüşlər qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi və geniş fikir mübadiləsi ilə yekunlaşıb







Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930