Elşad Barat: Yaşının üstünə yaş gəldi yenə - FOTO
Yaşının üstünə yaş gəldi yenə


Yaşının üstünə yaş gəldi yenə
Bu da qocalmağın bir formasıdır.
Qocalmaq özü də qocalmaq deyil,
Bəlkə ucalmağın bir formasıdır.

Atalıq müqəddəs məsuliyyətdir,
Altı övladını böyütmək qədər,
Heç nə istəmirik Allahdan daha,
Başımız üstündə nəfəsin yetər.

Yetər üzündəki təbəssüm bizə,
Bizimçün etdiyin dualar yetər,
Cənnət anaların ayağındasa,
Ata qarğışıyla dağılar bəşər.

Duadır dediyin nağılların da,
Yığışıb başına nəvələr yenə,
Yenə Məlikməmməd divlə savaşır,
Səhrada susuzdur dəvələr yenə.

Mən sənin yanında uşaqlaşıram,
Əzizlə məni də nəvələrin tək,
Yenə dəstəmazlı əllərin ilə,
Yenə dua oxu, yenə sığal çək.

Mən də böyüdürəm üç övlad, ata.
Atalıq sirrini bilirəm indi,
Sən mənim balamsan, mən sənin balan?
Səni balam kimi sevirəm indi.

Son xəbərlər

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930