Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Malayziyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov həmin ölkənin parlamentinin Senatının sədri Avanq Bemee ilə görüşüb.

"Turaztv.az" “Qafqazinfo”-a istinadən xəbər verir ki, qonağı səmimi salamlayan Senat sədri iki ölkənin münasibətlərinin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə minnətdarlığını bildirib.

Səmimi qəbula görə təşəkkür edən Komitə sədri ötən il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu məmnunluqla xatırladıb. Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olduğu 30 il müddətində BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Malayziya hökumətinə və xalqına minnətdarlıq edib.

Sədr iki ölkə arasında böyük əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb, Azərbaycan icmasının Malayziya cəmiyyətinə inteqrasiyası və gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə Malayziya parlamentinin senatorları Manolan bin Mohamad, Tuan İsaiah D.Jacob, Nelson Renganathan və Zurainah Musa da iştirak ediblər.

Komitə sədrinin növbəti görüşü Malayziya parlamentinin Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Zahir bin Hassan ilə olub. Bu ilin may ayında Azərbaycana səfər etdiyini xatırladan malayziyalı deputat iki ölkə arasında vizasız rejimin mövcudluğunu ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verən Fuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda milli kimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri ilə həyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini açıqlayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Komitə sədri Malayziyanın ali təhsil nazirinin müavini Mustafa Sakmud ilə də görüşüb.

Azərbaycanda təhsilə dövlət qayğısı haqqında söz açan Fuad Muradov Xaricdə Təhsil üzrə Dövlət Proqramı, bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti, DİDK-nın dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan evləri və həftəsonu məktəbləri haqqında məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşdə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov da iştirak edib.
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar
Fuad Muradovun Malayziya rəsmiləri ilə görüşündən - Fotolar

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930